Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 2(089)-21/2021 08.01.2021 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraviət etmiş, Cavabdeh 1200 manat borcun, 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx xxxxxx 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı Cavabdehla aralarında imzalanmış barışıq sazişini və iş üzrə icraata xitam verilməsi barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Müəyyən edilmişdir ki, tərəflər arasında xx xxxxxx 2021-ci il tarixdə barışıq sazişi imzalanmış, Cavabdeh İddiaçı olan 1200 manat borcunu xx xxxxx 2021-ci il tarixədək ödəyəcəyini öhdəsinə götürmüşdür. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddiaçı ilə aralarında barışıq sazişi imzalanmasını bildirmiş, barışıq sazişinin təsdiq edilməsi xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-ci maddəsinin tələbinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Məhkəmə iddiaçı və cavabdehin imzaladıqları barışıq sazişini müzakirə edib belə nəticəyə gəlir ki, işdə barışıq sazişinin təsdiq edilməməsi üçün əsas olan Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar yoxdur. Odur ki, iddiaçının və cavabdehin imzaladıqları barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu ona qaytarlmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2, 261-264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: İddiaçı İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə tərəflərin imzaladıqları barışıq sazişi təsdiq edilsin. İddiaçı İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işin icraatına xitam verilsin. İddiaçı tərəfindən xx xxxxxx 2020-ci il tarixdə 54914 nömrəli qəbzlə X4 filialına (Culfa rayon maliyyə şöbəsinin hesabına) ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Culfa Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermə hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən Mehrab Məmmədov.
Məhkəmə qərarları › İş №2(089)-21/2021
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №2(089)-21/2021
08.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver