Məhkəmə qərarları › İş №2(079)-325/2020

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-325/2020

18.11.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(079)-325/2020 18.11.2020 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, Kəngərli Bayram Akif oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X6 qarşı “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Babək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı vəkili-nümayəndəsi Vəkil vasitəsilə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək mərhum əri X4 mülkiyyətində olan ünvan 1 mənzil 29 ünvanında yerləşən miras əmlakın onun tərəfindən qəbul olunma faktı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə İddiaçı qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə iddiaçı vəkili-nümayəndəsi Vəkil tərəfindən təmsil edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək izahatında bildirdi ki, mərhum M.Süleymanov ilə xx xxxxxx 1987ci ildə rəsmi nikaha daxil olaraq ailə qurubdur, mərhum əri xx xxxxxx 2017-ci il tarixdə vəfat edibdir, onların birgə nikahlarından Cavabdeh1 və Cavabdeh2 adlı övladları vardır, eyni zamanda mərhum əri M.Süleymanovun birinci nikahından Cavabdeh3 və X10 adlı övladları da vardır, mərhum əri M.Süleymanovla birgə nikah dövründə onlar ünvan 2 mənzil 29 ünvanında olan mənzil əldə ediblər, mərhum əri həmin mənzilə dair xx xxxxxx 2014-cü il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində MH seriyalı, ******* nömrəli çıxarış əldə edibdir. Mərhum əri 2017-ci ildə vəfat etdiyi vaxtdan bu günə kimi mərhum ərindən ondan qalan qeyd edilən mənzili miras əmlak olaraq o qəbul edib, bütün kommunal xərcləri, əmlak vergisi və digər ödənişləri ödəyibdir, hal-hazırda həmin mənzildə o və oğlu Cavabdeh1 yaşayırlar. O mirasın qəbulu ilə bağlı Babək rayon Notarius Ofisinə müraciət edibdir, lakin notarius tərəfindən miras əmlakın qəbulu üçün müəyyən edilmiş müddəti buraxdığından ona vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilərək məhkəməyə müraciət etməsi bidirilibdir. Sonda İddiaçı qeyd edilənləri nəzərə alaraq mərhum əri X8 ilə birgə nikah dövründə qazandıqları və miras qalmış ünvan 1 mənzil 29 ünvanında yerləşən miras əmlak olaraq onun tərəfindən qəbul olunması faktının müəyyən olunması barədə qətnamə qəbul etmənizi xahiş etdi. Məhkəmə iclasında sualları cavablandıran İddiaçı bildirdi ki, mərhum ərinin birinci evliliyindən olan digər övladları olan Cavabdeh3 və X9 anaları X12 ilə birlikdə hələ mərhum ərinin sağlığında onlara yaşadıqları binanın digər mənzil verilib və həmin mənzildə yaşayıblar, Cavabdeh3 və X9 hazırki mübahisəli mənzildə yaşamayıblar və hal-hazırda da yaşamırlar, digər qızı Cavabdeh2 isə ərə gedərək ər evində yaşayır, hal-hazırda onunla birlikdə həmin mənzildə oğlu Cavabdeh1 yaşayır. Məhkəmə baxışı iclasında iddiaçının vəkili-nümayəndəsi Vəkil verdiyi izahatında iddia ərizəsində və əvvəlki məhkəmə iclaslarında İddiaçı işin mahiyyəti barədə ətraflı məlumat verdiyini bildirdi və göstərilənləri nəzərə alaraq miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X6 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq tərəflər həmin tarixdə keçirilən məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin məcəllənin 185.4-cü maddəsinə görə isə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə işə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X5 iştirakı olmadan baxmışdır. Məhkəmənin ünvanına Cavabdeh2 tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə daxil olmuş xx xxxxxxx 2020-ci il tarixli ərizəsində göstərmişdir ki, atası X8 xx xxxxxxx 2017-ci ildə vəfat edibdir, onun ölümündən sonra Babək rayonu, Babək qəsəbəsi, H.Əliyev prospektində olan 0.1143 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 5-ci mərtəbəsində, 48.62 kv.m ümumi, 29.33 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 29 nömrəli mənzil miras qalıbdır, mərhum atası X4 adına həmin evə dair xx xxxxxx 2014-cü il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya MH ******* nömrəli çıxarış alınıbdır, mərhum atasının ölümündən həm əvvəl, həm də sonra mülkiyyətində olan evdə anası, qardaşı Vüsal və o birlikdə yaşayıblar, həmin miras əmlakı faktiki olaraq anası İddiaçı qəbul edibdir, bütün kommunal xərclərini, əmlak vergisini və sığortasını ödəyibdir, hal-hazırda da həmin evdə yaşamaqla onun istifadəsindədir, mərhum atası X4 mülkiyyətində olan Babək rayonu, ünvan 2 mənzil 29 ünvanında yerləşən mirası əmlakın anası İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh qismində izahat verən Cavabdeh1 izahatında bildirdi ki, atası X8 xx xxxxxxx 2017-ci ildə vəfat edibdir, onun ölümündən sonra Babək rayonu, Babək qəsəbəsi, H.Əliyev prospektində olan 0.1143 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 5 mərtəbəli binanın 3-vü girişində, 5-ci mərtəbəsində, 48.62 kv.m ümumi, 29.33 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 29 nömrəli mənzil miras qalıbdır, mərhum atası X4 adına həmin evə dair xx xxxxxx 2014-cü il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya MH ******* nömrəli çıxarış alınıbdır, mərhum atasının ölümündən həm əvvəl, həm də sonra mülkiyyətində olan evdə anası, bacısı Vüsalə və o birlikdə yaşayıblar, həmin miras əmlakı faktiki olaraq anası İddiaçı qəbul edibdir, bütün kommunal xərclərini, əmlak vergisini və sığortasını ödəyibdir, hal-hazırda da həmin evdə yaşamaqla onun istifadəsindədir, sonda Cavabdeh1 göstərilənləri nəzərə alaraq məhkəmədən mərhum atası X4 mülkiyyətində olan Babək rayonu, ünvan 2 mənzil 29 ünvanında yerləşən mirası əmlakın anası İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçı tərəfindən dəvət olunmuş Şahid2 izahatında bildirdi ki, o 1987-ci il tarixdən Babək rayonu, ünvan 3 mənzil 22-də yaşayıb və hal-hazırda həmin ünvanda yaşayır, İddiaçı isə həmin binada mənzil 29-da yaşayır, İddiaçı və onun mərhum əri Müseyib Süleymanovu o 1987-ci ildə qonşu kimi tanıyıbdır, mərhum Müseyib Süleymanov vəfat etdikdən sonra həmin mənzildə İddiaçı oğlu Vüsal müəllimlə birlikdə yaşayıblar və halhazırda da onlar yaşayırlar. xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçı tərəfindən dəvət olunmuş Şahid1 izahatında bildirdi ki, 0 1987-ci ilin fevral ayından Babək rayonu, ünvan 3 mənzil 28-də yaşayıb və hal-hazırda da yaşayır, mərhum Müseyib Süleymanovu və onun yoldaşı İddiaçı o həmin ildən tanıyır, mərhum Müseyib Süleymanov 2017-ci ildə vəfat edibdir, mərhumun vəfatından H.Əliyev prospekti, ev 1, mənzil 29-da mərhumun həyat yoldaşı İddiaçı və oğlu Vüsal Süleymanov yaşayıblar, onun digər övladı Vüsalə Süleymanova isə ərə gedibdir və əri ilə yaşayır. İş materiallarına əlavə olunan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olam şəxsiyyət vəsiqəsi məlumatlara əsasən İddiaçı Babək rayonu, Babək qəsəbəsində qeydiyyatdadır. İş materiallarına əlavə olunan Babək Rayon VVAQ Şöbəsi tərəfindən xx.xx.1987-ci il tarixdə verilmiş İV ЖГ seriyalı, 333831 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, X8 ilə X14 arasındakı nikah xx.xx.1987-ci ildə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 13 № ilə qeyd edilmiş və nikahın bağlanmasından sonra arvada “Süleymanova” familiyası verilmişdir. İş materiallarına əlavə olunan Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 701302 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, X8 xx.xx.2017-ci ildə Babək rayonu, Babək qəsəbəsində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə, 17 № ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunan Babək Rayon İcra Hakimiyyətinin Babək qəsəbə İƏD üzrə Nümayəndəlik tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1014 nömrəli arayışdan məlum olur ki, X4 vərəsələri aşağıdakılardır:

1. İddiaçı

2. Cavabdeh1

3. Cavabdeh2

4. Cavabdeh3

5. X9 İş materiallarında olan Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş İ-JQ seriyalı, 736335 nömrəli nikahın pozulması haqqında çıxarışdan məlum olur ki, X8 ilə X7 arasında nikah xx.xx.1984-cü ildə pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 23 № ilə qeyd edilmiş və nikahın pozulmasından sonra arvada “Əsədova” familiyası verilmişdir. İş materiallarına əlavə olunan Babək Rayon İcra Hakimiyyətinin Babək qəsəbə İƏD üzrə Nümayəndəlik tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1015 nömrəli arayışdan məlum olur ki, İddiaçı Babək rayonu, Babək qəsəbəsində qeydiyyatdadır. İş materiallarına əlavə olunan Babək Rayon İcra Hakimiyyətinin Babək qəsəbə İƏD üzrə Nümayəndəlik tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 1111 nömrəli arayışdan məlum olur ki, X1 rayonu, Babək qəsəbəsi, H.Əliyev prospekti bina 1, ev 10-da qeydiyyatdadır. İş materiallarına əlavə olunan Babək Rayon İcra Hakimiyyətinin Babək qəsəbə İƏD üzrə Nümayəndəlik tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 1112 nömrəli arayışdan məlum olur ki, Cavabdeh3 Babək rayonu, Babək qəsəbəsi, H.Əliyev prospekti bina 1, ev 10-da qeydiyyatdadır. İş materiallarına əlavə olunan Babək Rayon İcra Hakimiyyətinin Babək qəsəbə İƏD üzrə Nümayəndəlik tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 1113 nömrəli arayışdan məlum olur ki, Cavabdeh2 Babək rayonu, Babək qəsəbəsi, 20 yanvar küçəsi, döngə 1, ev-də qeydiyyatdadır. İş materiallarına əlavə olunan Babək Rayon İcra Hakimiyyətinin Babək qəsəbə İƏD üzrə Nümayəndəlik tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 1114 nömrəli arayışdan məlum olur ki, Cavabdeh1 Babək rayonu, Babək qəsəbəsi, H.Əliyev prospekti bina 1, ev 29-da qeydiyyatdadır. İş materiallarına əlavə olunan Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın təsdiq olunmuş surətinə əsasən Babək rayonu, Babək qəsəbəsi, H.Əliyev prospektində istifadədə olan 0.1143 ha torpaq sahəsində yerləşən İ nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 5-ci mərtəbəsində, 48.62 kv.m ümumi, 29.33 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 29 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə 17/1 nömrəli reyestr kitabının 27 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi **********01- 05101-093025, qeydiyyat nömrəsi **********). İş materiallarında olan Babək Rayon Dövlət Notariat ofisinin xx xxxx 2020-ci il tarixli, 51 nömrəli məktubuna əsasən, İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə müraciətindən mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasına görə notariat qaydasında imtina edilmiş və mübahisənin həll olunması üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilə biləcəyi bildirilmişdir. İş materiallarına əlavə olunmuş icbari sığorta, kommunal xərclərin ödənilməsi (qaz, işıq) barədə arayışlarla müəyyən olunur ki, İddiaçı, Babək rayonu, Babək rayonu, ünvan 2 mənzil 29 ünvanında yerləşən mənzili qaz, elektrik enerjisinin və sığorta ödənişlərini ödəyibdir. Məhkəmə toplanmış sübutlara, iddiaçının, iddiaçının nümayəndəsinin, cavabdehin izahatına və tədqiq olunmuş sənədlərə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməklə xx xxxxxx 2017-ci il tarixdə vəfat etmiş X3 miras qalmış Babək rayonu, ünvan 2 mənzil 29 ünvanında yerləşən mənzildən ibarət mirasın İddiaçı tərəfindən qəbulu faktı müəyyən edilməlidir. Belə ki, iş üzrə sübutlarla tam təsdiq olunur ki, X8 2017-ci il tarixdə vəfat etdikdən sonra ondan Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə onun adına qeydiyyata alınmış Babək rayonu, ünvan 2 mənzil 29 ünvanında yerləşən mənzil miras qalmış, miras qoyanın ölməsi ilə vərəsəlik açılan gündən onun arvadı İddiaçı miras qalmış mənzildə sahiblik etməklə birinci növbə vərəsə kimi X3 qalmış mirasa yiyələnməklə həmin mirası qəbul etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. X3 miras qalmış Babək rayonu, ünvan 2 mənzil 29 ünvanında yerləşən mənzildən ibarət mirasın İddiaçı tərəfindən qəbulu faktı müəyyən edilsin. Qətnamədən o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar