Məhkəmə qərarları › İş №2(088)-84/2021

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərardad — İş №2(088)-84/2021

18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Heydərabad qəsəbəsi İş № 2(088)-84/2021 18.11.2021 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin, Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, М ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC-nin problemli kreditlərlə iş departamentinin direktoru X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı 16.08.2019-cu il tarixli BPM**********80 nömrəli kredit müqaviləsinə əsasən illik 20 faizlə 60 ay müddətinə verilən 6500 manat nağd pul kredit borcu üçün 5125.08 manat əsas borcu 52.73 manat faiz borcu olmaqla ümumilikdə 5177.81 manat kredit borcunun və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğin cavabdehdən tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi 01 sentyabr 2021-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş, məhkəmə hazırlıq iclasının keçirilməsi 14.09.2021-ci il tarixə təyin edilmiş və həmin tarixdə məhkəmə hazırlıq iclası tərəflərin iştirakı olmadan keçirilərək baxılması üçün 05.10.2021ci il tarixə təyin edilmiş, həmin tarixdə məhkəmə baxışı iclası 26.10.2021-ci il tarixinə təxirə alınmış, həmin tarixdə tərəflərin iştirakı olmadığı üçün məhkəmə baxışı iclası təxirə alınaraq 18.11.2021-ci il tarixə təyin edilmişdir. 02.11.2021-ci il tarixdə iddiaçı "xxxx" ASC məhkəməyə ərizə ünvanlayaraq mülki işi baxılmamış saxlanılmasını və iddia ərizəsinə əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq belə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddiaçı "xxxx" ASC-nin problemli kreditlərlə iş departamentinin direktoru X2 Məhkəməyə ünvanladığı ərizədə mülki işi baxılmamış saxlanılmasını və iddia ərizəsinə əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq Sədərək rayon Məhkəməsinin böyük məsləhətçisi X1 Cavabdeh məxsus ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlayaraq telefonoqram qəbul etmiş və həmin telefonoqramda cavabdeh ona qarşı qaldırılmış iddiadan məlumatı olduğunu və "xxxx" ASC ilə öz aralarında razılığa gəldiklərini, iddiaçının işin baxılmamış saxlanılması üçün məhkəməyə ərizə göndərdiyindən məlumatı olduğunu, göndərilmiş ərizə əsasında işin baxılmamış saxlanılmasına heç bir etirazının olmadığını və ona görədə iddiaçının ərizəsini nəzərə alıb işin baxılmamış saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanıla bilər. Məhkəmə ərizəni baxılmamış saxlayarkən iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, "xxxx" ASC-nin Hökümət ödəniş portalı ilə ödənilmiş 05.08.2021-ci il tarixli ********* saylı mədaxil qəbzinə əsasən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu özünə geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264 və 268-ci maddələrini rəhbər tutara məhkəmə Qərar v e r d i: İddiaçı "xxxx" ASC-nin, Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad qanuni qüvvəyə mindikdən sonra mülki iş üzrə iddia ərizəsinə əlavə olunmuş sənədlər "xxxx" ASC-nə geri qaytarılsın. "xxxx" ASC-nin Hökümət ödəniş portalı ilə ödənilmiş 05.08.2021-ci il tarixli ********* saylı mədaxil qəbzinə əsasən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu özünə geri qaytarılsın. Qərardaddan, Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sədərək rayon məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar