Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № 2(080)-90/2021 23.04.2021 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Mən Ordubad Rayon Məhkəməsinin Sədri Tural Ziyat oğlu Haqverdiyev, iddiaçı İddiaçı cavabdeh Cavabdeh oğluna qarşı aliment tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim: İddiaçı İddiaçı cavabdeh Cavabdeh oğluna qarşı alimentin tələbi barədə iddia ərizəsi ilə Ordubad Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh oğlu ilə 16 aprel 2016-ci ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Bu evlilikdən iki övladları 09.08.2017-ci il təvəllüdlü X2 və 15..12.2018-ci il təvəllüdlü X1 dünyaya gəlmişdir. Evliliklərini davam etdirmək mümkün olmadığından aralarındakı nikah Ordubad Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli qətnaməsi ilə pozulmuş və övladlarının isə onun yanında qalması müəyyən edilmişdir. Ordubad Rayon Məhkəməsi hər bir uşağa 100 (bir yüz) manat iki uşağa 200 (iki yüz) manat aliment müəyyən etmişdir. Hazırda onun valideyinlərinin yanında qaldığını, heç bir yerdən gəlirinin olmadığını, uşaqların təlabatını ödəməkdə çox çətinlik çəkdiyini Ordubad Rayon Məhkəməsinin 30 sentyabr 2018-ci il tarixli 2(080)-80/2020 saylı qətnaməsi ilə müəyyən olunan aliment məbləğinin dəyişdirilməsini, bir uşağa yetkinlik yaşına çatanadək saxlanılması üçün 120 (yüz iyirmi ) manat iki uşağa görə cəmi 240( iki yüz qırx ) manat məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə və ödənilməyən aliment məbləğinin hesablanaraq cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinin tələbinə əsasən lazımı sübutların əsli və ya lazımı qaydada təsdiq edilmiş surəti təqdim edilir. Məhkəmə icraatının mümkünlüyünü yoxlayarkən müəyyən edilmişdir ki, iddiaçının ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə yəni iddia ərizəsinin formasına riayət edilmədiyindən onun məhkəmə icraatı mümkün deyil. Belə ki, İddiaçı İddiaçı iddia ərizəsinə əlavə edilmiş sənədlərdə özünə və övladlarına aid doğum haqqında şəhadətnamələrin notarial qaydada təstiqlənməmiş suətlərini iddia ərizəsinə əlavə etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehlərin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən qeyd olunan iddia ərizəsinin icraata götürülməsi mülki prosessual qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı İddiaçı qızının cavabdeh Cavabdeh oğluna qarşı alimentin tələbi barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ordubad Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Haqverdiyev.
Məhkəmə qərarları › İş №2(080)-90/2021
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №2(080)-90/2021
23.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver