Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-16/2023 02.05.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin sədri Tural Ziyad oğlu Haqverdiyevin sədrliyi, X6 məhkəmə iclas katibliyi, ilə, X3 Cavabdeh qarşı nikahın pozulması tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh ilə aralarında 01 sentyabr 2008-ci il tarixdə Ordubad rayonu Dırnıs kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsində bağlanmış, həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 07 nömrə ilə qeyd edilmiş nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 13 yanvar 2023-cü il tarixdə məhkəmə iclasında iştirak etmiş iddiaçı X4 iddianı müdafiə etmiş, izahatında bildirmişdir ki, Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə nikaha daxil olmuş, nikah qeydləri 07 nömrə ilə bağlanmışdır. Birgə nikahlarından övladları olumayıb. Ailə qurarkən bir müddət münasibətləri yaxşı olmuş, lakin sonradan münasibətləri korlanmışdır. Belə ki, cavabdehlə xasiyyətləri bir-birinə uyğun gəlmirdi. Cavabdehlə münasibətləri bərpa ediləcək vəziyyətdə deyil. Birgə təsərrüfat aparılmır. Nikahları formal xarakter daşıyır, bərpası qeyri-mümkündür. Cavabdehlə söz söhbəti mübahisəyə çevrilir, cavabdeh ona həyat yoldaşı kimi hörmət etmir, ailənin saxlanması üçün heç bir müsbət davranış göstərmir. Cavabdeh ilə Ordubad rayon Dirnis kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyində xx.xx.2008-ci il tarixdə 07 nömrə ilə bağlanmış nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan- 258534 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, tərəflər arasında nikah Ordubad rayon Qeydiyyat şöbəsində xx.xx.2008-ci il tarixdə bağlanmış, həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 07 nömrə ilə qeyd edilmişdir. 4 saylı Bakı”Asan xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş 05Q- 957-15 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X1 Xaqani Novruz oğlu ilə aralarında bağlanmış nikahın pozulması məqsədi ilə 4 saylı Bakı”Asan xidmət” mərkəzində qeydiyyat şöbəsinə müraciət etmiş, Cavabdeh nikahın pozulması ilə bağlı Bakı”Asan xidmət” mərkəzində qeydiyyat şöbəsinə müraciət etmədiyindən onlar arasında bağlanmış nikahın pozulması barədə məhkəməyə müraciət etməsi bildirilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı X4 və Cavabdeh 01 sentyabr 2008-ci il tarixdə ailə qurmuşlar. Birgə nikahlarından uşaqları doğulmamışdır. Tərəflər hal-hazırda ayrı yaşayırlar. Tərəflərin ayrı yaşamalarına səbəb xasiyyətləri bir-birinə uyğun gələməməsi, xasiyyət və dünyagörüşcə fərqli insanlar olmalarıdır.Tərəflər barışmaları üçün müəyyən edilmiş müddətdə barışmamışlar. İddiaçı cavabdehlə aralarında bağlanmış nikahın pozulmasında israrlıdır. Tərəflərin ər-arvad kimi birgə yaşaması və ailənin saxlanması qeyri-mümkündür. Tərəflər arasında bağlanmış nikah formal olaraq mövcuddur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20-ci maddəsinə görə ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə və ya tərəflər üçün məhkəmə tərəfindən müəyyən edilmiş müddət ərzində barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasını təkid etdikdə nikah məhkəmə qaydasında pozulur. Məhkəmə tərəflərin barışmaları üçün müəyyən edilmiş müddətdə barışmamalarını, iddiaçının nikahın pozulmasında israrlı olmasını, cavabdehin də iddiaçı ilə olan nikahın pozulmasını məhkəmədən xahiş etməsini nəzərə alaraq hesab edir ki, tərəflərin birgə yaşaması və ailənin saxlanması qeyri-mümkündür. Həmçinin qeyd olunmalıdır ki, Ailə Məcəlləsinin 2.3-cü maddəsinə görə nikah kişi ilə qadının ailə qurmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Odur ki, heç kəs iradəsinə zidd olaraq nikahda qalmağa məcbur edilə bilməz. Beləliklə, yuxarıda göstərilən xüsusiyyətləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, X4 və Cavabdeh arasında bağlanmış nikah pozulmalıdır. Məhkəmə nikahın pozulmasının dövlət qeydiyyatına alınması zamanı ödənilməli olan dövlət rüsumu məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 12.2.2-ci maddəsində nəzərdə tutulmuş dövlət rüsumu məbləği iddiaçıdan tutularaq dövlət nəfinə keçirilməli, Cavabdeh həmin rüsumu ödəməkdən azad edilməlidir. İş materiallarına əlavə edilmiş 08.09. 2022-ci il tarixli ********* nömrəli qəbzdən görünür ki, X4 iddia ərizəsinin verilməsinə görə 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2022-ci il tarixli, BŞB/6-5634 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, X4 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu” haqqında Qanunun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə dövlət rüsumunun məbləği 100 manatdır. “Dövlət rüsumu” haqqında Qanunun 9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf ... dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə Qanunun normasının məzmunundan belə nəticəyə gəlir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddia ərizəsinin verilməsinə görə ödəməli olduğu 100 manat məbləğində dövlət rüsumunun 50 manat hissəsinin ödənilməsindən azad olunmuş, 50 manatı dövlət büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Odur ki, iddiaçı iddia verilərkən ödəməli olduğu 100 manat məbləğində dövlət rüsumunun ödənilməsindən azad olunmuş 50 manat hissəsi cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia təmin edilsin. X4 və Cavabdeh arasında 01 sentyabr 2008-ci il tarixdə Ordubad Rayonu Dırnıs kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsində bağlanmış, həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 07 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Nikahın pozulması dövlət qeydiyyatına alınarkən X2 20 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilsin, Cavabdeh həmin rüsumu ödəməkdən azad edilsin. Cavabdeh 50 manat alınıb dövlət büdcəsinə keçirilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Haqverdiyev.
Məhkəmə qərarları › İş №2(080)-16/2023
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-16/2023
02.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver