Məhkəmə qərarları › İş №2(080)-177/2021

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(080)-177/2021

21.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Ordubad şəhəri İş № 2(080)-177/2021 21.09.2021 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Mən, Ordubad Rayon Məhkəməsinin hakimi Haqverdiyev Tural Ziyat oğlu Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 24 ünvanında yerləşən kreditor "xxxx" MMCnin borclu Ordubad şəhəri İstanbul küçəsi, ev 22 mənzil 12 ünvanında qeydiyyatda olan Borclu əsas borcun və ödənilmiş dövlət rüsumunun tutulması haqqında məhkəmə əmrinin verilməsinə dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdim : Kreditor "xxxx" MMC məhkəməyə ərizə ilə müraciət etmiş, Borclu 2294 manat əsas və 20 manat ödənilmiş dövlət rusumu, cəmi 2314 manat pulun alınaraq "xxxx" MMCnin hesabına ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Kreditor ərizəsini onunla əsaslandırmışdır ki, Borclu ilə Kreditor "xxxx" MMC-nin arasında 30 iyun 2019-ci il tarixli, HAK474176 saylı, 01 avqust 2019-ci il tarixli, HAK474379 saylı, 23 sentyabr 2019-ci il tarixli, HAK474724 saylı, 30 noyabr 2019-ci il tarixli, HAK5716163 saylı, müqavilələr bağlanmış, müqavilələrin şərtlərtlərinə əsasən Borclu kreditordan məişət avadanlıqları almış, ilkin ödənişlər etdikdən sonra qalan məbləği müqavilələr üzrə ödəməyi öhdəsinə götürmüşdür. Lakin Borclu üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, nəticədə kreditora 30 iyun 2019-ci il tarixli HAK474176 saylı, 01 avqust 2019-ci il tarixli HAK474379 saylı, 23 sentyabr 2019-ci il tarixli HAK474724 saylı, 30 noyabr 2019-ci il tarixli HAK5716163 saylı müqavilələr üzrə 2294 manat əsas və 20 manat ödənilmiş dövlət rusumu üzrə, cəmi 2314 manat borcu yaranmışdır. İş materiallarında olan 30 iyun 2019-ci il tarixli HAK474176 saylı, 01 avqust 2019ci il tarixli HAK474379 saylı, 23 sentyabr 2019-ci il tarixli HAK474724 saylı, 30 noyabr 2019-ci il tarixli HAK5716163 saylı müqavilələr müqavilələrdən görünür ki, "xxxx" MMC ilə Borclu arasında müqavilə bağlanmış, Borclu kreditordan müqaviləyə əsasən 5144 manat dəyərində məişət avadanlığı almış, ilkin ödəniş etdikdən sonra qalan məbləği müqavilələr üzrə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 30 iyun 2019-ci il tarixli, HAK474176 saylı, müqavilədən görünür ki, "xxxx" MMC ilə Borclu arasında müqavilə bağlanmış, Borclu kreditordan müqaviləyə əsasən 1095 manat dəyərində məişət avadanlığı almış, ilkin ödəniş etdikdən sonra qalan məbləği müqavilə üzrə 15 ay müddətinə, aylıq 73 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 01 avqust 2019-ci il tarixli HAK474379 saylı, müqavilədən görünür ki, "xxxx" MMC ilə Borclu arasında müqavilə bağlanmış, Borclu kreditordan müqaviləyə əsasən 782 manat dəyərində məişət avadanlığı almış, ilkin ödəniş etdikdən sonra qalan məbləği müqavilə üzrə 15 ay müddətinə, aylıq 52 manat ödəməyi öhdəsinə götürmüşdür İş materiallarında olan 23 sentyabr 2019-ci il tarixli HAK474724 saylı, müqavilədən görünür ki, "xxxx" MMC ilə Borclu arasında müqavilə bağlanmış, Borclu kreditordan müqaviləyə əsasən 735manat dəyərində məişət avadanlığı almış, ilkin ödəniş etdikdən sonra qalan məbləği müqavilə üzrə 15 ay müddətinə, aylıq 49 manat ödəməyi öhdəsinə götürmüşdür İş materiallarında olan 30 noyabr 2019-ci il tarixli HAK5716163 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Borclu arasında müqavilə bağlanmış, Borclu kreditordan müqaviləyə əsasən 1095 manat dəyərində məişət avadanlığı almış, ilkin ödəniş etdikdən sonra qalan məbləği müqavilə üzrə 15 ay müddətinə, aylıq 73 manat ödəməyi öhdəsinə götürmüşdür İş materiallarında olan 01 iyul 2021-ci il tarixli, 2586 nömrəli maliyyə arayışından görünür ki, Borclu "xxxx" MMC-nə Borclu ilə 30.06.2019-cu il tarixində bağlanmış HAK474176 saylı müqavilə üzrə ödənilməmiş 365,00 AZN, 01.08.2019-cu il tarixində bağlanmış HAK474379 saylı müqavilə üzrə ödənilməmiş 312,00 AZN, 23.09.2019-cu il tarixində bağlanmış HAK474724 saylı müqavilə üzrə ödənilməmiş 392,00 AZN, 30.11,2019-cu il tarixində bağlanmış HAK5716163 saylı müqavilə üzrə ödənilməmiş 1225,00 AZN olmaqla, ümumilikdə 2294,00 AZN əsas (qalıq) borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, digər xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditor isə borcludan vəzifəsini icrasını tələb etmək hüququ vardı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirmiş müddətdə icra edilməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 280-cı maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinləmək üçün tərəflər çağırılmadan çıxarılır. Ərizəyə əlavə olunmuş sənədlərlə kreditor "xxxx" MMC-in tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Kreditorun ərizəsi təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ərizə üzrə ödənilmiş 20 manat dövlət rüsumu borcludan tələbkarın xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 275, 276, 280-281-ci maddələrini rəhbər tutaraq , əmr etdim : Ordubad şəhəri İstanbul küçəsi, ev 22 mənzil 12 ünvanında qeydiyyatda olan Borclu "xxxx" MMC-nin xeyrinə (Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı, m/h: AZ03NABZ********************, H/h: AZ53İBAZ********************) 2294 manat əsas borc, 20 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2314 manat məbləğində pul tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədr: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar