Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(079)-273/2020 23.10.2020 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsi hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, iddiaçı təşkilat İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı təşkilat İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyəti xx xxxxxx 2020-ci il tarixdə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2015-ci il tarixli, 198/15/PB/YF/PK saylı kredit müqaviləsinə əsasən 4798.83 (dörd min yeddi yüz doxsan səkkiz dollar, 83 sent) ABŞ dolları əsas borc, 11621.06 (on bir min altı yüz iyirmi bir dollar, 06 sent) ABŞ dolları hesablanmış faiz, 7119.82 (yeddi min yüz on doqquz dollar, 82 sent) ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 23539.71 (iyirmi üç min beş yüz otuz doqquz dollar, 71 sent) ABŞ dolları və xx.xx.2019-cu il tarixli, 223/15/PB/YF saylı kredit müqaviləsi üzrə isə 6604.66 (altı min altı yüz dörd dollar, 66 sent) ABŞ dolları əsas borc, 15709.77 (on beş min yeddi yüz doqquz dollar, 77 sent) ABŞ dolları hesablanmış faiz, 9537.13 (doqquz min beş yüz otuz yeddi dollar, 13 sent) ABŞ dolları dəbbə pulu olmaqla, 31851.56 (otuz bir min səkkiz yüz əlli bir dollar, 56 sent) ABŞ dolları kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd olunan iddia ərizəsi məhkəməyə xx xxxxxx 2020-ci il tarixdə daxil olmuş və həmin tarixli mülki işin məhkəmə baxılmağa hazırlamaq haqqında qərardadla məhkəmənin icraatına qəbul edilərək, məhkəmə hazırlıq iclası xx xxxxxxxx 2020-ci il tarixə təyin olunmuşdur. xx xxxxxxxx 2020-ci il tarixdə məhkəmə hazırlıq iclası keçirilmiş və mülki iş üzrə məhkəmə baxışı iclası xx xxxxxxxx 2020-ci il tarixə saat 1400-a Babək Rayon Məhkəməsinin inzibati binasına təyin edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə tərəflərə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq tərəflər həmin tarixdə keçirilən məhkəmə iclasında iştirak etməmiş və məhkəmə baxışı iclası təxirə salınaraq xx xxxxxxx 2020-ci il tarixə təyin edilmişdir. Tərəflərə təxirə salınmış məhkəmə baxışı iclasının yeri və vaxtı barədə xx xxxxxxxx 2020-ci il tarixli 2(079)- 273/2020 nömrəli məhkəmə bildirişi ilə məlumat verilsə də onlar xx xxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında da iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə baxışı iclası təxirə salınaraq xx xxxxxxx 2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə tərəflərə xx xxxxxxx 2020-ci il tarixli 2(079)-273/2020 nömrəli məhkəmə bildirişi göndərilməsinə baxmayaraq tərəflər həmin tarixdə keçirilən məhkəmə iclasında da iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin məcəllənin 185.4-cü maddəsinə görə isə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını və qanunvericiliyin sadalanan tələblərinin nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsi tətbiq olunmalı və iddiaçı X1 verdiyi iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinin tələbinə görə tərəflər məhkəməyə gəlmədikdə və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallardan da aydın olur ki, hazırki iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmış, onlar isə məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılıb-baxılmaması barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ərizənin baxılmamış saxlanılması dövlət rüsumunun geri qaytarılmasının əsaslarından biri kimi qeyd edildiyindən və iddiaçı təşkilat İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin verdiyi iddia ərizəsi baxılmamış saxlanılmalı olduğundan məhkəmə Azərbaycan Respublikası MPM-nin 260.3-cü maddəsinin tələbinə əsasən, büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən Hökumət Ödəniş Portalı vasitəsi ilə xx.xx.2020-ci il tarixdə, ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu qaytarılır. Tərəflərə izah olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-nin 260.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-nin 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: İddiaçı təşkilat İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Hökumət Ödəniş Portalı vasitəsi ilə xx.xx.2020-ci il tarixdə, ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı təşkilata qaytarılsın. Tərəflərə izah olunsun ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim edərsə, bu zaman məhkəmə ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(079)-273/2020
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-273/2020
23.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver