Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Ordubad şəhəri İş № 2(080)-177/2020 21.12.2020 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ İş № 2(080)-177/2020 Ordubad Rayon Məhkəməsi Məhkəmə əmri xx xxxxxx 2020-ci il Ordubad şəhəri. Mən Ordubad Rayon Məhkəməsinin sədri X1, Kreditor “xxxx” MMC-nin Naxçıvan MR, Ordubad Rayonu Vələver kəndində qeydiyyatda olan Borclu qarşı pul məbləğinin ödənilməsi tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdi: Kreditor “xxxx” MMC əmr icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Borclu 1642.32 manat əsas borcun, 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi və 40 qəpik xidmət haqqının, cəmi 1662.72 manat məbləğində borcun alınaraq “xxxx” MMC-nin xeyrinə tutulmasına dair məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Kreditor “xxxx” MMC-nin nümayəndəsi məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizədən və ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, kreditor “xxxx” MMC ilə Borclu arasında xx.xx.2019-cu il tarixdə bağlanmış “**********1” №-li kredit müqaviləsinə əsasən borc alana 1642.32 manat məbləğində TV SAMSUNG UE49N5500AUXRU məişət avadanlığı 12 ay müddətinə ayda 136.9 manat olaraq hissəhissə ödəmək şərtilə verilmişdir. Borclunun müqavilə üzrə ödənişlər etməkdən boyun qaçırmış, kreditora hazırda 1642.32 manat borcu vardır. Ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, kreditorun pul məbləğinin ödənilməsi tələbi aşkardır.Həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə və rəsmi qaydada bağlanmış əqdə əsaslanır.Buna görədə tələbkar borcludan pul məbləğinin ödənilməsi barəsində ərizə tələbi ilə əmr icraatı qaydasında məhkəməyə müraciət etməkdə haqlıdır.Belə olan halda, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276-cı maddəsinə əsasən məhkəmə əmri verilə bilər. Məcəlləsinin 276.1 və 276.2.2-ci -ci maddələrinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa və yaxud sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikasının MM-nin 385.1.-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinəmünasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 275-276, 280-284-cü maddələrini rəhbər tutaraq Əmr edirəm: xx.xx.2019-cu il tarixdə bağlanmış “**********1”№-li kredit müqaviləsinə əsasən 1642.32 manat əsas borcun, 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi və 40 qəpik xidmət haqqının, cəmi 1662.72 manat borcun xx.xx.1973-cü il tarixdə Naxçıvan MR, Ordubad Rayonu Vələver kəndində qeydiyyatda olan Borclu alınaraq Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev 16/22 ünvanında yerləşən “xxxx” MMC-nin hesabına ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətinə əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-177/2020
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(080)-177/2020
21.12.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver