Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Ordubad şəhəri İş № 2(080)-166/2020 29.10.2020 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi əvəzi X1 “xxxxxxx” MMC-nin Borclu əsas borcun tutulması haqqında məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Kreditor “xxxxxxx” MMC-nin direktoru Tural Heydərli məhkəməyə ərizə ilə müraciət etmiş, Borclu 2826 manat əsas borc və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 2846 manat məbləğində pulun alınaraq “xxxxxxx” MMC-nin hesabına ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Kreditor ərizəsini onunla əsaslandırmışdır ki, Borclu ilə Kreditor “xxxxxxx” MMC arasında xx xxxx 2019-cu il tarixli malın nisyə satılması haqqında alqı-satqı müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə əsasən Borclu kreditordan 1427 manat dəyərində 1 ədəd A/C AUXH18A4JA markalı kondisioner və 1399 manat dəyərində 1 ədəd A/C AUX H18A4JA markalı kondisioner əldə etmişdir. Borclu əmlakların cəmi dəyəri olan 2826 manatı ayda 157 manat olmaqla 18 ay müddətində ödəməyi öhdəsinə götürüb. Lakin Borclu üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, nəticədə kreditora 2826 manat borcu yaranmışdır. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli malın nisyə satılması haqqında alqısatqı müqaviləsindən görünür ki, “xxxxxxx” MMC-i ilə Borclu arasında malın nisyə satılması haqqında alqı-satqı müqaviləsi bağlanmış, Borclu kreditordan müqaviləyə əsasən 1427 manat dəyərində 1 ədəd A/C AUXH18A4JA markalı kondisioner və 1399 manat dəyərində 1 ədəd A/C AUX H18A4JA markalı kondisioner almış, 2846 manatı isə 18 ay müddətinə, aylıq 157 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli, 278/20 saylı maliyyə arayışından da görünür ki, Borclu “xxxxxxx” MMC-nə xx xxxx 2019-cu il tarixli malın nisyə satılması haqqında alqı-satqı müqaviləsi üzrə cəmi 2826 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, digər xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditor isə borcludan vəzifəsini icrasını tələb etmək hüququ vardı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirmiş müddətdə icra edilməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 280-cı maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinləmək üçün tərəflər çağırılmadan çıxarılır. Ərizəyə əlavə olunmuş sənədlərlə kreditor “xxxxxxx” MMC-in tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Kreditorun ərizəsi təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ərizə üzrə ödənilmiş 20 manat dövlət rüsumu borcludan tələbkarın xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 275, 276, 280-281-ci maddələrini rəhbər tutaraq , əmr etdi: xx xxxxxx 1992-cü il tarixdə Ordubad rayonunun Biləv kəndində doğulmuş və qeydiyyatda olan Borclu “xxxxxxx” MMC-nin xeyrinə 2826 manat əsas borc və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 2846 (iki min səkkiz yüz qırx altı) manat məbləğində pul tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim əvəzi: Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(080)-166/2020
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(080)-166/2020
29.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver