Məhkəmə qərarları › İş №2(080)-78/2021

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №2(080)-78/2021

02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № 2(080)-78/2021 02.06.2021 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin X11 Haqverdiyevin sədrliyi, X7 məhkəmə iclas katibliyi ilə, İddiaçı ASC cavabdehlər Cavabdeh1 Zəfər oğlu və X1 qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə Ordubad Rayon Məhkəməsinə müraciət etmiş, cavabdehlər Cavabdeh1 Zəfər oğlu və X1 qarşı borcun tutulması tələbi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə 02 iyun 2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsini, iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılmasını və mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 Zəfər oğlu və X3 işin mahiyyəti üzrə həll edilməsini tələb etməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə ərizəsi nəzərə alınmalı və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinin tələbinə əsasən Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, məhkəmə iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, 12.03.2021-ci il tarixdə, ********* nömrəli qəbzlə İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı - X10 vaistəsi ödənilmiş 10 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı ASC-yə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər turaraq, Məhkəmə qərara aldı: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 Zəfər oğlu və X1 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə İddiaçı” ASC-yə qaytarılsın. 12.03.2021-ci il tarixdə, ********* nömrəli qəbzlə İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı - X10 vaistəsi ödənilmiş 10 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı ASC-yə qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ordubad Rayon Məhkəməsinə verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədr:Tural Haqverdiyev. NAXÇİVAN MUXTAR RESPUBLİKASİ ORDUBAD RAYON MƏHKƏMƏSİ Şərur Rayonu Oğlanqala kəndi Tağıyeva Sona Seyfəddin qızına Şərur Rayonu Oğlanqala kəndi X4 Ordubad Şəhəri N.Tusi küçəsi,ev 9 Də X9 Ordubad Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(080)-53/2021 nömrəli qərardadının surəti məlumat üçün Sizə göndərilir. Qoşma:-Qədardadın surəti 02 vərəqə Sədr: Tural Haqverdiyev. 22 aprel 2021-ci il İŞ № 2(080)-53/2021

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar