Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № 2(080)-164/2020 29.10.2020 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Mən hakim əvəzi X1 İddiaçı Cavabdeh qarşı itmış malın dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə Ordubad Rayon Məhkəməsinə müraciət etmiş, X2 itmiş malın dəyəri olan 1500 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, həmin iddia ərizəsi Ordubad Rayon Məhkəməsinin icraatına qəbul edilə və baxıla bilməz. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, cavabdeh İmranov X3 rayonunun Parağa kəndində yaşayır, lakin həmin ünvanda qeydiyyatda deyil. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminin şəxsiyyət vəsiqəsi məlumatları üzrə sorğudan götürülmüş məlumatlardan müəyyən edilmişdir ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə görə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən belə nəticəyə gəlirəm ki, İddiaçı Cavabdeh qarşı itmış malın dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsinə Ordubad rayon Məhkəməsinədə baxılmalı olmadığından, iddia ərizəsinin icraata qəbul edilməsi mülki prosessual qanunvericiliyin tələblərinə ziddir, geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinin tələbinə əsasən Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, xx xxxxxxxx 2020-ci il tarixdə, 37978 nömrəli qəbzlə iddiaçı tərəfindən Kapital Bank ASC-in Ordubad filialına (Ordubad rayon Maliyyə Şöbəsinin hesabına) ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı Cavabdeh qarşı itmış malın dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etməyə mane olmur. xx xxxxxxxx 2020-ci il tarixdə, 37978 nömrəli qəbzlə iddiaçı tərəfindən Kapital Bank ASC-in Ordubad filialına (Ordubad rayon Maliyyə Şöbəsinin hesabına) ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ordubad Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(080)-164/2020
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №2(080)-164/2020
29.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver