Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(085)-191/2019 24.01.2019 SUMQAYIT İNZİBATİ-İQTİSADİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X8 Mövlətxan oğlunun katibliyi ilə, X3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı X11rşı cavabdeh tərəfindən Şamaxı rayonu, Əngəxaran kəndi ərazisində yerləşən 7,8 ha torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi barədə iddiasına dair işə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: xx xxxxxx 2006-cı ildə Şamaxı rayon Əngəxaran bələdiyyəsinin 17 saylı qərarı ilə Şamaxı rayon Əngəxaran bələdiyyəsinin perspektiv inkişaf ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı (şərti yararsız) torpaq sahəsindən X5 7,8 ha torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsinin xx.xx.2006-cı il tarixli 17-7/2014 saylı rəyində X2 nəzərdə tutulan 7,8 ha torpaq sahəsinin Əngəxaran bələdiyyəsinin mülkiyyətində olması, satılan torpaq sahəsinin kənd təsərrüfatına az yararlı və ya yararsız olmaqla alqı-satqı predmeti olması və X1 məqsədə müvafiq olması göstərilmiş və torpaqların alqı-satqısına dair akt tərtib edilmişdir. Həmin torpaq sahəsinə dair sonradan isə Şamaxı rayon Məlhəm bələdiyyəsi ilə X6 arasında məhkəmə mübahisəsi olmuşdur. Belə ki, Şamaxı rayon Məlhəm bələdiyyəsi iddiaçı X5 qarşı Şamaxı rayon Məhkəməsində iddia qaldıraraq, “Əngəxaran bələdiyyəsinin xx.xx.2006-cı il taixli 17 nömrəli qərarının ləğv edilməsi və torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə qaytarılmasını xahiş etmişdir. Şamaxı rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(074)-212/2016 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin mübahisə ilə bağlı şikayətlərə yuxarı instansiyalarda baxılmış, nəticədə Şamaxı rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(074)-212/2016 saylı qətnaməsi qanuni qüvvəsini almışdır. Məhkəmə qəraraları ilə X4 torpaq üzərində hüquqlarının qanuni olması müəyyən edilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin iddiaçının müraciəti təmin edilməmişddir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında X6 iştirak etmişdir. İddiaçı qeyd edir ki, Şamaxı rayonu Əngixaran kolxozunun 8 nömrəli xx xxxx 1993-cü il tarixli ümumi iclas protokolu ilə əri X15 Şamaxı-Çuxuryurd şossesinin sağ kənarında yerləşən 10 ha kənd təsərrüfatına tam yararsız torpaq sahəsi 5 il müddətinə tam sərbəst icarəyə verilmişdir. Həmin müddətdən başlayaraq ailəsi həmin torpaq sahəsindən istifadə etməyə başlamışdır. Daha sonra Şamaxı rayon İcra Hakimiyyətinin 63 nömrəli xx.xx.1999-cu il tarixli sərəncamı ilə örüş sahəsindən 5 ha torpaq sahəsi əri X15 verilmişdir və xx.xx.1999cu il tarixdə əri X17 ilə Şamaxı rayon X10 arasında 5 il müddətinə müqavilə imzalanmışdır. Respublikada bələdiyyələr yarandıqdan sonra faktiki olaraq 1993-cü ildən ailəsinin istifadəsində və sahibliyində olan torpaq sahəsini almaq üçün Şamaxı rayon Əngəxaran bələdiyyəsinə müraciət etmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Şamaxı rayon şöbəsinin rəyi nəzərə alınmaqla Şamaxı rayon Əngəxaran bələdiyyə başçısının xx.xx.2006-cı il tarixli 17 saylı qərarı ilə 7,8 ha torpaq sahəsinin satılması qərarı verilmişdir. Həmin sənədlər əsasında Torpaqların alqı-satqısına dair Akt imzalanmış və müvafiq ödənişlər edilmişdir. 1993-cü ildən başlayaraq 7,8 ha torpaq sahəsi ailəsinin faktiki istifadəsində olmuş, 2006-cı ildən isə həm də mülkiyyətinə keçmişdir. Keçən 25 il müddət ərzində torpaq sahəsinə mülkiyyət hüququ əsasında sahiblik etmiş və qanunvericiliklə tələb olunan ödənişləri etmişdir. Torpaq sahəsinə hüquqlar əldə edildiyi müddətdə qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları”nın 1-ci maddəsinin b) bəndinə əsasən bələdiyyənin ehtiyat fondunun özəlləşdirilə bilən, o cümlədən kənd təsərrüfatına az yararlı və yararsız torpaqları alqı-satqı müqaviləsinin predmeti ola bilər. Həmin qaydaların 5-ci maddəsinə əsasən “Torpaq islahatı haqqında” Qanuna uyğun olaraq bələdiyyə torpaqlarının vətəndaşlara və hüquqi şəxslərə satışı onların ərizələrinə əsasən bələdiyyənin qərarı və tərəflər arasında bağlanan müqavilə ilə vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların alqı-satqısı isə onlar arasında notarial qaydada bağlanan müqavilələrə əsasən həyata keçirilir. Həmin torpaq sahəsi ilə bağlı həmçinin məhkəmə çəkişməsi də olmuşdur. Hər üç instansiya məhkəməsinin yekun aktları ilə torpaq sahəsi üzərində onun mülkiyyət hüquqları təsbit edilmişdir. Müvafiq sənədləri və məhkəmə aktlarını nəzərə alaraq 7,8 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması və çıxarışın alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı X16 müraciət etmişdir. Lakin həmin İdarənin xx.xx.2018-ci il tarixli **********52 nömrəli məktubu ilə torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina edilmişdir. İmtinanın əsası kimi isə Torpaq Məcəlləsinin 16.2-ci maddəsi göstərilmişdir. Halbuki göstərilən sənədlər və məhkəmə aktları onu göstərir ki, mübahisəli torpaq sahəsi üzərində hüquqlar qanunvericilik çərçivəsində əldə edilmişdir və məhkəmənin müəyyən etdiyi hallarla mülkiyyət hüquqları təsdiq edilmişdir. İndiki halda idarə tərəfindən bu cür əsasla imtina qanunsz və əsassızdır. Cavabdeh iddiaya qarşı yazılı münasibətində iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. O, qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdrəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında, habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ hüquqi aktları ilə müəyyən edilmiş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. İddiaçı tərəfindən təqdim edilmiş sənədər araşdırılarkən məlum olmuşdur ki, Şamaxı rayon Əngəxaran bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli 17 saylı qərarı ilə onun mülkiyyətinə satılmış 0,9 ha tikinti 6,9 ha kənd təsərrüfatı məqsədilə, ümumilikdə 7,8 ha torpaq sahəsi elektron baza məlumatlarına əsasən Əngəxaran kəndinin ümumi istifadəsind olan örüş sahələrinə aiddir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16.2-ci maddəsinə əsasən yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Göründüyü kimi, torpaq qanunvericiliyinin tələblərinə əsasən örüş sahələri alqı-satqı predmeti ola bilməz. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarəedilməsi haqqında”Qanunun 2.4cü maddəsinə əsasən müəyyən kateqoriyaya aid edilmiş bələdyyə torpaqlarının başqa məqsədlər üçün istifadəsinə yalnız məqsədli təyinatının dəyişdirilməsindən sonra yol verilə bilər. Şamaxı rayon Əngəxaran bələdiyyəsnin xx xxxxxx 2006-cı il tarixli 17 saylı qərarı ilə Məhluqə Seyidovanın mülkiyyətinə satılmış 7,8 ha torpaq sahəsi alqı-satqı predmeti olmadığına görə, həmin torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydiyyata alınması qanunvericiliyin tələblərinə ziddir. Ona görə də İddiaçı ərizəsinin icrasından “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə əsasən imtina edilmişdir. Cavabdehin nümayəndəsi X7 şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etmiş və iddiaya etirazı müdafiə etmişdir. Məhkəməyə yuxarıda adları qeyd olunan sənədlər təqdim edilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia həm də əsaslıdır. Bələdiyyə torpaqlarının idarəedilməsi haqqında Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsininin iddiaçıya torpaq sahəsinin ayrılıdığı dövrdə qüvvədə olan redaksiyasına əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Hazırki işdə də bələdiyyə tərəfindən iddiaçıya sözügedən torpaq sahəsi ayrılmamışdan əvvəl Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsinin həmin torpaq sahəsinin satılmasının qanunamvüvafiqliyi barədə rəyi alınmışdır. Həmin rəydə torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olması və kənd təsərrüfatına az yararlı və yararsız torpaq sahəsi olmaqla alqı-satqı predmeti olması öz əksini tapmışdır. Bələdiyyə torpaqlarının idarəedilməsi haqqında Azərbaycan Respublikası Qanununun 7.1 və 7.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar xüsusi mülkiyyətə verilə bilər. Sözügedən normadan göründüyü kimi bələdiyyələrin onlara məxsus ehtiyat fondunun kənd təsərrüfatına yararsız torpaqlarının mülkiyyətə verməsi hüququ vardır. DTXK-nın Şamaxı rayon şöbəsinin yuxarıda qeyd olunan rəyində də hazırki işdə üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələb olunan torpaq sahəsinin kənd təsərrüfatına yararsız olduğu qeyd edilmiş və bələdiyyə tərəfindən həmin rəyə uyğun olaraqda torpaq sahəsi iddiaçıya satılmışdır. Qərarın təsviri hissəsində də qeyd edildiyi kimi sözügedən torpaq sahəsinin bələdiyyə tərəfindən iddiaçıya satılmasına dair alqı-satqı müqaviləsi məhkəmədə mübahisələndirilmiş, lakin iddia təmin edilməyərək, X4 torpaq üzərində hüquqlarının qanuni olması məhkəmə qaydasında müəyyən edilmişdir İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə «Sporrinq və Lonnort İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni, mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun yaranması kimi qiymətləndirmişdir. Hazırkı işdədə iddiaçı mübahisə predmeti olan torpaq sahəsinə 2006-cı il tarixdən sahiblik edir və ondan istifadə edir. Bu istifadə isə qanunsuz istifadə əsasında deyil, hüquq münasibətləri yaranan zaman səlahiyyətli olmuş müvafiq qurumların müvafiq qərarları və razılıqları ilə olmuşdur. Eyni zamanda mübahisə predmeti torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olması məhkəmə qərarları ilədə təsdiq edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin olunmasından imtinası qanunsuz olmuşdur və iddia təmin edilməli, Şamaxı rayon Əngəxaran bələdiyyəsinin 17 saylı xx xxxxxx 2006-cı il tarixli qərarı əsasında iddiaçı X5 ayrılmış 7,8 ha torpaq sahəsi üzərində X4 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı X14 üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Şamaxı rayon Əngəxaran bələdiyyəsinin 17 saylı xx xxxxxx 2006-cı il tarixli qərarı əsasında iddiaçı X5 ayrılmış 7,8 ha torpaq sahəsi üzərində X4 həmin qərara uyğun olaraq mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı X14 üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(085)-191/2019
Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi Qərar — İş №2-1(085)-191/2019
24.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver