Məhkəmə qərarları › İş №2(079)-488/2021

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-488/2021

25.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-488/2021 25.11.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı Niyaz qızının və Cavabdeh nın iştirakı ilə İddiaçı Niyaz qızının Cavabdeh qarşı qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı Niyaz qızı 30 sentyabr 2021-ci ildə Cavabdeh qarşı qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi “30” sentyabr 2021-ci il tarixli qərardadla məhkəmənin icraata qəbul edilmiş və mülki işin baxılmağa hazırlanması haqqında qərardad qəbul edilərək, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 167-ci maddəsinin tələblərinə uyğun olaraq işin məhkəmədə baxılmağa hazırlanmasına yönəlmiş müvafiq hazırlıq hərəkətləri edilmişdir. Mülki iş üzrə təyin olunmuş məhkəmə hazırlıq iclasında İddiaçı Niyaz qızı məhkəməyə vəsatətlə müraciət edərək Cavabdeh qarşı qızıl-zinət əşyalarının qaytarılması tələbi ilə məhkəməyə müraciət etdiyini, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdi. Məhkəmə İddiaçı Niyaz qızının vəsatətini nəzərdən keçirib bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Hazırkı vəziyyətdə isə məhkəmənin hazırlıq iclasında İddiaçı Niyaz qızı iddia ərizənin geri qaytarılması barədə vəsatətlə məhkəməyə müraciət etdiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan normasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, onun iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələri ilə müəyyən olunur ki, həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu da qaytarılır. Odur ki, İddiaçı Niyaz qızı iddia qaldırarkən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı vasitəsi ilə 22 sentyabr 2021-ci il tarixli, 218 nömrəli qəbzlə ödədiyi 20 (iyirmi) manat və 23 sentyabr 2021-ci il tarixli, 27402 nömrəli qəbzlə ödədiyi 10 (on) manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263.1-ci maddəsinin tələbinə görə məhkəmə işi mahiyyəti üzrə həll etmədikdə məhkəmə aktını qərardad formasında çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı Niyaz qızının vəsatəti təmin edilsin. İddiaçı Niyaz qızının Cavabdeh qarşı qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı Niyaz qızı iddia qaldırarkən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı vasitəsi ilə 22 sentyabr 2021-ci il tarixli, 218 nömrəli qəbzlə ödədiyi 20 (iyirmi) manat və 23 sentyabr 2021-ci il tarixli, 27402 nömrəli qəbzlə ödədiyi 10 (on) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar