Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-172/2020 28.12.2020 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin sədri Tural Ziyad oğlu Haqverdiyevin sədrliyi, X5 məhkəmə iclas katibliyi, Ərizəçi, şahidlər X7 və X1 iştirakı ilə, Ərizəçinın ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət etmiş, həyat yoldaşı xx.xx.1962-ci tarixdə doğulmuş X2 xx xxxx 2014-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəsini müdafiə etmiş, izahatında bildirmişdir ki, X10 xx.xx.1962-ci tarixdə Ordubad rayonu Əylis kəndində anadan olmuşdur.xx xxxx 2014-cü il tarixdə Bakı şəhərində səhər təxminən saat 10 radələrində özünü yaxşı hiss etmədiyindən Bakı şəhəri tibb təcili yardımana zəng etmişlər.Təcili yardım həkim və ferşel gələrək Tamellaya bir-iki iynə-dərman perafaratı yardım etmiş və onun vəziyyətinin yaxşı olmamasını demişlər.Təxminən bir saat sonra T.Məmmədova vəfat etmişdir.T.Məmmədovanı Bakı şəhəri Mehdiabad ərazisi adlanan qəbrstanlığında dəfn etmişlər. Yas mərasiminə başları qarışdığından T.Məmmədovanın xx xxxx 2014-cü il tarixdə ölümün qeydiyyata alınması barədə Qeydiyyat Şöbəsinə müraciət edilməmişlər. Həyat yoldaşı T.Məmmədovanın ölümü qeydiyyata alınmadığından Ordubad Rayon Qeydiyyat Şöbəsinə müraciət etdikdə, həyat yoldaşının ölümü barədə tibbi şəhadətnamə və ya müvafiq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmadığından ölümün qeydiyyata alınmasından, ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ordubad Rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin Ordubad Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Bunu nəzərə alan məhkəmə Ordubad Rayon Qeydiyyat Şöbəsinin iştirakı olmadan məhkəmə baxışının keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan- 418351 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X8 arasında nikah xx xxxx 1985-ci il tarixdə bağlanmış, bu barədə akt qeydləri kitabında 3 nömrə ilə qeydiyyata alınmışdır. 147 nömrəli, xx xxxxxx 2019-cu il tarixli arayışdan müəyyən olunur ki, X2 Ordubad rayon qeydiyyat şöbəsində və qeydiyyat şöbəsinin arxivində ölüm akt qeydiyyatı tapılmamışdır. İşə əlavə edilmiş 2 ədəd fotoşəkldə qəbir daşı, qəbir daşının üzərində X8 , xx.xx.1962-2014 yazıları əks olunmuşdur. Bakı şəhəri Təcili və təxirəsalınmaz tibb yardım stansiyası tərəfindən verilmiş 16 iyun 2014-cü il tarixli çağırışda qeyd edilmişdir ki, X3 onadan ötəri ki, həqiqətən xx.xx.2014-cü il tarixdə saat 11:22 dəqiqələrində tibbi yardım göstərilmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, ölüm faktını təsdiq edən, tibb müəssisəsi tərəfindən verilmiş müvafiq sənəd yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki işin materiallarına əlavə edilmiş sübutlarla X2 xx xxxx 2014-cü il tarixdə Bakı şəhərində ölməsi, Bakı şəhəri, Mehdiabad qəsəbəsi qəbristanlığında dəfn edilməsi təsdiq edilir. Azərbaycan Respublikası MPM-nin 76.2-ci maddəsinə görə şahidlərin ifadələri mülki prosessual icraatda sübutların ayrıca növü kimi təsbit olunmuşdur. Belə ki, şahid ifadələri tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunun və ya olmadığının məhkəmə tərəfindən müəyyən edilərkən əldə edilən məlumatların növü olaraq xüsusi prosessual normalarla tənzimlənir. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Məhkəmə iclasında şahidlər X7 və X9 məhkəməyə verdikləri ifadələrində X4 bir qohum kimi tanıdıqlarını, mərhumun Bakı şəhərində xx xxxx 2014-cü il tarixdə vəfat etdiyini, el adəti ilə yas mərasimi təşkil edildiyini, mərhuməni dəfn edərək digər yas mərasimi adətlərini yerinə yetirildiyini, yas mərasimində onlar və bütün yaxınları iştirak etdiyini, Bakı şəhəri Mehdiabad qəbirstanlığında el adəti ilə dəfn etdiklərini, el adəti ilə üçünün, yeddisini və qırxının verildiyini bildirmişlər. Mülki işin materiallarına əlavə edilmiş Abşeron Rayonu Mehdiabad Bələdiyyəsinin 11 iyul 2019-cu il tarixli 66 saylı arayışdan görünür ki, X8 xx.xx.2014-cü ildə vəfat etmiş, Mehdiabad qəbristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə görə Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. AR MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçi hüquqlarının həyata keçirilməsi üçün lazım olan sənədlərin başqa yolla əldə edilə bilməməsini sübuta yetirə bilmişdir. Ona görə də Məhkəmə Azərbaycan Respublikası Mülk-Prosessual Məcəlləsinin 307-ci maddəsinin göstərişinə əsasən hesab edir ki, X8 xx xxxx 2014-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 311-cü maddəsinə əsasən Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş 10 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx xxxxxx 1962-ci il tarixdə Ordubad rayonunun Əylis kəndində doğulmuş X2 xx xxxx 2014-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə X6 Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan apellyasiya şikayət verilmədiyi halda, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-172/2020
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-172/2020
28.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver