Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(079)-334/2020 12.11.2020 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, iddiaçının vəkili Vəkil, cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı birgə mülkiyyətə olan əmlaka payların müəyyən olunması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı xx xxxxxxxx 2020-ci ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək birgə nikah dövründə əldə olunmuş Babək rayonu, Qahab kəndində yerləşən 0.2855 hektar torpaq sahəsi, yaşayış evi, “Vaz 2101” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı və “Mitsubishi L200” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri, 30 (otuz) baş xırdabuynuzlu heyvan, 10 (on) arı ailəsindən ona çatan ½ payın və Babək rayonu, Qahab kəndində yerləşən 0,71 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsindən ¼ payın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh ilə xx xxxxxx 1987-ci ildə rəsmi nikah qeydindən keçməklə ailə həyatı qurmuşam. Birgə nikahımızdan iki övladımız dünyaya gəlib. Babək Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(079)-117/2020 nömrəli qətnaməsi ilə aramızda bağlanmış nikaha xitam verilib. Birgə nikahda olarkən cavabdehin adına xx xxx 2018-ci il tarixdə, MH seriyalı, 00594554 nömrəli Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Babək rayonu, Qahab kəndində yerləşən 0.2855 hektar yaşayış məntəqələrinin torpaqlarını əldə etmişik. Həmin daşınmaz əmlak dövlət reyestində 21/28 nömrəli reyestr kitabının 5248 nömrəli vərəqində qeydiyyata alınmışdır. Torpaq sahəsi üzərində yaşayış evi də tikərək orada yaşayırıq. Yaşayış evini də birgə nikah dövründə əldə etdiyimizdən payımın müəyyən olunmasını istəyirəm. xx xxxxxx 1996-cı il tarixdə alqı-satqı müqaviləsi əsasında buraxılış ili 1975-ci il olan “Vaz 2101” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı və xx xxxxxx 2018-ci il tarixdə alqı- satqı müqaviləsi əsasında buraxılış ili 2007-ci il olan “Mitsubishi L200” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi əldə etmişik. Hal-hazırda həmin nəqliyyat vasitələri Cavabdeh adına qeydiyyatdadır və onun istifadəsindədir. Avtomobillər birgə nikah dövründə əldə edilib. Babək Rayon Statistika İdarəsi tərəfindən verilmiş 54 nömrəli məktuba əsasən Babək rayonu, Qahab kənd sakini Cavabdeh təsərrüfatında xx xxxxxx 2020-ci il tarixə 30 (otuz) baş xırdabuynuzlu heyvan və 10 (on) arı ailəsi qeydə alınmışdır. xx xxxxxxxx 1999-cu il tarixli, 81 nömrəli qərar ilə JN-389, KOD 10306018 olan, Babək rayon torpaq şöbəsi tərəfindən verilmiş torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə Babək rayonu, Qahab kəndində 0,71 hektar (389C üzrə sahəsi 2520 kvadrat metr, 389-da sahəsi 4572 kvadrat mert olan) kənd təsərrüfatı məhsulları istehsalı torpaqları əldə etmişik. Həmin daşınmaz əmlak dövlət aktı qeydiyyat kitabında 389 nömrə ilə qeydiyyata alınmışdır. Qeyd olunan əmlaklar Cavabdeh ilə mənim birgə nikahda olduğumuz dövrdə əldə olunduğundan birgə mülkiyyət hesab olunur. Bu səbəbdən də Babək rayonu, Qahab kəndində yerləşən 0.2855 hektar torpaq sahəsindən, yaşayış evindən, “Vaz 2101” markalı, 67-BD- 516 dövlət qeydiyyat nişanlı və “Mitsubishi L200” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələrindən, 30 (otuz) baş xırdabuynuzlu heyvan, 10 (on) arı ailəsindən ½ pay, 0.71 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaqdan isə ¼ payımın müəyyən olunmasını istəyirəm. xx xxxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iş üzrə İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı Cavabdeh qarşı birgə mülkiyyətə olan əmlaka payların müəyyən olunması tələbinə dair iddia qaldırdığını, hazırda isə iddia tələbini artırdığını və cavabdehdən iddia ərizəsindən qeyd edilən əmlakdan əlavə birgə nikah dövründə əldə edilmiş xx xxxxx 2011-ci ildə qeydiyyata alınan “YMZ-6L” markalı, Az 85-T-205 dövlət qeydiyyat nişanlı traktora da ½ hüququnun müəyyən edilməsini xahiş etmiş və onun müraciəti məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə qəbul edilmiş, mülki işə birgə nikah dövründə əldə olunmuş Babək rayonu, Qahab kəndində yerləşən 0.2855 hektar torpaq sahəsi, yaşayış evi, “Vaz 2101” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı və “Mitsubishi L200” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri, “YMZ-6L” markalı, Az 85-T-205 dövlət qeydiyyat nişanlı traktora, 30 (otuz) baş xırdabuynuzlu heyvan, 10 (on) arı ailəsindən ona çatan ½ payın və Babək rayonu, Qahab kəndində yerləşən 0,71 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsindən ¼ payın müəyyən edilməsi həcmində baxılması qərara alınmışdır. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə iş üzrə İddiaçı, Cavabdeh və cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qayada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına iştirak etməmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında ərizə ilə məhkəməyə müraciət edərək hal-hazırda mübahisənin məhkəmədən kənar həlli üçün iddianın baxılmamış saxlanılması və iddia ərizəsinin geri qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdi. İddiaçının nümayəndəsinin məhkəmə təqdim etdiyi ərizəni mülki iş materialları və qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, hazırki vəziyyətdə yaranmış hüquqi şərait İddiaçı Cavabdeh qarşı birgə mülkiyyətə olan əmlaka payların müəyyən olunması tələbinə mülki işə baxılmasına imkan vermir və bu səbəbdən də iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.11ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Cavabdeh isə məhkəmə iclaslarında iştirak etməmişdi. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını və qanunvericiliyin sadalanan tələblərinin nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsi tətbiq olunmalı və iddiaçının verdiyi iddia ərizəsi baxılmamış saxlanılmalı və qərardaddan şikayət vermə müddəti bitdikdən sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçının nümayəndəsi Nümayəndə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ərizənin baxılmamış saxlanılması dövlət rüsumunun geri qaytarılmasının əsaslarından biri kimi qeyd edildiyindən və iddia ərizəsi baxılmamış saxlanılmalı olduğundan məhkəmə həmin Məcəllənin 260.3-cü maddəsinin tələbinə əsaslanaraq büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, iddiaçı iddia qaldırılarkən “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı vasitəsi ilə xx xxxxxxxx 2020-ci il tarixli, 74463 nömrəli qəbzlə ödədiyi 10 (on) manat miqdarında dövlət rüsumu ona qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı birgə mülkiyyətə olan əmlaka payların müəyyən olunması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia qaldırılarkən İddiaçı “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı vasitəsi ilə xx xxxxxxxx 2020-ci il tarixli, 74463 nömrəli qəbzlə ödədiyi 10 (on) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Həmçinin qərardaddan şikayət vermə müddəti bitdikdən sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçının nümayəndəsi Nümayəndə geri qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-334/2020
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-334/2020
12.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver