Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № 2(080)-114/2020 06.10.2020 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı kommunal xidmətə görə yaranmış borcun tutulması (borc müqaviləsi üzrə mübahisələr) tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "İddiaçı" MMC Cavabdeh qarşı kommunal xidmətə görə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Ordubad Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı "İddiaçı" MMC-in nümayəndəsi xx xxxxxxx 2020-ci il tarixdə teleqramla məhkəməyə müraciət etmiş, borcun ödənildiyini bildirmiş, iddiaya xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iddiaya xitam verilməsi barədə müraciətini iddiadan imtina kimi qəbul edir və hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinin tələbinə əsasən iddiaçının iddiadan imtina etməsi məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxarır və eyni zamanda həmin qərardadla iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 191, 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı kommunal xidmətə görə yaranmış borcun tutulması (borc müqaviləsi üzrə mübahisələr) tələbinə dair iddiasından imtinası qəbul edilsin. İddiaçı Cavabdeh qarşı kommunal xidmətə görə yaranmış borcun tutulması (borc müqaviləsi üzrə mübahisələr) tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. xx xxxx 2020-ci il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 30 manat məbləğində ödənilmiş dovlət rüsumu iddiaçı təşkilata ona qaytarılsın. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Naxçıvan MR Ordubad Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mehrab. Məmmədov
Məhkəmə qərarları › İş №2(080)-114/2020
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №2(080)-114/2020
06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver