Məhkəmə qərarları › İş №2(080)-163/2020

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(080)-163/2020

21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Ordubad şəhəri İş № 2(080)-163/2020 21.10.2020 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi əvəzi X1 Kreditor MMC-nin Borclu əsas borcun tutulması haqqında məhkəmə əmrinin verilməsinə dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Kreditor MMC-i məhkəməyə ərizə ilə müraciət etmiş, Borclu 1155 manat əsas borc, 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 1175 manat məbləğində pulun alınaraq “xxxxxxxxxxxx” MMC-nin hesabına ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Kreditor ərizəsini onunla əsaslandırmışdır ki, Borclu ilə Kreditor MMC arasında xx xxxxxxx 2017-ci il tarixli, ******* saylı borc müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə əsasən Borclu kreditordan 1260 manat dəyərində məişət avadanlığı almış, ilkin ödənişlər etdikdən sonra qalan məbləği müqaviləyə əsasən 12 ay müddətinə, aylıq 105 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin Borclu üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, nəticədə kreditora 1155 manat borcu yaranmışdır. İş materiallarında olanxx xxxxxxx 2017-ci il tarixli, ******* saylı borc müqaviləsindən görünür ki, Kreditor MMC-i ilə Borclu arasında borc müqaviləsi bağlanmış, Borclu kreditordan müqaviləyə əsasən 1260 manat dəyərində məişət avadanlığı almış, ilkin ödənişlər etdikdən sonra qalan məbləği 12 ay müddətinə, aylıq 105 manat ödəməyi öhdəsinə götürmüşdür. xx xxxx 2020-ci il tarixli, 424 nömrəli maliyyə arayışından görünür ki, Borclu Kreditor MMC-nə xx xxxxxxx 2017-ci il tarixli, ******* saylı müqavilə üzrə cəmi 1155 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, digər xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditor isə borcludan vəzifəsini icrasını tələb etmək hüququ vardı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirmiş müddətdə icra edilməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 280-cı maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinləmək üçün tərəflər çağırılmadan çıxarılır. Ərizəyə əlavə olunmuş sənədlərlə Kreditor MMC-in tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Kreditorun ərizəsi təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ərizə üzrə ödənilmiş 20 manat dövlət rüsumu borcludan tələbkarın xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 275, 276, 280-281-ci maddələrini rəhbər tutaraq , əmr etdi: xx xxxxxxxx 1984-cü il tarixdə Ordubad rayonunun Tivi kəndində doğulmuş və qeydiyyatda olan Borclu Kreditor MMC-nin xeyrinə (Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı, m/h: AZ03NABZ********************, H/h: AZ531BAZ********************) 1155 manat əsas borc, 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 1175 manat məbləğində pul tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim əvəzi: Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar