Məhkəmə qərarları › İş №2(080)-94/2021

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(080)-94/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Ordubad şəhəri İş № 2(080)-94/2021 06.05.2021 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Mən, Ordubad Rayon Məhkəməsinin hakimi Haqverdiyev Tural Ziyat oğlu Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 24 ünvanında yerləşən kreditor “xxxx” MMCnin borclu Ordubad rayon Behrud kəndində qeydiyyatda olan Borclu əsas borcun və ödənilmiş dövlət rüsumunun tutulması haqqında məhkəmə əmrinin verilməsinə dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdim : Kreditor “xxxx” MMC məhkəməyə ərizə ilə müraciət etmiş, Borclu oğlundan 130 manat əsas və 20 manat ödənilmiş dövlət rusumu, cəmi 150 manat pulun alınaraq “xxxx” MMC-nin hesabına ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Kreditor ərizəsini onunla əsaslandırmışdır ki, Borclu ilə Kreditor “xxxx” MMC-nin arasında 08 avqust 2016-ci il tarixli, HAK4634234 saylı müqavilə bağlanmış, müqavilələrin şərtlərtlərinə əsasən Borclu kreditordan 369 manat dəyərində məişət avadanlığı almış, ilkin ödənişlər etdikdən sonra qalan məbləği müqavilə üzrə 10 ay müddətinə, aylıq 30 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin Borclu üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, nəticədə kreditora 08 avqust 2016-ci il tarixli, HAK4634234 saylı müqavilə üzrə 130 manat əsas və 20 manat ödənilmiş dövlət rusumu, cəmi 150 manat borcu yaranmışdır. İş materiallarında olan 08 avqust 2016-ci il tarixli, HAK4634234 saylı müqavilədən görünür ki, “xxxx” MMC-i ilə Borclu oğlu arasında müqavilə bağlanmış, Borclu kreditordan müqaviləyə əsasən 369 manat dəyərində məişət avadanlığı almış, ilkin ödəniş etdikdən sonra qalan məbləği müqavilə üzrə 10 ay müddətinə, aylıq 30 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 15 aprel 2021-ci il tarixli, 1812 nömrəli maliyyə arayışından görünür ki, Borclu oğlunun “xxxx” MMC-nə 08 avqust 2016-ci il tarixli, HAK4634234 saylı müqavilə üzrə 130 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, digər xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditor isə borcludan vəzifəsini icrasını tələb etmək hüququ vardı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirmiş müddətdə icra edilməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 280-cı maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinləmək üçün tərəflər çağırılmadan çıxarılır. Ərizəyə əlavə olunmuş sənədlərlə kreditor “xxxx” MMC-in tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Kreditorun ərizəsi təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ərizə üzrə ödənilmiş 20 manat dövlət rüsumu borcludan tələbkarın xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 275, 276, 280-281-ci maddələrini rəhbər tutaraq , əmr etdim : xx xxx 1989-cu ildə Ordubad rayon Behrud kəndində doğulmuş, Ordubad rayon Behrud kəndində qeydiyyatda olan Borclu oğlundan “xxxx” MMC-nin xeyrinə (Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı, m/h: AZ03NABZ********************, H/h: AZ53İBAZ********************) 08 avqust 2016-ci il tarixli, HAK4634234 saylı müqavilə üzrə 130 manat əsas borc, 20 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 150 (bir yüz əlli ) manat məbləğində pul tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədr: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar