Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № 2(080)-119/2020 16.11.2020 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin X2 Haqverdiyevin sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə,iddiaçı “xxxxxxx” KB ASC-nin Cavabdeh borcun alınması tələbinə dair mülki işə məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi İddiaçı “xxxxxxx” KB ASC-nin nümayəndəsi Yavər Novruzov xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə Məhkəməyə müraciət etmiş, Cavabdeh xx.xx.2019-cu il tarixli, ******* saylı kredit müqaviləsi üzrə 3700.86 manat əsas borc, 216,56 manat faiz borcun, cəmi 3917.42 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pulun “xxxxxxxxxxxxxx” ASC-in xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxxxxx” KB ASC-nin nümayəndəsi Y.Novruzov xx.xx.2020-ci il tarixdə ərizə göndərərək, Cavabdeh qarşı borcun alınması tələbi ilə bağlı Cavabdeh tərəfindən kredit borcunu tam ödədiyindən Cavabdeh qarşı borcun alınması tələbinə dair 2(080)- 119/2020 saylı mülki iş üzrə icraata xitam verilməsini xahiş emişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Məhkəmə iddiaçının nümayəndəsi Yavər Novruzovun iddiadan imtina etməsi, iş izrə icraata xitam verilməsi barədə teleqramını müzakirə edib belə nəticəyə gəlir ki, işdə imtinanın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi və bu imtinanın məhkəmə tərəfindən qəbul edilməsi iş üzrə icraata xitam verilməsi üçün əsasdır, həmin əsasa görə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinin tələbinə əsasən iddiaçının iddiadan imtina etməsi məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxarır və eyni zamanda həmin qərardadla iş üzrə icraata xitam verir. Məhkəmə belə hesab edir ki, İddiaçı “xxxxxxx” KB ASC-nin nümayəndəsi Y.Novruzovun iddiasından imtinası qəbul edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinin tələbinə əsasən Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərkən ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, məhkəmədə iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, xx.xx.2020-ci il tarixdə “xxxxxxx” KB ASC tərəfindən Azərbaycan Respublikası VN Milli Gəlirlər Departamentinə 30 manat məbləğində ödədiyi dovlət rüsumu ona qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: İddiaçı “xxxxxxx” KB ASC-nin Cavabdeh borcun alınması tələbinə dair iddiasından imtinası qəbul edilsin. İddiaçı “xxxxxxx” KB ASC-nin Cavabdehborcun alınması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. xx.xx.2020-ci il tarixdə (VOEN **********) “xxxxxxx” KB ASC tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Departamentinə (Azərbaycan Respublikası Vergilər Nazirliyi) 30 manat məbləğində ödənilmiş dövlət rüsumu “xxxxxxx” KB ASC-nə qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ordubad Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-119/2020
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №2(080)-119/2020
16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver