Məhkəmə qərarları › İş №2(080)-95/2021

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(080)-95/2021

07.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Ordubad şəhəri İş № 2(080)-95/2021 07.05.2021 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Mən, Ordubad Rayon Məhkəməsinin hakimi Haqverdiyev Tural Ziyat oğlu Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 24 ünvanında yerləşən kreditor “xxxx” MMCnin borclu Ordubad rayon Behrud kəndində qeydiyyatda olan Borclu oğlundan əsas borcun və ödənilmiş dövlət rüsumunun tutulması haqqında məhkəmə əmrinin verilməsinə dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdim : Kreditor “xxxx” MMC məhkəməyə ərizə ilə müraciət etmiş, Borclu oğlundan 525 manat əsas və 20 manat ödənilmiş dövlət rusumu, cəmi 545 manat pulun alınaraq “xxxx” MMC-nin hesabına ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Kreditor ərizəsini onunla əsaslandırmışdır ki, Borclu oğlu ilə Kreditor “xxxx” MMCnin arasında 23 fevral 2017-ci il tarixli, 28K4637283 saylı müqavilə üzrə 1280 manat dəyərində məişət avadanlığı almış ilkin ödəniş etdikdən sonra 18 ay müddətində aylıq 71 manat olmaqla ödəməyi, 10 iyun 2017-ci il tarixli, ******* saylı müqavilə üzrə isə 855 manat dəyərində məişət avadanlığı almış ilkin ödəniş etdikdən sonra 15 ay müddətində aylıq 55 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin Borclu üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, nəticədə kreditora 23 fevral 2017-ci il tarixli, 28K4637283 saylı müqavilə üzrə 213 manat, 10 iyun 2017-ci il tarixli, ******* saylı müqavilə üzrə isə 312 manat olmaqla ümumilikdə 525 manat və 20 manat ödənilmiş dövlət rusumu üzrə, cəmi 545 manat borcu yaranmışdır. İş materiallarında olan 23 fevral 2017-ci il tarixli, 28K4637283 saylı müqavilədən görünür ki, “xxxx” MMC-i ilə Borclu oğlu arasında müqavilə bağlanmış, Borclu kreditordan müqaviləyə əsasən 1280 manat dəyərində məişət avadanlığı almış, ilkin ödəniş etdikdən sonra qalan məbləği müqavilə üzrə 18 ay müddətinə, aylıq 71 manat ödəməyi, 10 iyun 2017-ci il tarixli, ******* saylı müqavilə üzrə isə 825 manat dəyərində məişət avadanlığı almış, ilkin ödəniş etdikdən sonra qalan məbləği müqavilə üzrə 15 ay müddətinə aylıq 55 manat ödəməyi öhdəsinə götürmüşdür.İş materiallarında olan 15 aprel 2021-ci il tarixli, 1715 nömrəli maliyyə arayışından görünür ki, Borclu oğlunun “xxxx” MMC-yə 23 fevral 2017-ci il tarixli, 28K4637283 saylı və 10 iyun 2017-ci il tarixli, ******* saylı müqavilələr üzrə ümumilikdə 525 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, digər xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditor isə borcludan vəzifəsini icrasını tələb etmək hüququ vardı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirmiş müddətdə icra edilməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 280-cı maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinləmək üçün tərəflər çağırılmadan çıxarılır. Ərizəyə əlavə olunmuş sənədlərlə kreditor “xxxx” MMC-in tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Kreditorun ərizəsi təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ərizə üzrə ödənilmiş 20 manat dövlət rüsumu borcludan tələbkarın xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 275, 276, 280-281-ci maddələrini rəhbər tutaraq , əmr etdim: xx xxxxxxxx 1971-ci ildə Ordubad rayon Behrud kəndində doğulmuş, Ordubad rayon Behrud kəndində qeydiyyatda olan Borclu oğlundan “xxxx” MMC-nin hesabına (Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı, m/h: AZ03NABZ********************, H/h: AZ53İBAZ********************) 23 fevral 2017-ci il tarixli, 28K4637283 saylı müqavilə üzrə 213 manat, 10 iyun 2017-ci il tarixli, ******* saylı müqavilə üzrə isə 312 manat olmaqla 525 manat əsas borc, 20 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 545 manat məbləğində pul tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədr: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar