Məhkəmə qərarları › İş №2(089)-236/2021

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №2(089)-236/2021

07.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 2(089)-236/2021 07.12.2021 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, Ərizəçi, maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs4 və Maraqlı şəxs3 iştirakı ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi Maraqlı şəxs1 ərizə ilə məhkəməyə müraciət etmiş, X2 mülkiyyətində olan Culfa rayonunun Bənəniyar kəndində yerləşən 0.2069 ha torpaq sahəsi və fərdi yaşayış evinin miras olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Maraqlı şəxs1 07 dekabr 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət etmiş, ərizənin baxılmamış saxlanmasını, ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmiş, ərizəsini onunla əsaslandırmışdır ki, tələblə bağlı mübahisə var. Məhkəmə iclasında iştirak etmiş maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs4 və Maraqlı şəxs3 ərizənin baxılmamış saxlanılmasına etiraz etmədiklərini bildirmiş, işin mahiyyəti üzrə həll edilməsini tələb etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Məhkəmə hesab edir ki, ərizə nəzərə alınmalı, ərizə, ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılmalı və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinin tələbinə əsasən Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, məhkəmə ərizə verilərkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, 06 oktyabr 2021-ci il tarixli, 8044 nömrəli qəbzlə Kapital Bank ASC-nin Culfa filialına (Culfa rayon Maliyyə şöbəsinin hesabına) ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Ərizəçi qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər turaraq, Məhkəmə qərara aldı: Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə Ərizəçi qaytarılsın. 06 oktyabr 2021-ci il tarixli, 8044 nömrəli qəbzlə Kapital Bank ASC-nin Culfa filialına (Culfa rayon Maliyyə şöbəsinin hesabına) ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Ərizəçi qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Culfa Rayon Məhkəməsinə verilə bilər. Sədrlik edən: Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar