Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-56/2021 18.03.2021 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin sədri Tural Ziyad oğlu Haqverdiyevin sədrliyi, X6 məhkəmə iclas katibliyi, Ərizəçi, şahidlər X17 və X3 iştirakı ilə, Ərizəçinın hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi oğlu ərizə ilə məhkəməyə müraciət etmiş, anası 1927-ci tarixdə doğulmuş X9 xx xxxxxx 2001-ci il tarixdə Ordubad Rayon Rayon Gənzə kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəsini müdafiə etmiş, izahatında bildirmişdir ki, atası X18 ilə anası X19 1944-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurublar. Anası X19 1927-ci ildə doğulub, xx xxxxxx 2001-ci ildə vəfat edib və Ordubad Rayon Rayon Gənzə kənd qəbirstanlığında dəfn olunub. El adəti ilə yas mərasimini təşkil edib mərhuməni dəfn edərək digər yas mərasimi adətlərini yerinə yetirmişlər. Yas mərasimində o və bütün yaxınları həmçinin kənd əhli də iştirak etmişdir. Mərhum anası X9 ölümü ilə bağlı həkim sənədi vaxtında alınmayıb və ölümün qeydə alınması barədə Qeydiyyat şöbəsinə təqdim edilməyib. Anasının mülkiyyətində həyətyanı sahə və ev olduğundan və anasının ölümü barədə şəhadətnamə olmadığından vərəsəliyin açılması mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi onlara vərəsəliyin açılması üçün ölüm haqqında şəhadətnamənin olması zəruridir. Buna görə də ölümün qeydə alınması və şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş, X9 ölümü barədə akt qeydiyyatı tapılmamışdır. Bu səbəbdən də məhkəməyə ərizə ilə müraciət etməyə məcbur olmuşdur. Həmçinin anası N.Hüseynovanın ölməsi barədə hüququ faktın təsdiq edilməsində X10 və X5 bu məsələ üzrə şahid qismində dindirilməsini xahiş etmişdir. Ərizəçi oğlu X9 xx xxxxxx 2001-ci il tarixdə Ordubad Rayonu Gənzə kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirəm. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Bunu nəzərə alan məhkəmə Maraqlı şəxs iştirakı olmadan məhkəmə baxışının keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan- 140961 nömrəli xx xxxxxx 1965- ci il tarixli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X18 ilə X19 arasında nikah 28 noyabr 1944-cü ildə tarixdə bağlanmış, bu barədə akt qeydləri kitabında 11 nömrə ilə qeydiyyata alınmışdır. 351274 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2958-cu il tarixdə Ərizəçi oğlu doğulmuş, atası X18, X4dır. 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1958-cu il tarixdə Ərizəçi oğlu Ordubad Rayonu Gənzə kəndində doğulmuş və Ordubad Rayonu Gənzə kəndində yaşayır 07549123 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1960-ci il tarixdə X2 Rayonu Gənzə kəndində doğulmuş və Ordubad Rayonu Gənzə kəndində yaşayır. 14957603 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1962-ci il tarixdə X20 oğlu Ordubad Rayonu Gənzə kəndində doğulmuş və Ordubad Rayonu Gənzə kəndində yaşayır. 18 nömrəli, xx xxxxxx 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, X9 Maraqlı şəxsndə və qeydiyyat şöbəsinin arxivində ölüm akt qeydiyyatı tapılmamışdır. İşə əlavə edilmiş 3 ədəd fotoşəkildə qəbir və qəbir daşı əks olunmuşdur. Ordubad rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 09 fevral 2021-ci il tarixli arayışda qeyd edilmişdir ki, Ordubad Rayonu Gənzə kəndində qeydiyyatda olmuş 1927-ci il təvəllüdlü X9 xəstəliyi və vəfatı ilə əlaqədar Ordubad rayon Mərkəzi Xəstəxanasına müraciət olunmamışdır. İşin araşdırılan hallarından müəyyən olunur ki, ölüm faktını təsdiq edən, tibb müəssisəsi tərəfindən verilmiş müvafiq sənəd yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki işin materiallarına əlavə edilmiş sübutlarla , X9 xx xxxxxx 2001-ci il tarixdə Ordubad Rayon Rayon Gənzə kənd qəbirstanlığında dəfn edilməsi təsdiq edilir. Azərbaycan Respublikası MPM-nin 76.2-ci maddəsinə görə şahidlərin ifadələri mülki prosessual icraatda sübutların ayrıca növü kimi təsbit olunmuşdur. Belə ki, şahid ifadələri tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunun və ya olmadığının məhkəmə tərəfindən müəyyən edilərkən əldə edilən məlumatların növü olaraq xüsusi prosessual normalarla tənzimlənir. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Məhkəmə iclasında şahidlər X17 və X11 məhkəməyə verdikləri ifadələrində X15 bir həmkəndliləri kimi tanıdıqlarını, mərhumun xx xxxxxx 2001-ci il tarixdə Ordubad Rayon Gənzə kəndində vəfat etdiyini, el adəti ilə yas mərasimi təşkil edildiyini, mərhuməni dəfn edərək digər yas mərasimi adətlərini yerinə yetirildiyini, yas mərasimində onlar və bütün yaxınları iştirak etdiyini və Ordubad Rayon Rayon Gənzə kənd qəbirstanlığında el adəti ilə dəfn etdiklərini, el adəti ilə üçünün, yeddisini və qırxının verildiyini bildirmişlər. Ordubad rayon Gənzə Bələdiyyəsi tərəfindən verilmiş 10 fevral 2021-ci il tarixli 01 saylı arayışdan görünür ki, X19 xx xxxxxx 2001-ci ildə Ordubad Rayon Rayon Gənzə kəndində vəfat edib və Ordubad Rayon Rayon Gənzə kənd qəbirstanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə görə Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. AR MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçi hüquqlarının həyata keçirilməsi üçün lazım olan sənədlərin başqa yolla əldə edilə bilməməsini sübuta yetirə bilmişdir. Ona görə də Məhkəmə Azərbaycan Respublikası Mülk-Prosessual Məcəlləsinin 307-ci maddəsinin göstərişinə əsasən hesab edir ki, X9 xx xxxxxx 2001-ci ildə Ordubad Rayon Rayon Gənzə kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 311-cü maddəsinə əsasən Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş 10 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qət etdi: Ərizə təmin edilsin. 1927-ci ildə doğulmuş X9 xx xxxxxx 2001-ci il tarixdə Ordubad rayonunun Gənzə kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Ərizəçi tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə X8 Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan apellyasiya şikayət verilmədiyi halda, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-56/2021
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-56/2021
18.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver