Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 2(089)-32/2021 19.01.2021 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı MUSAYEV YALÇİN BALAKİŞİ oğlunun iştirakı ilə açıq məhkəmə iclasında İddiaçı MUSAYEV YALÇİN BALAKİŞİ oğlunun cavabdeh MƏMMƏDOV AYDİN QƏLƏM oğlu və Cavabdeh2 qarşı torpaq sahəsinə yolun verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MUSAYEV YALÇİN BALAKİŞİ oğlu cavabdehlər MƏMMƏDOV AYDİN QƏLƏM oğlu və Cavabdeh2 qarşı torpaq sahəsinə yolun verilməsi tələbinə dair iddia ərizəsi ilə Culfa Məhkəməsinə müraciət etmişdir. Cavabdehlər MƏMMƏDOV AYDİN QƏLƏM oğlu və Cavabdeh2 məhkəmə ihazırlıq iclasında iştirak etməmişlər. Məhkəmə iddiaçının vəsatətini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı MUSAYEV YALÇİN BALAKİŞİ oğlunun vəsatəti təmin edilsin. İddiaçı MUSAYEV YALÇİN BALAKİŞİ oğlunun cavabdeh MƏMMƏDOV AYDİN QƏLƏM oğlu və Cavabdeh2 qarşı torpaq sahəsinə yolun verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Culfa Rayon Məhkəməsinə şikayət verilə bilər Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-32/2021
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №2(089)-32/2021
19.01.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver