Məhkəmə qərarları › İş №2(089)-47/2021

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №2(089)-47/2021

14.01.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 2(089)-47/2021 14.01.2021 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Mən hakim Məmmədov Mehrab Fərmayıl oğlu İddiaçı Cavabdeh oğluna qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət etmiş, Cavabdeh oğlundan ona verdiyi 1500 dolların, avtomobilin təmiri üçün xərclənmiş 400 manatın, 500 manat maddi, mənəvi zərərin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-ci maddəsinin tələblərinə riayət edilməklə verilmədiyindən onun məhkəmə icraatı mümkün deyil. Belə ki, iddia ərizəsinə dövlət rüsumunun tam ödənilməsi barədə qəbz, həmçinin ərazi aidiyyətinin müəyyən edilməsi üçün cavabdehin hansı ünvanda qeydiyyatda olmasını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsinin surəti, MAPS-dan arayış, İƏD üzrə nümayəndəlikdən verilmiş arayış) əlavə edilməmişdir. Belə ki, “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatdan çox olduqda iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilir. İddia ərizəsinə əlavə edilmiş xx xxxxxx 2021-ci il tarixli, 62544 nömrəli qəbzdən müəyyən olunur ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 10 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 150.0.2-ci maddələrinə əsasən iddia ərizəsində dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hesab edirəm ki, iddia ərizəsinə cavabdehin hansı ünvanda qeydiyyatda olmasını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsinin surəti, MAPS-dan arayış, İƏD üzrə nümayəndəliyindən verilmiş arayış) əlavə edilməlidir. Göstərilənlərə əsasən belə nəticəyə gəlirəm ki, qeyd olunan iddia ərizəsinin icraata götürülməsi mülki prosessual qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 268-ci maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Culfa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehrab Məmmədov İ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar