Məhkəmə qərarları › İş №2(079)-335/2021

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-335/2021

30.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-335/2021 30.09.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun vəkili Vəkil və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə qazanılmış əmlaka payların müəyyən olunması və pul tələbinə dair ilkin iddia, Cavabdeh İddiaçı qarşı birgə nikah dövründə yaranmış borcun yarısının ona verilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “22” iyun 2021-ci ildə Cavabdeh qarşı iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək birgə nikah dövründə əldə olunmuş Babək rayonu, Gülşənabad kəndində yerləşən fərdi yaşayış evinə, həmin kənddə yerləşən yeməkxana binasına birgə mülkiyyət hüququnun tanınması, payların müəyyən olunması, yeməkxananın ərazisində bələdiyyə mülkiyyətində olan 0.0476 torpaq sahəsində inşa olunmuş balıqçılıq təsərrüfatının yaradılmasına qoyulmuş xərcin yarısı olan 4000 (dörd min) manatın alınıb ona verilməsi və Babək rayonu Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 29 saylı qərarı ilə Babək rayonu, Gülşənabad kəndində JN-0081 nömrəli, kod 10305038 ilə torpağın mülkiyyət hüququna dair dövlət aktına əsasən paylı mülkiyyətə verilmiş 1.11 hektar torpaq sahəsinin ona aid hissəsinin naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdi. O, tələbini əsaslandıraraq qeyd etmişdi ki, 27 noyabr 1990-cı il tarixdə Cavabdeh ilə nikahımızı rəsmiləşdirib ailə qurmuşam. Bizim həmin nikahdan 17 avqust 1991-ci il təvəllüdlü X6, 03 sentyabr 1992-ci il təvəllüdlü X2 və 09 sentyabr 1997-ci il təvəllüdlü X1 adlı üç uşağımız doğulub. Cavabdeh 4 ilə yaxındır ki, evi tərk edərək gedib. Mənə başqa bir qadınla xəyanət etdiyinə görə aramızda olan nikahın pozulması tələbi ilə bağlı iddia qaldırmışam və həmin mülki iş Babək Rayon Məhkəməsinin icraatındadır. Mən Məhərrəmlə 27 noyabr 1990-cı il tarixdə ailə qurandan sonra Babək rayonu, Gülşənabad kəndində yerləşən 0.1794 ha torpaq sahəsi üzərində 1 mərtəbəli, 3 otaqlı 76.78 kvadrat metr yaşayış, 60.5 kvadrat metr qeyri-yaşayış və 23.8 kvadrat metr köməkçi sahədən ibarət fərdi yaşayış evi inşa etmişik. Bundan başqa həmin kənddə icarədə olan 0.1006 hektar torpaq sahəsi üzərində 6 girişli, 100.25 kvadrat metr ümumi, 62.73 kvadrat metr əsas, 37.52 kvadrat metr köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (Yeməkxana) inşa edilib. 24 oktyabr 2013-cü il tarixdə, ********** qeydiyyat və **********26- 06301 reyestr nömrəli çıxarışla, o cümlədən də həmin yeməkxananın ərazisində bələdiyyə mülkiyyətində olan 0.0476 hektar torpaq sahəsində balıqçılıq təsərrüfatı yaratmışıq və 05 oktyabr 2017-ci il tarixdə ********** qeydiyyat və **********68 reyestr nömrə ilə Məhərrəmin adına Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsində qeydə aldırmışıq. Həmçinin Babək rayonu, Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 29 saylı qərarı ilə Babək rayonu, Gülşənabad kəndində JN- 0081 nömrəli, kod 10305038 ilə torpağın mülkiyyət hüququna dair dövlət aktına əsasən Məhərrəmə və mənə iki uşağımızla birlikdə 1.11 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün çöl torpaq sahəsi verilmişdir. Cavabdeh isə “05” iyul 2021-ci ildə qarşılıqlı iddia verərək İddiaçı birgə nikahda olduğu müddətdə Babək rayonu, Gülşənabad kəndində yerləşən yeməkxanaya görə X4 borclu olduğu 49653,45 (qırx doqquz min altı yüz əlli üç manat, qırx beş qəpik) manat pulun yarısını təşkil edən 24826.72 (iyirmi dörd min səkkiz yüz iyirmi altı manat, yetmiş iki qəpik) manat məbləğin pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və məhkəmənin 05 iyul 2021-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdi. O, qarşılıqlı iddia tələbini əsaslandıraraq qeyd etmişdi ki, Babək rayonu, Cəhri qəsəbə sakini X3 iddia ərizəsinə əsasən İddiaçı iddia etdiyi Babək rayon Gülşənabad kəndində yerləşən yeməkxananın genişləndirilməsinə, təmir-tikinti, abadlıq işlərinə sərf etdiyi 49.653.45 manat pulun məndən alınaraq ona verilməsinə dair Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2-2(123)- 6/2021 nömrəli qətnaməsi qəbul olmuş, həmin qətnamədən verdiyi apellyasiya şikayətinə 17 may 2021-ci ildə Naxçıvan MR Ali Məhkəməsinin Kommersiya kollegiyasında baxılaraq apellyasiya şikayətinin təmin edilməməsi barədə 2-2(108)-5/2021 nömrəli qətnamə qəbul edilmişdir. Göründüyü kimi mən İddiaçı ilə birgə nikahda olarkən Babək rayon Gülşənabad kəndində yerləşən yeməkxananın fəaliyyəti nəticəsində 49.653.45 manat məbləğində borca düşmüşəm. Cavabdeh-İddiaçı yeməkxana binasına birgə mülkiyyət hüququnun tanınmasını tələb edirsə, yaranmış borca da şərik çıxmalıdır. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 30 sentyabr 2021-ci ildə keçirilən məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək Cavabdeh ilə aralarında razılaşdıqlarından tələbinin baxılmamış saxlanılması və iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdi. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh da 30 sentyabr 2021-ci ildə keçirilən məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək İddiaçı ilə mübahisəni məhkəmədən kənar qaydada həll etdikləri üçün qarşılıqlı iddia tələbinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdi. Tərəflərin məhkəmə təqdim etdiyi ərizələrin hüquqi həllinə gəldikdə isə onu mülki iş materialları və qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, hazırki vəziyyətdə yaranmış hüquqi şərait İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə qazanılmış əmlaka payların müəyyən olunması və pul tələbinə dair ilkin iddia, Cavabdeh İddiaçı qarşı birgə nikah dövründə yaranmış borcun yarısının ona verilməsi barədə qarşılıqlı iddia tələbinə mülki işə baxılmasına imkan vermir və bu səbəbdən də ilkin və qarşılıqlı iddia ərizələri baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını və qanunvericiliyin sadalanan tələblərinin nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsi tətbiq olunmalı və İddiaçı verdiyi ilkin iddia və Cavabdeh verdiyi qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmalı və qərardaddan şikayət vermə müddəti bitdikdən sonra ilkin və qarşılıqlı iddia ərizələrinə və ona əlavə edilmiş sənədlər tərəflərə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ərizənin baxılmamış saxlanılması dövlət rüsumunun geri qaytarılmasının əsaslarından biri kimi qeyd edildiyindən və İddiaçı ilkin və Cavabdeh qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmalı olduğundan məhkəmə həmin Məcəllənin 260.3-cü maddəsinin tələbinə əsaslanaraq büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, İddiaçı iddia qaldırılarkən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Babək filialı vasitəsi ilə 17 iyun 2021-ci il tarixli, 30546 nömrəli qəbzlə ödədiyi 30 (otuz) manat və Cavabdeh qarşılıqlı iddia verərkən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Babək filialı vasitəsi ilə 05 iyul 2021-ci il tarixli, 20167 nömrəli qəbzlə ödədiyi 30 (otuz) manat miqdarında dövlət rüsumu onlara geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə qazanılmış əmlaka payların müəyyən olunması və pul tələbinə dair ilkin iddia, Cavabdeh İddiaçı qarşı birgə nikah dövründə yaranmış borcun yarısının ona verilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə İddiaçı ilkin və Cavabdeh qarşılıqlı iddia ərizələri baxılmamış saxlanılsın. İddiaçı iddia qaldırılarkən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Babək filialı vasitəsi ilə 17 iyun 2021-ci il tarixli, 30546 nömrəli qəbzlə ödədiyi 30 (otuz) manat və Cavabdeh qarşılıqlı iddia verərkən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Babək filialı vasitəsi ilə 05 iyul 2021-ci il tarixli, 20167 nömrəli qəbzlə ödədiyi 30 (otuz) manat miqdarında dövlət rüsumu onlara geri qaytarılsın. Həmçinin qərardaddan şikayət vermə müddəti bitdikdən sonra ilkin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı, qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Cavabdeh geri qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar