Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(079)-54/2021 17.02.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, Kəngərli Bayram Akif oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Babək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı xx xxxxxx 2020-ci ildə Babək Rayon Məhkəməsinə müraciət edərək mərhum xalası X4 mülkiyyətində olan və Babək rayonu, Zeynəddin kəndində yerləşən, fərdi ev tikintisi üçün verilmiş, 1003.19 kvadrat metr həyətyanı torpaq sahəsinin miras əmlak olaraq onun tərəfindən qəbul olunması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, tələbini əsaslandıraraq bildirmişdir ki, babam X3 xx xxxx 1952-ci ildə, nənəm X8 isə xx xxxxxx 1993-cü ildə vəfat etmişlər. Həmin evlilikdən onların xx xxxxxxx 1937ci il təvəllüdlü X10 və xx xxxx 1938-ci il təvəllüdlü Salayeva (Hüseynova) Narxanım Həsən qızı adlı iki qız övladları dünya gəlmişdi. Hüseynova Dilarə xx xxx 2010-cu ildə, Narxanım Salayeva (Hüseynova) isə xx xxx 2016-cı il tarixdə ölüb. X2 ailə qurmayıb, heç bir vərəsəsi yoxdur. Anam Salayeva (Hüseynova) Narxanım Həsən qızı atam X9 ilə ailə qurub və həmin evlilikdən X11 (xx.xx.2004-cü il tarixdə vəfat edib), Cavabdeh2, İddiaçı, Cavabdeh1, Cavabdeh4, X5, Cavabdeh6 və Şükürova (Salayeva) Sara Nəriman qızı adlı övladları-vərəsələri vardır. Mərhumə bacım X11 xx xxxxx 2004-cü il tarixdə vəfat edib. Onun da X1 adlı vərəsəsi var. X2 xx xxx 2010-cu il tarixdə ölüb və Babək rayonu, Zeynəddin kənd qəbristanlığında dəfn olunmuşdur. O, ailə qurmadığından övladı olmamışdır. X4 adına Babək rayonu, Zeynəddin kəndində fərdi ev tikintisi üçün verilmiş, 1003.19 kvadrat metr həyətyanı torpaq sahəsinə Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xx xxxx 2007-ci il tarixdə 4647 qeydiyyat və **********08 reyestr nömrəli çıxarış verilmiş, lakin üzərində tikilmiş iki otaq və bir eyvan qeydə alınmamışdır. Xalam hələ ölməmişdən əvvəl xəstə olmuş, həmin müddətdə onu mən gətirib evimdə öldüyü bir günə kimi baxıb, öləndən sonra onun bütün dəfn xərclərini çəkmişəm. Mərhumə xalam D.Hüseynovanın ölümündən sonra bu günə kimi onun mülkiyyətində olan torpaq sahəsindəki üzüm və meyvə ağaclarına qulluq göstərib, əmlak vergisini, kommunal xərclərini ödəyib, ev uçub dağıldığından oranı yenidən əsaslı təmir etmişəm. Lakin bu günədək maddi imkanım aşağı olduğuna görə müvafiq rəsmiləşdirmə aparıb, xalamdan miras qalmış əmlakı adıma sənədləşdirə bilməmişəm. Mirasın qəbulu ilə bağlı müvafiq şəhadətnamə verilməsi üçün Babək Rayon Notariat Ofisinə müraciət etdim, lakin həəmin orqan notariat hərəkətinin aparılmasından imtina etdi İddiaçı və onun vəkili X6 “17” fevral 2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında ərizə ilə müraciət edərək, müraciətində cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsinə dair iddia qaldırdıqlarını, hazırda isə iddia tələbinə baxılmasını istəmədiklərini qeyd edərək və ərizənin baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçının məhkəmə təqdim etdiyi ərizəni mülki iş materialları və qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, hazırki vəziyyətdə yaranmış hüquqi şərait İddiaçı Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə baxılmasına imkan vermir və bu səbəbdən də iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını və qanunvericiliyin sadalanan tələblərini nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsi tətbiq olunmalı və İddiaçı iddia tələbi baxılmamış saxlanılmalı və qərardaddan şikayət vermə müddəti bitdikdən sonra iddia ərizəsinə əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ərizənin baxılmamış saxlanılması dövlət rüsumunun geri qaytarılmasının əsaslarından biri kimi qeyd edildiyindən və İddiaçı iddia ərizəsi baxılmamış saxlanılmalı olduğundan məhkəmə həmin Məcəllənin 260.3-cü maddəsinin tələbinə əsaslanaraq büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, İddiaçı iddia qaldırılarkən “Kapital Bank”ın Babək filialı vasitəsi ilə xx xxxxxxx 2020-ci il tarixli, 51150 nömrəli qəbzlə ödədiyi 10 (on) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan şikayət vermə müddəti bitdikdən sonra iddia ərizəsinə əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. Həmçinin iddia qaldırılarkən İddiaçı “Kapital Bank”ın Babək filialı vasitəsi ilə xx xxxxxxx 2020-ci il tarixli, 51150 nömrəli qəbzlə ödədiyi 10 (on) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-54/2021
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-54/2021
17.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver