Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(079)-379/2020 20.10.2020 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Mən, Babək Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlu, İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakda 1/2 pay üzərində mülkiyyət hüququnun tanınması tələbi barədə iddia ərizəsinə Babək Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı vəkili-nümayəndəsi Vəkil vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh adına Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində xx xxxx 2013-cü il tarixdə qeydiyyata alınmış Naxçıvan şəhəri, Xətai məhəlləsi, 1/56 ünvanında 0.04 ha həyətyanı torpaq sahəsinin ½ payda mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə görə geri qaytarılmalıdır. Belə ki, İddiaçı xx xxxx 2013-cü ildə alınmış Naxçıvan şəhəri, Xətai məhəlləsi, 1/56 ünvanında yerləşən 0.04 ha həyətyanı torpaq sahəsinin ikidə bir hissəsinə mülkiyyət hüququnun tanınması tələbi əsaslı olarsa, həmin torpaq sahəsinin müvafiq hissəsinə onun mülkiyyət hüququn olması müəyyənləşdirilməlidir. Halbuki tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Ona görə də İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakda 1/2 pay üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinin tələblərinə görə tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir.. Həmin Məcəllənin 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən iş ərazi aidiyyatı üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarıldıqda, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə 63855 nömrəli qəbzlə “Kapital Bank” Naxçıvan filialına ödədiyi 10 manat dövlət rüsumu ona qaytarılmalıdır. Yuxarıdakıları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakda 1/2 pay üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilsin. İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə 63855 nömrəli qəbzlə “Kapital Bank” Naxçıvan filialına ödədiyi 10 manat dövlət rüsumu on qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(079)-379/2020
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-379/2020
20.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver