Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № 2(080)-51/2021 15.02.2021 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin X1, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim: İddiaçı qızı iddia ərizəsi ilə Ordubad Rayon Məhkəməsinə müraciət etmiş, Cavabdeh qarşı ona vurulmuş ziyanın 7011 (yeddi min on bir ) manat məbləğində pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə Ordubad Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini, ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim Cavabdeh barəsində Ordubad Rayon Məhkəməsinin 05 yanvar 2018-ci il tarixli ittiham hökmü çıxarılmış və bu hökm ilə iddiaçı İddiaçı maddi ziyanın ödənilməsini istədiyi 7011(yeddi min on bir ) manat məbləğində olan pulun Ordubad Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Cavabdeh tutularaq ona ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 180-ci maddəsinin tələbinə əsasən Eyni tərəflər arasında və eyni predmet üzrə mübahisəyə dair eyni əsaslarla qəbul edilmiş mülki iddia haqqında, mülki iddiaçının iddiadan imtina etməsinin qəbul edilməsi haqqında və ya barışıq sazişinin təsdiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarının olması habelə iddianın rədd edilməsini yaxud tamamilə və ya qismən təmin edilməsini nəzərdə tutan qanuni qüvvəyə minmiş məhkəmə hökmünün olması yenidən mülki iddia verilməsini istisna edir. Yuxarıda qeyd edildiyi kimi İddiaçı maddi ziyanın ödənilməsini istədiyi 7011(yeddi min on bir ) manat pul məbləği ilə bağlı mülki iddiası Ordubad Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə təmin edildiyindən Azərbaycan Respublikasının CPMnin 180-ci maddəsinin tələbinə əsasən İddiaçı tələbi üzrə iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub- olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin bu müddəasına əsasən də İddiaçı qızı mülki iddia formasında qaldırmaq istədiyi tələb Ordubad Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə təmin edilmişdir, bu səbəbdən dəymiş ziyanın ödənilməsi tələbi üzrə məhkəmənin hökmü olduğundan və mülki iddia ittiham hökm ilə təmin edildiyindən məhkməyə təkrar müraciət olunmasına yol verilmir. Göstərilən qaydanı pozmaqla verilmiş iddia yolverilməz hesab olunur və bu halda məhkəmə iddia ərizəsini qəbul etməkdən imtina etməlidir . Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 82.4, 264, 267-268-ci maddələrini rəhbər tutar qərara aldım: İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi, və ona əlavə olunmuş sənədlər Ordubad Rayon Məhkəməsinin icraatına qəbul edilməsindən imtina olunsun. xx xxxxxx 2021-ci il tarixdə İddiaçı tərəfindən X4 Rayon filialına (Naxçıvan MR Ordubad Maliyyə şöbəsinin hesabına) 30 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ordubad Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Haqverdiyev.
Məhkəmə qərarları › İş №2(080)-51/2021
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №2(080)-51/2021
15.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver