Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № 2(080)-1/2021 28.09.2021 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin sədri Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı cavabdeh X1 qarşı kompensasiya ödəməklə yaşayış və istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Ordubad Rayon Məhkəməsinə müraciət etmiş, X1 qarşı Ordubad rayon Biləv kəndində yerləşən fərdi yaşayış evindən 1500 (bir min beş yüz) manat məbləğində kompensasiya ödəməklə yaşayış və istifadə hüquqlarına xitam verilərək məcbur çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 9.1-ci maddəsində görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.3-cü maddəsinin görə hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. Mülki iş üzrə məhkəmə baxışı iclası 05 avqust 2021-ci il tarixə, saat 12:00-a, 23 avqust 2021-ci il tarixə, saat 15:00-a, 15 sentyabr 2021-ci il tarixə, saat 09:15-ə və 28 sentyabr 2021-ci il tarixə saat 09:20-ə təyin olunmuş, məhkəmə iclaslarının vaxtı və yeri barədə tərəflərə qanunvericiliklə nəzərdə tutulmuş rəsmi qaydada məlumat verilmiş, İddiaçı və cavabdeh N.Əliyevə göstərilən tarixlərdə məhkəmə iclaslarına gəlməmişlər, gəlməmələri səbəbləri və ya mümkünsüzlüyü və bu səbəblərin üzrlü olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin 259.0.6-cı və 259.0.7-ci maddələri tədbiq edilir. Bunu nəzərə alan məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinin tələbinə əsasən Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, məhkəmə iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, 23.08.2019-cu il tarixdə İddiaçı tərəfindən X3 rayon filialına (Naxçıvan MR Maliyyə Nazirliyinin hesabına) 10 manat məbləğində ödənilmiş dövlət rüsumu ona qaytarılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6, 260, 263-264-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı İddiaçı cavabdeh X1 qarşı kompensasiya ödəməklə yaşayış və istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. 23.08.2019-cu il tarixdə İddiaçı tərəfindən X3 rayon filialına (Naxçıvan MR Maliyyə Nazirliyinin hesabına) 10 manat məbləğində ödənilmiş dövlət rüsumu ona qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ordubad Rayon Məhkəməsinə verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən:Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-1/2021
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №2(080)-1/2021
28.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver