Məhkəmə qərarları › İş №2(090)-95/2021

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №2(090)-95/2021

16.05.2021 · Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 2(090)-95/2021 16.05.2021 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, Ərizəçi maraqlı şəxs Şahbuz rayon dövlət notariat ofisinə qarşı notariat hərəkətlərindən şikayətə dair ərizəsini Şahbuz Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdi : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 21 mart 2016-cı il ildə vəfat etmiş atam X1 qalmış mirası qəbul etməməyi, mirasın qəbulu müddətini uzatmaq, miras əmlakı yenidən bölüşdürmək və öz vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində olmadığı üçün anasından qalmış mirasa dair anası X2 qanun üzrə vərəsəlik hüquq haqqında Şəhadətnamə verilməsinə etirazının olmaması barədə 31 may 2019-cu il tarixli notariat hərəkətinin qanuna zidd hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi “16” may 2021-ci il tarixdə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası MPM-nin 152.1.9-cu maddəsinə əsasən öz ərizəsi əsasında ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəçinin ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, Ərizəçi tərəfindən X3 filialına “06” may 2021-ci il tarixdə 2663 nömrəli qəbzlə K0500012 nömrəli terminala ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 259, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Ərizəçi maraqlı şəxs Şahbuz rayon dövlət notariat ofisinə qarşı notariat hərəkətlərindən şikayətə dair tələbinə dair ərizəsi geri qaytarılsın. Ərizəçi tərəfindən X3 filialına “06” may 2021-ci il tarixdə 2663 nömrəli qəbzlə K0500012 nömrəli terminala ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu ona qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar