Məhkəmə qərarları › İş №2(088)-93/2021

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərardad — İş №2(088)-93/2021

22.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Heydərabad qəsəbəsi İş № 2(088)-93/2021 22.11.2021 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi ilə. İddiaçı Ləğv Prosesində olan "xxxx" ASC-nin X1 Fondunun Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, М ü ə y y ə n e t d i: İddiaçı Ləğv Prosesində olan "xxxx" ASC-nin X1 Fondunun Kreditlərin İdarə edilməsi departamentinin Məhkəmələrlə iş şöbəsinin müdiri X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 6267.88 manat əsas , 5508.06 manat faiz, 4616.64 manat cərimə borcu, və kredit müqaviləsi bitəndən sonra AR konstitusya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 915.24 manat faiz borcu və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğin cavabdehdən tutularaq iddiaçı Ləğv Prosesində olan "xxxx" ASC-nin X1 Fondunun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi 20 sentyabr 2021-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş, məhkəmə hazırlıq iclasının keçirilməsi 01.10.2021-ci il tarixə təyin edilmiş və həmin tarixdə məhkəmə hazırlıq iclası tərəflərin iştirakı olmadan keçirilərək baxılması üçün 27.10.2021ci il tarixə təyin edilmiş, 27.10.2021-ci il tarixdə tərəflər məhkəmə iclasına gəlmədiyindən iş təxirə alınaraq 22.11.2021-ci il tarixə təyin edilmişdir. İddiaçı Ləğv Prosesində olan "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 19 noyabr 2021-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq mülki işi baxılmamış saxlanılmasını və sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq belə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, İddiaçı Ləğv Prosesində olan "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 Məhkəməyə ünvanladığı ərizədə mülki işi baxılmamış saxlanılmasını və sənədlərin əslinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq Sədərək rayon Məhkəməsinin böyük məsləhətçisi İsmayılov Çingiz Məhərrəm oğlu Cavabdeh məxsus ***-***-**-** mobil telefon nömrəsi ilə əlaqə saxlayaraq telefonoqram qəbul etmiş və həmin telefonoqramda cavabdeh ona qarşı qaldırılmış iddiadan məlumatı olduğunu Bakı şəhərində yaşadığı üçün məhkəmə iclaslarında iştirak edə bilmədiyini, iddiaçının işin baxılmamış saxlanılması üçün məhkəməyə ərizə göndərdiyindən məlumatı olduğunu, göndərilmiş ərizə əsasında işin baxılmamış saxlanılmasına heç bir etirazının olmadığını və ona görədə iddiaçının ərizəsini nəzərə alıb işin baxılmamış saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanıla bilər. Məhkəmə ərizəni baxılmamış saxlayarkən iddiaçı Ləğv Prosesində olan "xxxx" ASC-nin X1 Fondu tərəfindən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, Ləğv Prosesində olan "xxxx" ASC-nin Hökümət ödəniş portalı ilə ödənilmiş 01.09.2021-ci il tarixli ********* saylı mədaxil qəbzinə əsasən ödənilmiş 30 (otuz manat) manat dövlət rüsumu özünə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərar v e r d i: İddiaçı Ləğv Prosesində olan "xxxx" ASC-nin X1 Fondunun Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad qanuni qüvvəyə mindikdən sonra mülki iş üzrə iddia ərizəsinə əlavə edilmiş sənədlər Ləğv Prosesində olan "xxxx" ASC-nin X1 Fonduna geri qaytarılsın. Ləğv Prosesində olan "xxxx" ASC tərəfindən Hökümət ödəniş portalı ilə ödənilmiş 01.09.2021-ci il tarixli ********* saylı mədaxil qəbzinə əsasən ödənilmiş 30 (otuz manat) manat dövlət rüsumu özünə geri qaytarılsın. Qərardaddan, Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sədərək rayon məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar