Məhkəmə qərarları › İş №2-1(085)-84/2019

Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi Qərar — İş №2-1(085)-84/2019

26.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(085)-84/2019 26.09.2019 SUMQAYIT İNZİBATİ-İQTİSADİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X14 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs X17) Cavabdeh xx xxxxxx 2013-cü il tarixli sərəncamının etibarsız hesab edilməsi və həmin sərəncamın əsasında verilmiş bütün hüquqi nəticələrin ləğv olunmasını barədə iddiasına dair işə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Cavabdeh başçısının 741 saylı, xx xxxxxx 2013-cü il tarixli qərarı ilə Abşeron rayonuna təhkim edilmiş X22 Fondunda saxlanılmış torpaqlardan Donuzkökəltmə sovxozu ərazisində kənd təsərrüfatı məqsədilə 1,6 hektar 99 il müddətinə icarə qaydasında hazırkı iş üzrə üçüncü şəxs X16 torpaq sahəsi ayrılması haqqında tərtib edilmiş icarə müqaviləsi və digər torpaqayırma sənədlərinin təsdiq edilməsi qərara alınmışdır. İddiaçı Cavabdeh həmin sərəncamından narazı olmaqla, həmin torpaq sahəsində yerləşən “X23 X7”nin xx.xx.2004-cü il tarixli 01 nömrəli protokolu və xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsi ilə 1.6 ha torpaq sahəsi üzərində yerləşən “Binə KTM”-nin balansında olan 1 və 3 nömrəli donuz doğum sexləri və 3 ədəd köməkçi binanın onun mülkiyyətinə satıldığını iddia edir. İşə əlavə olunmuş Xəzər rayon prokurorunun cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında xx xxxxxxx 2017-ci il tarixli qərarı ilə İddiaçı hüquq verən sənədlərin saxta olmasını bilə-bilə saxta sənədlərdən istifadə etməklə, kənd təsərrüfatı təyinatlı torpaqları özbaşına tutması faktı üzrə cinayət işi başlanılmışdır. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 1(003)-136/2018 saylı hökmü ilə İddiaçı oğlunun Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ona bəraət verilməsi, Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə təqsirli bilinməsi, həmin maddə ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilməsi, iş üzrə verilmiş mülki iddianın təmin edilməsi, İddiaçı Xəzər rayonu, Binə qəsəbəsi Donuzkökəltmə sovxozu ərazisində yerləşən 1,6 ha torpaq sahəsindən çıxarılması hökm edilmişdir. Həmin hökmdən verilmiş apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli, 1(103)-88/2019 saylı qərarı ilə apellyasiya şikayətlərinin və apellyasiya protestlərinin təmin edilməməsi, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin qeyd edilən hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı Cavabdeh xx xxxxxx 2013-cü il tarixli sərəncamının etibarsız hesab edilməsi, həmin sərəncam əsasında bağlanmış 2013-cü il tarixli “Topaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə”nin və həmin sərəncamın əsasında verilmiş bütün hüquqi nəticələrin ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə iddia həmin sərəncam əsasında bağlanmış 2013-cü il tarixli “Topaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə”nin ləğv olunmasına dair hissədə mümkün sayılmamışdır. X17 iş üzrə icraata üçüncü şəxs kmi cəlb edilmişdir. Hazırda iddia Cavabdehə yönəlsədə, mübahisənən yaranma əsasını İddiaçı ilə üçüncü şəxs X17 arasında mövcud olan mülki hüquq münasibətləri təşkil edir. İddia onunla əsaslandırılmışdır ki, “X23 X7”nin xx.xx.2004-cü il tarixli 01 nömrəli protokolu ilə 1.6 ha torpaq sahəsi üzərində yerləşən “Binə KTM”-nin balansında olan və xeyli vaxtdır istifadə edilməyən 1 və 3 nömrəli donuz doğum sexləri və 3 ədəd köməkçi bina onun mülkiyyətinə satılmışdır. Bununla bağlı müvafiq olaraq, xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmış, həmçinin satılmış sözügedən əmlakların ona təhvil-təslim edilməsi barədə eyni tarixli akt da tərtib edilmiş və ona təqdim edilmişdir. Sözügedən daşınmaz əmlak ona satıldığı xx.xx.2004-cü il tarixdən həmin ərazini hasarlayaraq tövlələri restavrasiya edərək quşçuluq təsərrüfatına uyğunlaşdırmış, yarımçıq köməkçi binaları bərpa etmiş və həmin ildən sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Hər il orta hesabla 150-200 min broyler toyuqları yetişdirir. Bunun üçün xüsusi olaraq 50 min yumurtalıq inqubator aparatı, 30 tonluq soyuducu kamera quraşdırmışdır. Quşların bəslənməsi üçün xüsusi avadanlıqlar almışdır. Bütün bunları öz vəsaiti və banklardan aldığı kredit hesabına yaratmışdır. Lakin üstündən 10 il keçdikdən sonra 1,6 ha torpaq sahəsinə dair 2013-cü ildə günü bəlli olmayan tarixdə Abşeron İcra Hakimiyyəti ilə X17 arasında “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” üzərində heç bir tikili olmayan dövlət ehtiyyat torpaq fondundan 99 illiyə “icarə müqaviləsi” bağlanmış və əraziyə heç bir baxış keçirmədən Cavabdeh başçısının 2013-cü il 25 noyabr tarixli Sərəncamı ilə həmin müqavilə təsdiq edilmişdir. Bununla yanaşı olaraq Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi də əraziyə baxış keçirmədən rəy vermişdir. Bu sənədlərin əsasında isə AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi idarəsi tərəfindən xx.xx.2014-cü ildə reyestrdən çıxarış verilmişdir. Torpaq üzərindəki daşınmaz əmlaklar 1954, 1956, 1979-cu illərin tikililəridir. Sual olunur, əgər torpaq sahəsi üzərindəki daşınmaz əmlak iddiaçı olaraq onun adına artıq xx.xx.2004-cü ildə yüklü olduğu halda üstündən 10 il keçdikdən sonra necə olur ki,başqa adamın adına rəsmiləşdirilə bilir? Necə olur ki, torpağın üstündəki əmlak birinə məxsus ola-ola, torpaq özü bir başqasının adına keçir. Hətta belə bir hal olmuş olsa belə, bütün hallarda o torpağın satılması və ya icarəyə verilməsi zamanı l-ci olaraq ona məlumat verilməli və həmin torpaq 1-ci ona təklif olunmalı idi. Çünki həmin torpaq sahəsi üzərindəki daşınmaz əmlaklar 10 ildən yuxarı bir müddətdə ona məxsus olduğu üçün, sözü gedən torpaq sahəsi üzərində hüquqlarının rəsmiləşdirilməsi zamanı üstünlük hüququ da birbaşa olaraq ona məxsus olmuşdur. İddiaçı şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclası iddiaçının iştirakı olmadan keçirilmişdir. Cavabdeh iddiaya qarşı yazılı etirazında iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. O, qeyd edir ki, İddiaçı ona məxsus olduğunu iddia etdiyi daşınmaz əmlak Abşeron rayonu Donuzkökəltmə sovxozu yerli aqrar islahat komissiyasının xx xxxx 2000-ci il tarixli qərarı ilə sözügedən daşınmaz əmlak ( 2 ədəd donuz damı, 2 ədəd doğum sexi və 3 ədəd yardımçı hissələr) sovxozdan əmlak payı almaq hüququna malik olan X6 verilmişdir. Həsənəli Mirzəyev də öz növbəsində həmin əmlak payını xx xxxxxx 2007-ci il tarixli etibarnamə əsasında X16 vermişdir. Sonradan A.Əhmədovun müraciəti əsasında rayon İcra Hakimiyyəti tərəfindən həmin tikililərin yerləşdiyi torpaq sahəsi də daxil olmaqla 1,6 ha torpaq sahəsi qanuni əsaslarla A.Əhmədovun icarəsinə verilmiş, onunla RİH arasında icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsi Ağacan Əhmədov tərəfindən X20 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən dövlət qeydiyyatına alınmışdır. İddiaçının əsaslandığı “X23 X8”sinin xx.xx.2004-cü il tarixli 01 saylı protokolunun isə onun özünün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair Bakı şəhəri Xəzər rayon məhkəməsinin icraatında olan cinayət işi üzrə ittiham aktında əsassız və saxta olduğu sübuta yetirilmişdir. Cavabdeh xx xxxxxx 2013-cü il tarixli sərəncamı, həmin sərəncam əsasında bağlanmış icarə müqaviləsinə əsasən X13 icarəsinə verilmiş 1,6 ha torpaq sahəsi və onun üzərində yerləşən və vaxtilə Abşeron rayonu Donuzkökəltmə sovxozu yerli aqrar islahat komissiyasının xx xxxx 2000-ci il tarixli qərarı ilə (2 ədəd donuz damı, 2 ədəd doğum sexi və 3 ədəd yardımçı hissələr) sovxozdan əmlak payı almaq hüququna malik olan X6 verilmiş daşınmaz əmlak İddiaçı tərəfindən qanunsuz olaraq istifadə edilir. Torpaq sahəsi X24 məxsusdur və icarə qaydasında Ağacan Əhmədova verilmiş sonradan RİH-nin razılığı əsasında torpaq sahəsi üzərindəki icarə hüququ A.Əhmədov tərəfindən X1. İddiaçı Abşeron RİH-nin xx xxxxxx 2013-cü il tarixli sərəncamı və həmin sərəncam əsasında bağlanmış icarə müqaviləsinə əsasən X13 icarəsinə verilmiş 1,6 ha torpaq sahəsinə heç bir hüququ yoxdur, torpaq sahəsində yerləşən tikililər iddiaçıya aid deyildir. Əksinə iddiaçı həmin torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir. Cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etməmişlər və məhkəmə iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. Üçüncü şəxs X17 iddiaya etiraz edərək qeyd edir ki, İddiaçı inzibati aktın etibarsız hesab edilməsi, həmin inzibati akt əsasında bağlanmış icarə müqaviləsinin və başqa hüquqi nəticələrin ləğv olunması barədə iddiası əsassız və qanunsuz olduğundan təmin edilməməlidir. İddiaçı iddia ərizəsində göstərdikləri onun özü tərəfindən uydurulmuş mülahizələrdir, iddia ərizəsinə əlavə etdiyi alqı-satqı müqaviləsi, protokol və akt iddiaçı tərəfindən saxtalaşdırılmış sənədlərdir. İddiaçı iddia ərizəsinin məzmunu və nəticə hissəsi qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun tərtib edilməmiş, iddia ərizəsinin nəticə (xahiş) hissəsində inzibati aktın etibarsız hesab edilməsi və s. barədə qətnamə qəbul edilməsi tələb olunmaqla tələb düzgün müəyyən edilməmişdir. İPM-nin 4.1-ci maddəsinə əsasən, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Əslində İddiaçı iddia ərizəsində Cavabdeh xx xxxxxx 2013-cü il tarixli sərəncamının etibarsızlığının tanınması barədə iddia tələbi irəli sürməli idi. İddiaçı iddia ərizəsi icraata qəbul edilməzdən əvvəl onun xüsusi və ümumi mümkünlük şərtləri yoxlanılmalı idi, iddia ərizəsinin forma və məzmunu tanınma haqqında inzibati iddia növünə uyğun İPM-nin tələblərinə cavab vermədiyindən, eləcə də iddia ərizəsində etibarsızlığı tələb olunan inzibati aktı etibarsız edən qanunda nəzərdə tutulan konkret əsaslar göstərilməmiş, iddia ərizəsi inzibati iddianın tələblərinə cavab vermədiyindən mümkünsüz sayılmalıdır. İddianın mümkünsüz sayılması əsaslarından biri iddiaçının bu qaydada inzibati iddianı qaldırmağa dair subyektiv hüququnun olub-olmaması məsələsidir. Mübahisəli torpaqla bağlı müvafiq icra hakimiyyəti orqanı ilə arasında hər hansı hüquqi münasibətlər yaranmadığından, həmin torpaq və tikililər iddiaçının əşya hüquqları ilə yüklü olmadığından və buna dair hər hansı hüquqmüəyyənedici sənədlər olmadığından, İddiaçı onun hüquqlarına toxunmayan inzibati aktın etibarsızlığını tanınma haqqında iddia qaldırmaq barədə subyektiv hüququ yoxdur və bu əsasla iddia mümkün sayılmamalıdır. İşin hallarından aşkar şəkildə müəyyən olunur ki, İddiaçı qanunsuz şəkildə zəbt etdiyi və üzərində heç bir hüququ olmayan torpaq sahəsinə dair verilmiş sərəncamın etibarsız hesab edilməsi barədə tələb irəli sürməyə dair hüquqi ixtiyarı yoxdur. Belə ki, iddiaçının iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etdiyi “X23 X5”nin xx.xx.2004cü il tarixli 01 nömrəli protokolu, xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsi və əmlakların təhvil-təslim edilməsi barədə eyni tarixli akt heç bir yerdə qeydiyyata alınmayan iddiaçı A.İsmaylovun özü tərəfindən imzalar və möhür saxtalaşdırılmaqla tərtib edilmiş saxta sənədlərdir. Burada həm əqli (intellektual) saxtakarlıq, həm də maddi saxtakarlıq müəyyən olunur. İddia ərizəsi ilə etibarsız hesab edilməsi tələb olunmuş Abşeron rayonu Donuzkökəltmə sovxozu ərazisində yerləşmiş 1,6 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh balansında olmaqla dövlət mülkiyyətinə aid olan torpaqdır. Həmin torpaq sahəsi Abşeron rayonu Donuzkökəltmə sovxozunun ərazisində yerləşir. Abşeron rayon Dövlət arxivindən əldə olunmuş Donuzkökəltmə sovxozu Yerli aqrar islahat komissiyasının xx xxxx 2000-ci il tarixli iclasının protokoluna əsasən əvvələr Donuzkökəltmə sovxozunun balansında olmuş 1954-cü ildə tikilmiş və 1956-cı ildə tikilmiş 2 ədəd donuz damı və onlara aid 3 ədəd yarımçıq köməkçi tikililər Donuzkökəltmə sovxozunun işçisi və əmlak payçısı X6 əmlak payına verilmişdir. Eyni ilə Abşeron rayon Dövlət arxivində saxlanılan “Əmlak pay' haqqının verilməsi barədə” 17 №-li Akta əsasən müəyyən olunur ki, Abşeron rayonu Donuzkökəltmə sovxozu Yerli aqrar islahat komissiyası Abşeron rayonu Donuzkökəltmə sovxozunun ərazisində yerləşən yuxarıda qeyd olunan tikililəri əmlak payçısı X6 həmin Akt əsasında təhvil vermişdir. İddiaçı hazırda iddia ərizəsində göstərdiyi onun özünün deməsinə görə uzun illər istifadəsində olan tikililər əmlak payçısı X6 verilmiş tikililərdir. İddiaçının məhkəməyə təqdim etdiyi “X23 X5”nin xx.xx.2004-cü il tarixli 01 nömrəli protokolu, xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsi və əmlakların təhvil-təslim edilməsi barədə eyni tarixli akt eyni ilə Abşeron rayonu Donuzkökəltmə sovxozu Yerli aqrar islahat komissiyasının xx xxxx 2000-ci il tarixli qərarı ilə sovxozun işçisi əmlak payçısı X6 əmlak payı kimi verilmiş tikililərdir. Necə ola bilər ki, Abşeron rayonu Donuzkökəltmə sovxozu Yerli aqrar islahat komissiyasının xx xxxx 2000-ci il tarixli iclasının qərarı ilə Abşeron rayonu Donuzkökəltmə sovxozunda yerləşən 2 ədəd donuz damı və onlara aid 3 ədəd köməkçi tikililər ümumilikdə qalıq dəyəri o vaxtki pulla (2162 manat + 4299 manat) 6.461 manat olmaqla əmlak payı kimi sovxozun işşçisi X4 əmlak payına verilsin və sonradan 4 ildən sonra həmin tikililər üzərində hər hansı bir hüququ olmayan X23 X5 tərəfindən məhz heç vaxt Donuzkökəltmə sovxozunda işləməyən İddiaçı o vaxtki pulla 50.000.000 (əlli milyon) manata nağd şəkildə satılsın? Bu mümkün olmayan bir haldır.Ona görə ki, artıq yuxarıda qeyd olunduğu kimi sözü gedən tikililər 2000-ci ildə Abşeron rayonu Donuzkökəltmə sovxozu Yerli aqrar islahat komissiyası tərəfindən X4 əmlak payına verildiyi üçün həmin tikililərin ikinci dəfə Donuzkökəltmə sovxozuna heç bir aidiyyatı olmayan İddiaçı satılması qeyri-mümkündür. Etiraza əlavə olunmuş xx xxxxxx 2007-ci il tarixli Notariat etibarnamədən görünür ki, etibar edən X9 etibar olunan X16 Donuzkökəltmə sovxozu Yerli aqrar islahat komissiyası iclasının xx.xx.2000-ci il tarixli protokoluna və Əmlakdan pay verilməsi haqqında 17 №-li Aktına əsasən Abşeron rayonu Donuzkökəltmə sovxozu ərazisində yerləşən 2 ədəd donuz damı və 3 ədəd köməkçi tikililər əmlak payına verilmiş tikililərə aid boş ərazi də daxil olmaqla özəlləşdirməyi, DƏDRX Abşeron Ərazi İdarəsindən reyestrdən çıxarış almağı, satmağı bağışlamağı, dəyişməyi, buna dair müqavilə imzalamağı, ərizə verməyi və başqa səlahiyyətlər vermişdir. İşin faktiki halları ondan ibarət olmuşdur ki, Abşeron rayonu Donuzkökəltmə sovxozu Yerli aqrar islahat komissiyasının xx.xx.2000-ci il tarixli iclas protokolu və Əmlak payının verilməsi haqqında Akta əsasən Abşeron rayonu Donuzkökəltmə sovxozu ərazisində yerləşən 2 ədəd donuz damı və 3 ədəd köməkçi tikililər X4 əmlak payına verildikdən sonra sonuncu həmin tikililəri 2000-ci ildə hazırki iş üzrə üçüncü şəxs X16 faktiki şəkildə öz aralarında alqı-satqı etməklə nağd pula satmışdır, X16 təhvil vermiş və 2000-ci ildən etibarən X17 həmin tikililəri və tikililərin yerləşdiyi torpaq sahəsini faktiki şəkildə istifadə və idarə etmişdir. 2003-cü ildə Ağacan Əhmədov tanışı hazırki iş üzrə İddiaçı özü ilə torpaq sahəsinə gətirərək, həmin torpaq sahəsi baxımsız qalmaması və torpağa kənar şəxslər tərəfindən müdaxilə edilməməsi üçün İddiaçı həmin torpaq sahəsinə və tikililərə baxmasını, torpağı mühafizə etməsini tapşırmışdır. 2007-ci ilədək iş üzrə üçüncü şəxs X17 həmin tikililərin və torpaq sahəsinin sənədləşdirilməsində şəxsən iştirak etməsi və hər dəfə Həsənəli Mirzəyevi müvafiq sənədləşdirmə həyata keçirmək üçün özü ilə müvafiq orqanlara aparmamaq üçün 2007-ci ildə X3 Əhmədova yuxarıda qeyd olunan notariat etibarnamə vermişdir. Qeyd olunan torpaq sahəsi 2016-cı ilin 29 noyabrına kimi Ağacan Əhmədovun faktiki istifadəsində və idarəçiliyində olmuşdur. 2013-cü ildə Ağacan Əhmədov Cavabdehnə ərizə ilə müraciət edərək, Abşeron rayonu Donuzkökəltmə sovxozu ərazisində yerləşən 1,6 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin icarəyə verilməsini xahiş etmiş və Cavabdeh xx xxxxxx 2013-cü il tarixli qanuni Sərəncamı ilə Abşeron rayonu Donuzkökəltmə sovxozu ərazisində yerləşən 1,6 ha torpaq sahəsi kənd təsərrüfatı məqsədilə 99 il müddətinə icarə qaydasında X16 ayrılmış və torpağın verilməsi barədə icarə müqaviləsi və digər torpaqayırma sənədləri sərəncamla təsdiq edilmişdir. 2016-cı ildə X13 icarəsində olan 1,6 ha torpaq sahəsinin xx.xx.2016-cı il tarixli icarə hüququalqı-satqı müqaviləsi əsasında X1. İddiaçı etibarsızlığı mübahisələndirilən Abşeron rayon İcra Hakimiyətinin sərəncamı ilə üçüncü şəxs X16 verilmiş 1,6 ha torpaq sahəsini qanunsuz zəbt etmiş, torpaq sahəsinin şəxsi mülkiyyətçisi kimi orada qanunsuz tikililər aparmış, hasarlanma işləri görmüş, ailə üzvlərini həmin torpaq sahəsinə köçürməklə şəxsi həyətyanı torpaq sahəsi kimi istifadə etmişdir və etməkdə davam edir. Üçüncü şəxs Ağacan Əhmədovun və torpağın hazırki icarəçisi Çələbi İsmayılovun ərizələri əsasında Bakı şəhəri Xəzər rayon Prokurorluğu tərəfindən İddiaçı hüquq verən sənədlərin saxta olmasını bilə-bilə saxta sənədlərdən istifadə etməklə, kənd təsərrüfatı təyinatlı torpaqları özbaşına tutması fakt üzrə xx xxxxxxx 2017-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 320.2 və 188.3-cü maddələri ilə cinayət işi başlanılmış, İddiaçı İsmayıl oğlu xx xxxxxx 2017-ci il tarixdə həmin maddələrlə təqsirləndirilən şəx qismində cəlb edilmişdir və hazırda həmin cinayət işinə Bakı şəhəri Xəzər rayon Məhkəməsində baxılır. İddiaçı iddia ərizəsinə əlavə etdiyi mübahisəli torpaq sahəsinin xx.xx.2004-cü il tarixli Alqı-satqı müqaviləsi və eyni tarixli Aktda olan imzalar Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli Ekspert rəyləri ilə müəyyən edilmişdir ki, sözü gedən alqı-satqı müqaviləsində və aktda olan imzalar Hacı B.İsayev, Ə.Qorçiyev və A.Masiyev tərəfindən deyil başqa şəxs tərəfindən icra olunmuşdur, möhür saxtalaşdırılmışdır, İddiaçı imzası onun özünə məxsusdur. Abşeron rayonu Donuzkökəltmə sovxozu Yerli aqrar islahat komissiyasının 2.07.2000-ci il tarixli Qərarı və Əmlak payının verilməsi haqqında eyni tarixli Akta əsasən mərhum X2 işçisi kimi verilmiş mübahisəli torpağın üzərindəki tikililərin 2004-cü ildə yenidən X23 X5 adlı qurum tərəfindən Abşeron rayonu Donuzkökəltmə sovxozunda heç vaxt işləməmiş İddiaçı alqı-satqı müqaviləsi ilə satılması qeyri-mümkündür. İddiaçı onunla X23 X5 arasında torpaq üzərində olan daşınmaz əmlakın alqı-satqısı baş verdiyini iddia etsə də, həmin alqı-satqı zaman onun 50.000.000 manat pulu ödəməsini (köçürməsini) təsdiq edən ödəniş sənədini məhkəməyə təqdim edə bilməmiş, alqı-satqı müqaviləsinin qanuni qüvvəyə minməsi üçün daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notariat orqanı tərəfindən təsdiq edilmədiyini, həmin əmlakların məhz X23 X5nə məxsus olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh hazırki iddia ilə mübahisələndirilən inzibati akt hesab olunan xx xxxxxx 2013-cü il tarixli Sərəncamı İnzibati icraat haqqında qanunvericiliyinin 65-ci maddəsində göstərilən hallarda verilmiş inzibati akt deyil. Qanunun 65-ci maddəsində göstərilən halların heç biri mövcud deyil. Ona görə də cavabdeh Abşeron rayon İcra Hakimiyətinin xx xxxxxx 2013-cü il tarixli Sərəncamının etibarsız hesab edilməsinə dair əsaslar yoxdur. Həmçinin ona görə həmin Sərəncam etibarsız hesab edilə bilməz ki, İddiaçı məhkəməyə təqdim etdiyi xx.xx.2004-cü il tarixli Alqı-satqı müqaviləsi və eyni tarixli Aktı, eləcə də “Binə kənd təsərüfatı X5”nin qərarı maddi və intellektual saxtakarlıq edilmiş sənədlərdir, həmin sənədlər həqiqətdə mövcud olmamış və sözügedən “Binə kənd təsərüfatı X5” ilə İddiaçı ilə belə bir Müqavilə və Akt imzalanmamışdır və imzalanması da mümkün deyildir ki, çünki mübahisəli torpaq üzərində olan tikililər “Binə kənd təsərüfatı X5”nin yox, mərhum X4 qanuni istifadəsində və əmlak payında olmuşdur. Məhkəmə iclasında üçüncü şəxs X13 vəkili və nümayəndəsi X19 iştirak etmiş, etirazı müdafiyə etmiş, əlavə olaraq bildirmişdir ki, məhkəmə hökmü ilə iddiaçının sənədləri saxtalaşdırdığı müəyyən olduğuna görə iddianın əsası qalmamışdır. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi müvafiq səndələrin məhkəmə hökmü ilə saxta olduğu müəyyən edilsə də, iddiaçı mübahisəli torpaq sahəsindən faktiki olaraq istifadə etdiyinə görə mübahisəyə mahiyyəti üzrə baxılmalıdır. İddianın əsaslılığı ilə bağlı isə məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı sözügedən torpaq sahəsinin “X23 X7”nin xx.xx.2004-cü il tarixli 01 nömrəli protokolu ilə 1.6 ha torpaq sahəsi üzərində yerləşən “Binə KTM”-nin balansında olan və xeyli vaxtdır istifadə edilməyən 1 və 3 nömrəli donuz doğum sexləri və 3 ədəd köməkçi binanın onun mülkiyyətinə satıldığını iddia edərək, Cavabdeh qeyd edilən sərəncamının ləğvini məhkəmədən xahiş edir. Lakin qərarın təsviri hissəsində də qeyd edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin hökmü ilə iddiaçının istinad etdiyi sənədlərin saxta olduğu müəyyən edilmişdir. Belə ki, həmin hökmdə qeyd olunmuşdur ki, iş üzrə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən məhkəmə xətşünaslıq ekspertizasının rəyləri ilə təqsirləndirilən şəxs İddiaçı mübahisələndirilən torpaq sahəsinə həqiqətən də, 2004-cü ildən başlayaraq faktiki sahiblik etməsi, bu zaman həmin torpaq sahəsindən və onun üzərində olan tikililərdən xx.xx.2004-cü il tarixli X23 məhsulları müəssisəsi ilə onun arasında bağlanmış alqı-satqı müqaviləsi və xx.xx.2004-cü il tarixli X23 məhsulları müəssisəsinə məxsus 2 ədəd tövlələrin və 3 ədəd müəssisənin balansında olan köməkçi tikililərin ona verilməsi barədə aktlardan istifadə etməsi, qeyd edilən sənədlərin saxta olması məhkəmə iclasında tam sübuta yetmişdir. Təqsirləndirilən şəxs heç bir hüquqi əsası olmayan xx.xx.2004-cü il tarixli X23 məhsulları müəssisəsi ilə onun arasında bağlanmış alqı-satqı müqaviləsi və xx.xx.2004-cü il tarixli X23 məhsulları müəssisəsinə məxsus 2 ədəd tövlələrin və 3 ədəd müəssisənin balansında olan köməkçi tikililərin ona verilməsi barədə saxta sənəd hesab olunan aktı qanunsuz hazırlayaraq, biləbilə saxta sənədlərdən istifadə etmişdir. Eyni zamanda məhkəmənin qeyd edilən hökmü ilə X10 və Cavabdeh İddiaçı özbaşına hasarladığı və tutduğu Xəzər rayonu Binə qəsəbəsi Donuzkökəltmə sovxozu ərazisində yerləşən 1,6 ha torpaq sahəsindən çıxarılmasına dair mülki iddiaları da təmin edilərək qeyd olunmuşdur ki, cinayət işinin materialları ilə müəyyən olunur ki, qeyd olunan torpaq sahəsi Cavabdeh balansında olmaqla, mülki iddiaçı Çələbi İsmayılov qeyd edilən torpaq sahəsinə dair icarə hüquqlarını alqı-satqı müqaviləsi əsasında əldə etmişdir və bu hüquqları Daşınmaz Əmlakın Dövlət Reyetsrində aparılmış xx.xx.2016-cı il tarixli **********193 saylı qeydlə rəsmiləşdirilmişdir. Göründüyü kimi məhkəmə hökmü ilə iddiaçıya məxsus sənədlərin saxta olduğu müəyyən edilmiş, eyni zamanda mülki iddia təmin edilərək onun həmin torpaq sahəsindən çıxarılması qərara alınmışdır. Beləliklə iddianın təmin edilməsi üçün hər hansı bir hüquqi əsas qalmadığına görə məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar