Məhkəmə qərarları › İş №2-1(1-8)-1015/2026

Ali Məhkəmə Qərardad — İş №2-1(1-8)-1015/2026

19.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(1-8)-1015/2026 19.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kameral vergi qərarının ləğvi, kameral vergi yoxlamasının yalnız müvafiq hesabat dövrü üzrə keçirilməli olması, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçınin cavabdeh Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI

1. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli *-**-*-*/*-*****/**** saylı qərar əsasında 2022-ci ilin sentyabr ayına ƏDV üzrə iddiaçı İddiaçı 9.350,75 manat vergi məbləği hesablanmışdır.

2. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli *-**-*-*/*-*****/**** saylı qərarın ləğv edilməsini xahiş etmişdir.

3. Sumqayıt Inzibati Məhkəməsinin (hakim: A.O.Axundova) ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilərək, cavabdeh Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli, *-**-*-*/*-*****/**** nömrəli qərarı ləğv edilmişdir.

4. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, kameral qaydada ƏDV hesablandığı zaman həmin hesabat dövründə baş vermiş əməliyyatların nəzərə alınması müəyyən edilmişdir. Lakin hazırkı işdən görünür ki, vergi ödəyicisinin 2022ci ilin sentyabr ayında vergitutma obyekti üzrə hər hansı kənarlaşma olmadığı halda, vergi orqanı ##.##.2020-ci il tarixdə olan dövrdə aparılmış əməliyyatlara görə iddiaçı barəsində 2022-ci ilin sentyabr ayı üzrə əlavə vergi məbləği hesablamışdır. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin ## ######## 2025-ci il tarixli məktubu ilə ləğv edilmiş IB seriyalı ****** nömrəli elektron hesab-fakturasının ləğv edildiyi tarix ##.##.2020-ci il, məbləği 52003,6, ƏDV-si 9360,65 olaraq qeyd edilmişdir. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, cavabdeh vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirən zaman vergi tutulan əməliyyatın vaxtı düzgün müəyyən edilməmiş və nəticədə, əsassız qərar qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, vergi orqanı 2022-ci ilin sentyabr ayı üçün kameral qaydada ƏDV hesabladığı zaman hesabat dövründə baş vermiş əməliyyatları əsas götürməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlı olmuşdur.

5. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: V.E.Əzizova /sədrlik edən və məruzəçi/, G.İ.Cabbarova və İ.R.Quliyev) ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

6. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirilən zaman vergi tutulan əməliyyatın vaxtı düzgün müəyyən edilməmişdir. Belə ki, cavabdehin ##.##.2024-cü il tarixli *-**-*-*/*-*****/**** nömrəli qərarı kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş və həmin qərarla iddiaçıya ##.##.2020-ci il tarixdə olan dövrdə aparılmış əməliyyatlara görə 2022-ci ilin sentyabr ayı üzrə əlavə vergi məbləği hesablanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 12.1ci maddəsinə əsasən, vergitutma elementlərindən biri də vergi dövrüdür. Yəni kameral qaydada ƏDV məbləği hesablanan zaman təqvim ayında baş vermiş əməliyyatlar nəzərə alınmalıdır. Həmin Məcəllənin 178-ci maddəsinə əsasən, ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Odur ki, vergi orqanı 2022-ci ilin sentyabr ayı üçün kameral qaydada ƏDV hesabladığı zaman hesabat dövründə, yəni 2022-ci ilin sentyabr ayında baş vermiş əməliyyatları əsas götürməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 159.1-ci maddəsinin tələbləri baxımından ƏDV üçün vergitutma obyekti malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi və vergi tutulan idxaldır. Vergi tutulan əməliyyatın vaxtı isə təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır ki, bu da Vergi Məcəlləsinin 166.1-ci maddəsi ilə tənzimlənir. Vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV məbləği isə Vergi Məcəlləsinin 174.1-ci maddəsində təsbit edilmişdir. Qeyd olunanlara əsasən, 2022-ci ilin sentyabr ayında vergi ödəyicisinin vergitutma obyekti (təqdim edilən mallar (işlər və xidmətlər)) olmalıdır ki, həmin vergitutma obyektinin dəyərini vergi dərəcəsinə vurmaqla alınan rəqəmdən əvəzləşdirilmiş ƏDV-ni çıxaraq yaranan fərqi büdcəyə hesablanmış olsun. Kameral qaydada ƏDV hesablanarkən, məhz həmin hesabat dövründə baş vermiş əməliyyatlar nəzərə alınmalıdır. 2022-ci ilin sentyabr ayında vergi ödəyicisinin vergitutma obyekti üzrə hər hansı kənarlaşma müəyyən edilmədiyi halda, 2020ci ilə aid əməliyyata görə 2022-ci ilin sentyabr ayı üzrə əlavə vergi məbləği hesablanması Vergi Məcəlləsinin tələblərinə ziddir.

7. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

8. Məhkəmə kollegiyası hesab edir ki, Inzibati Prosessual Məcəllənin 94.2-ci, 96.2- 96.3-cü, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

9. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və Inzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə Inzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

10. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

11. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur.

12. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar iş üzrə qəbul etdiyi qərarlarda formalaşmış hüquqi mövqe ondan ibarət olmuşdur ki, ƏDV üzrə hesabat dövrünün təqvim ayı olması nəzərə alınmaqla, kameral vergi yoxlaması da hər bir hesabat dövrü üzrə təqdim edilmiş vergi bəyannaməsinə münasibətdə ayrıca və Vergi Məcəlləsinin 37-ci maddəsində müəyyən edilmiş müddət çərçivəsində aparılmalıdır. Bu baxımdan, kameral vergi yoxlaması zamanı konkret hesabat dövrü üzrə vergi öhdəliyi müəyyən edilərkən əvvəlki və ya sonrakı hesabat dövrlərinə aid əməliyyatların həmin dövr üzrə hesablamanın tərkibinə daxil edilməsi yolverilməzdir. Başqa sözlə, müxtəlif hesabat dövrlərinə aid əməliyyatların sonradan aşkar edilməsi əsası ilə onların toplanaraq sonrakı hesabat dövrlərindən biri üzrə əlavə ƏDV hesablanmasına əsas kimi götürülməsi ƏDV-nin aylıq hesabat dövrləri üzrə hesablanması qaydasına uyğun gəlmir. Kameral vergi yoxlamasının Vergi Məcəlləsinin 37-ci maddəsində müəyyən edilmiş müddətlə məhdudlaşdırılmasının mahiyyəti də vergi ödəyicisinin təqdim etdiyi hər bir bəyannamənin vergi orqanının sərəncamında olan məlumatlarla vaxtında müqayisə edilərək həmin hesabat dövrü üzrə mümkün uyğunsuzluqların müəyyən edilməsindən ibarətdir. Buna görə, müvafiq əməliyyatlar barədə məlumat vergi orqanının sərəncamında əvvəlcədən olduğu və vergi ödəyicisi həmin dövrlər üzrə bəyannamələrini təqdim etdiyi halda, vergi orqanının qanunla müəyyən edilmiş müddətdə həmin məlumatlara münasibət bildirməməsi, daha sonra isə əvvəlki hesabat dövrlərinə aid əməliyyatları sonrakı dövrdə aparılan kameral yoxlama çərçivəsində aşkar edilmiş hal kimi qiymətləndirərək əlavə vergi hesablaması üçün istifadə etməsi kameral yoxlamanın qanunvericiliklə müəyyən edilmiş müddət və dövrilik prinsipi ilə uzlaşmır. Əks yanaşma Vergi Məcəlləsinin 37-ci maddəsində kameral yoxlama üçün müddət müəyyən edilməsinin hüquqi əhəmiyyətini faktiki olaraq aradan qaldırmış olardı (Bununla bağlı bax: ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli; ##.##.2025-ci il tarixli *- *(***)-***/**** nömrəli aktları).

13. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəf üçün əlçatan və bəlli olmuşdur.

14. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə Inzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

15. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar