Məhkəmə qərarları › İş №2(079)-348/2021

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-348/2021

19.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-348/2021 19.10.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i m: İddiaçı “30” iyun 2021-ci ildə Cavabdeh qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan cehiz və qızıl-zinət əşyalarının ya özünün, və ya onların dəyəri olan 21.528 (iyirmi bir min beş yüz iyirmi səkkiz) manat məbləğində pulun və iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan əlavə İddiaçı 10 avqust 2021-ci ildə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı cehiz və qızıl-zinət əşyalarının qaytarılması barədə Babək Rayon Məhkəməsində iddia qaldırdığını, Türkiyə istehsalı, 585 əyar, 8 qram, 720 manat dəyərində 1 ədəd sırğa-üzük dəsti tələbinin səhv olaraq iddiaya daxil edildiyini, iddia tələbinə məhkəmədə baxılan zaman 02 iyul 2021-ci il tarixdə bir ədəd mebel yataq dəsti (taxt çarpayı döşəyi ilə, yan tumbuşkası, şifoner, tirmo bəzək stolu ilə), bir ədəd (ikisi birlikdə) mebel qonaq dəsti (kamot, iki gözlü servant, tək gözlü servant, televizor tumbuşkası), bir dəst uşaq çarpayısı, döşəyi və tül tacı, dəmir çarpayı, üç ədəd döşək, üç ədəd yorğan, iki nəfərlik taxt yorğan-döşəyi, dörd ədəd slikon balınc, üç ədəd qaz tüklü balınc, bir ədəd uşaq yorğanı, bir ədəd uşaq balıncı, üç ədəd döşəkçə, bir ədəd iki nəfərlik pilet, bir ədəd gəlincik dəsti (gəlinciyi, iki ədəd balınc üzü, 9 metr tül, 2 yan ipəyi, bir ədəd başlığı, bir ədəd pəncərə ağı, iki ədəd qoşa mələfə-çexol dəsti), bir dəst uşaq üçün mələfə-çexol, 15 manat dəyərində bir ədəd stol örtüyü, yazı üçün stol örtüyü bir ədəd, bir ədəd jurnalnı krujeva, 4x3 ölçüdə 1 ədəd Türkiyə xalçası, 3x2 ölçüdə 1 ədəd Türkiyə xalçası, 3x2 ölçüdə 1 ədəd İran xalçası, iki ədəd 2 metrlik Türkiyə xalçası, 1 ədəd 6 metrlik Türkiyə xalçası, üç dəst əl-üz dəsmalı (Türkiyə), 2 ədəd çay dəsmalı, bir ədəd yemək süfrəsi, bir ədəd stol örtüyü, iki ədəd tək nəfərlik mələfə , bir ədəd tozsoran su ilə işləyən (Sinbo), bir ədəd şirəçəkən (Sinbo), bir ədəd ütü stolu, bir ədəd elektrik samovarı, bir ədəd elektrik sobası, üç gözlü qara cəngəl-bıçaq dəsti, bir yemək dəsti 82 parça, bir ədəd çilçıraq, bir ədəd gecə işığı, iki ədəd böyük güldan, bir ədəd madonna güldan, üç ədəd məcmeyi dəsti, iki ədəd məcmeyi, bir ədəd gül səbəti, bir ədəd böyük ayı kuklası, bir ədəd zərli ləyən, bir ədəd çörək qabı, iki ədəd nikel süzgəc, iki ədəd balaca plastik qab, bir ədəd plastik süzgəc, iki ədəd şirli qazanca, uşaq üçün vanna, vedrə, parç, stol və uşaq dəsti, bir ədəd velosiped, bir ədəd şirli vedrə, bir ədəd nikel çaydan, bir ədəd slyuda çaynik, bir ədəd ayaqqabı şkafı, bir ədəd konfet qabı, bir ədəd plasmas aşsüzən, altı ədəd meyvə qabı, sarı rəngli çay dəsti, bir ədəd xrustal sarı meyvə qabı, iki ədəd sarı konfet qabı, iki ədəd işləməli konfet qabı, iki ədəd xrustal su qabı, xrustal stəkan-nəlbəki, böyük xrustal stəkan-nəlbəki dəsti, bir ədəd limon götürən, bir ədəd tort götürən, bir ədəd tort bıçağı, iki ədəd balaca ananas konfet qabı, iki ədəd salfetka qabı, bir dəst üç pilləli çərəz qabı, bir ədəd şirli çərəz qabı, bir dəst 6 ədəd rumka, 6 böyük, 6 balaca araq rumkası, altı ədəd rəngli rumka, altı ədəd düz qızılı rumka, altı ədəd balaca rəngli rumka, altı ədəd qızılı rəngli böyük rumka, suvenir vaza (stolüstü), altı ədəd tort qabı, bir dəst nəlbəki-fincan dəsti (kofe üçün), 6 ədəd xrustal dənə qabı, üç bağlama mürəbbə qabı, bir ədəd balıq qabı, bir ədəd madonna meyvə qabı, bir ədəd xrustal mürəbbə qabı, dörd ədəd armudu stəkan-nəlbəki, altı ədəd çöçə qabı, bir ədəd çıraq, iki ədəd çamadan, altı ədəd qaşıqlı çanaq, bir ədəd qaşıq dəsti, bir ədəd slyuda çaynik olan cehiz əşyalarını və Türkiyə istehsalı, 585 əyar, 8 qram, 720 manat dəyərində 1 ədəd sırğa-üzük dəstini təhvil götürdüyündən həmin hissədə iddia tələbindən imtina etdiyini bildirmiş və məhkəmənin 23 avqust 2021-ci il tarixli, 2(079)-348/2021 nömrəli qərardadı ilə iddia tələbinə həmin əmlaklara münasibətdə xitam verilmişdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə işdə iştirak edən şəxslərə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş, İddiaçı “14” oktyabr 2021-ci il tarixdə Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Cavabdeh qarşı əmlak tələbinə dair iddia qaldırdığını, hazırda isə mülki iş üzrə iddianın baxılmamış saxlanması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla işdə iştirak edən şəxslərin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçının məhkəmə təqdim etdiyi ərizəni mülki iş materialları və qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, hazırki vəziyyətdə yaranmış hüquqi şərait İddiaçı Cavabdeh qarşı əmlak tələbinə baxılmasına imkan vermir və bu səbəbdən də iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Cavabdeh məhkəməyə təqdim etdiyi 14 oktyabr 2021-ci il tarixli müraciətdən İddiaçı qızının ona qarşı əmlak tələbinə dair iddia tələbinə mülki işə baxılmamış saxlanmasına etirazının olmaması aydın olur. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını və qanunvericiliyin sadalanan tələblərini nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsi tətbiq olunmalı və İddiaçı iddia tələbi baxılmamış saxlanılmalı və qərardaddan şikayət vermə müddəti bitdikdən sonra iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ərizənin baxılmamış saxlanılması dövlət rüsumunun geri qaytarılmasının əsaslarından biri kimi qeyd edildiyindən və İddiaçı iddia ərizəsi baxılmamış saxlanılmalı olduğundan, məhkəmə həmin Məcəllənin 260.3-cü maddəsinin tələbinə əsaslanaraq büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, o, iddia qaldırılarkən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı vasitəsi ilə 11 iyun 2021-ci il tarixli, 742 nömrəli qəbzlə ödədiyi 30 (otuz) manat miqdarında dövlət rüsumu İddiaçı geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan şikayət vermə müddəti bitdikdən sonra iddia ərizəsinə əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. Həmçinin İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı vasitəsi ilə 11 iyun 2021-ci il tarixli, 742 nömrəli qəbzlə ödədiyi 30 (otuz) manat miqdarında dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar