Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № 2(080)-206/2021 02.11.2021 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin Sədri Tural Ziyat oğlu Haqverdiyev, iddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim: İddiaçı "xxxx" MMC Cavabdeh 983.6(doqquz yüz yeddi səksən üç manat altmış qəpik) manat borcun və 30 manat dövlət rüsumunun alınaraq "xxxx" MMC ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" MMC tələbini onunla əsaslandırılmışdır ki,Cavabdeh ilə iddiaçı arasında 28.08.2018-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********64867 olan İphone 8 plus markalı telefon və iki ədəd HOFFMAN markalı kondisener almış və nəticədə 983.6 manat borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3101.4 manat təşkil etmişdir. Bu səbəbdən də iddiaçı "xxxx" MMC, cavabdehdən 983.6(doqquz yüz yeddi səksən üç manat altmış qəpik) manat borcun və 30 manat dövlət rüsumunun tutulmasını xahiş edir. Məhkəmə icraatının mümkünlüyünü yoxlayarkən müəyyən edilmişdir ki, iddiaçının ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.2.4-cü maddəsinin maddələrinin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən onun məhkəmə icraatı mümkün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.2.4cü maddəsində qeyd edilir ki tələbin əsaslığını təsdiq edən sənədlər, əmlakın verilməsi tələbləri üzrə tələb olunan əmlakın dəyərinə dair sübutlar göstərilməlidir. Belə ki, iddiaçı iddia ərizəsinə qoşma kimi sənədlər əlavə etsə, də iddia ərizəsinə sübutlar siyahısını əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.5-cimaddəsində göstərilir ki, ərizənin bu məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət olunmadıqda hakim iddia ərizəsini geri qaytarır.Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Bu səbəbdən də iddia ərizəsi və iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehlərin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Göstərilənlərə əsasən qeyd olunan iddia ərizəsinin icraata götürülməsi mülki prosessual qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin284-3.5-cimaddəsində göstərilir ki, Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinin tələbinə əsasən Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, məhkəmə ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, 12 oktyabr 2021-ci il tarixdə iddiaçı "xxxx" tərəfindən AZ21NABZ******************** xəzinə hesabına ödənilmiş 30 manat məbləğində ödənilmiş dövlət rüsumu ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı "xxxx" MMC -nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. 12 oktyabr 2021-ci il tarixdə iddiaçı "xxxx" MMC tərəfindən AZ21NABZ******************** xəzinə hesabına ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" MMC-yə qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ordubad Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Haqverdiyev.
Məhkəmə qərarları › İş №2(080)-206/2021
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №2(080)-206/2021
02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver