Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-240/2021 03.05.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Mən, Babək Rayon Məhkəməsinin hakimi Əliyev X1 Babək Yasin oğlunun Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsini məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan nəzərdən keçirərək müəyyən e t d i m: İddiaçı “03” may 2021-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1500 (bir min beş yüz) manat məbləğində maddi ziyanın və 1000 (bir min) miqdarında mənəvi ziyanın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçıya bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki prosessual qanunvericiliyin tələbindən də göründüyü kimi hər hansı bir şəxs hüququnun müdafiəsini məhkəmə qaydasında həyata keçirirsə müvafiq qaydalara əməl etməlidir. Bunun üçün ilkin olaraq müvafiq ərizəsi ilə məhkəməyə müraciət etməli və onun Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl etməklə tərtib etməlidir. Ona əməl edilməməsi isə müvafiq prosessual nəticələrə səbəb olur. Elə bu məqsədlə də məhkəməyə iddia ərizəsi daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir. Mülki-Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə tərəfindən iddia ərizəsinin icraata qəbul edilməsi zamanı yoxlanılmalı məsələlərdən biri iddia ərizəsinə əlavə edilməli sənədlərin mövcud olub-olmamasıdır. Belə ki, həmin Məcəlləsinin 150-ci maddəsində iddia ərizəsinə əlavə edilməli sənədlər qeyd olunmuşdur. Bu sənədlər də biri də dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəddir (maddə 150.0.2.). İddiaçı məhkəməyə ünvanladığı iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə tanış olarkən müəyyən olur ki, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd kimi 05 mart 2021-ci il tarixli, 9063 nömrəli qəbzin surətini iddia ərizəsinə əlavə edilmişdi. Məhkəmə bununla bağlı qeyd edir ki, İddiaçı eyni şəxsə qarşı, eyni tələblə 17 mart 2021-ci ildə müraciət etmiş və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd kimi 05 mart 2021-ci il tarixli, 9063 nömrəli qəbzin əslini iddia ərizəsinə əlavə edilmişdi. Məhkəmənin “17” mart 2021-ci il tarixli, 2(079)- 176/2021 nömrəli qərardadı ilə həmin iddia ərizəsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya geri qaytarılması qərara alınmış, qərardad 23 aprel 2021-ci ildə icraya yönələrək, bu barədə iddiaçıya məlumat verilmişdi. Hazırki iddia ərizəsinə İddiaçı yenə də 05 mart 2021-ci il tarixli, 9063 nömrəli qəbzin surətini əlavə etdiyinidən və həmin sənədlə ödənilmiş dövlət rüsumunun geri qaytarılması qərara alınaraq icraya yönəldiyindən, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət rüsumunu ödəməmişdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.5-ci maddələrinə müvafiq olaraq, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə barədə iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı olduğundan Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsini rəhbər tutaraq məhkəmə İddiaçı izah edir ki, həmin Məcəllənin 152.4cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur Həmçinin məhkəmə onu da iddiaçının nəzərinə çatdırır ki, 05 mart 2021-ci il tarixli, 9063 nömrəli qəbzin əsli əvvəlki iddia tələbi ilə bağlı mülki iş materiallarında saxlanılsa da, İddiaçı hazırki iddia tələbi ilə bağlı əsli özündə olmayan sənədi təsdiqləyərək məhkəməyə göndərmişdi. Bu isə həmin sənədin qanuniliyini şübhə altına alır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268ci maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, iddia ərizəsinin qaytarılmasına dair nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-240/2021
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-240/2021
03.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver