Məhkəmə qərarları › İş №2(080)-197/2021

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №2(080)-197/2021

24.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № 2(080)-197/2021 24.11.2021 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin X3 Haqverdiyevin sədrliyi, Məmmədəliyev Oruc Əli oğlunun məhkəmə iclas katibliyi ilə, iddiaçı Accessbank QSC-nin cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Accessbank QSC cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 2371 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması tələbi ilə Ordubad Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı Accesbank QSC 22 noyabr 2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 24 noyabr 2021-ci il tarixdə məhkəmə iclasına gəlməmiş və işin mahiyyəti üzrə həll edilməsini tələb etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı Accessbank QSC-nin ərizəsi nəzərə alınmalı, iddia ərizəsi, ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinin tələbinə əsasən Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, məhkəmə iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, 01 oktyabr 2021-ci il tarixdə, ********* nömrəli qəbzlə Accessbank QSC tərəfindən X2 30 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər turaraq, Məhkəmə qərara aldı: İddiaçı Accessbank QSC -nin cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə Accessbank QSC-nə qaytarılsın. 01 oktyabr 2021-ci il tarixdə, ********* nömrəli qəbzlə Accessbank QSC tərəfindən Ordubad Rayon Məhkəməsinin hesabına ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı Accessbank QSC –nə qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ordubad Rayon Məhkəməsinə verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədr: Tural Haqverdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar