Məhkəmə qərarları › İş №2(089)-183/2021

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №2(089)-183/2021

08.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 2(089)-183/2021 08.10.2021 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 qızının iclas katibliyi İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ½ payın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ½ payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət etmişdir. 08 oktyabr 2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında İddiaçı cavabdehlə mübahisənin aralarında barışıqla həll edildiyini bildirmiş, barışıq sazişini və iş üzrə icraata xitam verilməsi barədə ərizəsini məhkəməyə təqdim etmiş, barışıq sazişinin şərtlərinin təsdiq edilməsini, mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Müəyyən edilmişdir ki, tərəflər arasında 08 oktyabr 2021-ci il tarixdə barışıq sazişi imzalanmış, Cavabdeh 2021-ci ilin oktyabr ayından 2022-ci ilin fevral ayınadək, dörd ay müddətində 6500 manat məbləğində pulu İddiaçı verəcəyini öhdəsinə götürmüşdür. Cavabdeh iddiaçı ilə aralarında mübahisənin barışıqla həll edildiyini bildirmiş, barışıq sazişinin təsdiq edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-ci maddəsinin tələbinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Məhkəmə iddiaçı və cavabdehin imzaladıqları barışıq sazişini müzakirə edib, belə nəticəyə gəlir ki, işdə barışıq sazişinin təsdiq edilməməsi üçün əsas olan Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar yoxdur. Odur ki, iddiaçının və cavabdehin imzaladıqları barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, barışıq sazişinin şərtləri təsdiq edilməli, iş üzrə icraata xitam verilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 191, 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ½ payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə tərəflərin imzaladıqları barışıq sazişi təsdiq edilsin. İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ½ payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. 1.Cavabdeh 2021-ci ilin oktyabr ayından 2022-ci ilin fevral ayınadək, dörd ay müddətində 6500 manat məbləğində pulu İddiaçı verməyi öhdəsinə götürür. 2.İddiaçı iddiadan imtina etmiş, barışıq sazişi ilə razılaşmışdır. 3.Cavabdeh 2021-ci ilin oktyabr ayından 2022-ci ilin fevral ayınadək, dörd ay müddətində 6500 manat məbləğində pulu İddiaçı ödəmədikdə məhkəmə qərarı icraya yönəldiləcək. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. 03 avqust 2021-ci il tarixdə 21469 nömrəli qəbzlə İddiaçı tərəfindən Kapital Bank ASC Naxçıvan filialına (Naxçıvan MR Maliyyə nazirliyini hesabına) 30 manat məbləğində ödənilmiş dövlət rüsumu ona qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Culfa Rayon Məhkəməsinə verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar