Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-1088/2026 14.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzil ilə təmin olunma barədə qərarın icra olunmamasına görə cərimə tətbiq edilməsinin qanuniliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh cavabdeh2 tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “mənzil ilə təmin olunma” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(*-*)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a) birinci instansiya məhkəməsində icraat 1.Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən verilmiş ## ###### 2022-ci il tarixli *********** saylı imtina məktubunun qeyri-qanuni hesab edilərək, İddiaçı güzəştli şərtlərlə mənzillə təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2.Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarı ilə iddiaçı İddiaçı cavabdeh cavabdeh2 tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “güzəştli şərtlərlə mənzillə təmin edilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. 3.Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarı ilə iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ## ######## 2023-cü il tarixli qərarı ləğv edilmiş, iddiaçı İddiaçı 26.76 kv.m. güzəştli şərtlərlə mənzillə təmin olunması vəzifəsi cavabdeh cavabdeh2 tabeliyində Sosial Xidmətlər Agentliyinə həvalə edilmişdir. 4.Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)- ****/**** nömrəli, ##.##.2024-cü il tarixli Qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ##### 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. 5.Məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra Bakı Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli məktubu ilə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-****/**** saylı qərarı icra edilməsi üçün cavabdeh cavabdeh2 tabeliyində Sosial Xidmətlər Agentliyinə göndərilmiş, cavabdehə məcburi icra haqqında xəbərdarlıq edilmiş və icranın həyata keçirilməsi üçün müddət təyin edilmişdir. 6.cavabdeh2 tabeliyində Sosial Xidmətlər Agentliyinin Bakı Inzibati Məhkəməsinə ünvanladığı ## ###### 2025-ci il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarının icrası çərçivəsində İddiaçı mənzil verilməsi nəzərdə tutulmuşdur. Əlavə olaraq qeyd edilir ki, Nazirliyin balansına mənzillər veriləcəyi təqdirdə Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli Qərarına əsasən İddiaçı mənzil təminatı həyata keçiriləcəkdir. 7.Bakı Inzibati Məhkəməsi tərəfindən ##.##.2025-ci il tarixdə cavabdehə xəbərdarlıq məktubu ünvanlanaraq, təyin edilmiş müddətdə (15 gün) cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, 2-1(103)- ****/**** saylı qərarı icra edilmədiyi təqdirdə barəsində Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 120-ci maddəsində nəzərdə tutulmuş müvafiq tədbirlərin tətbiq olunacağına dair bir daha xəbərdarlıq edilmişdir. 8.Bakı Inzibati Məhkəməsi tərəfindən ##.##.2025-ci il tarixdə Sosial Xidmətlər Agentliyinə məktubla yenidən müraciət edilərək, qeyd olunan qərarın icra edilməsi ilə bağlı görülmüş tədbirlər (müvafiq təsdiqedici sənədlər təqdim edilməklə) barədə məlumatların, həmçinin ##.##.2024-cü il tarixdən sonra iddiaçının mənzil növbəsinə götürüldüyü müvafiq siyahı üzrə yaşayış sahəsi ilə təmin edilmiş şəxslər barədə məlumatların (iddiaçının və mənzillə təmin edilmiş şəxslərin sıra nömrəsi göstərilməklə) və müvafiq sənədlərin təsdiq edilmiş surətlərinin qısa müddət ərzində məhkəməyə təqdim edilməsi tələb olunmuşdur. 9.Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanan ## ######## 2025-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, İddiaçı ##.##.2025-ci il tarixində Bakı şəhəri Sabunçu Rayon Icra Hakimiyyəti tərəfindən Agentliyə təqdim edilmiş Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin növbəlilik siyahısında 145-ci sıradadır. Həmçinin qeyd edilir ki, ##.##.2024-cü il tarixindən sonra sözügedən siyahı üzrə 176-cı sırada olan Vətən müharibəsi əlili X1 3 otaqlı mənzillə təmin edilmişdir. Bildirilir ki, hazırda Nazirliyin balansında ümumi sahəsi 26.76 kv.m. olan mənzil olmadığından İddiaçı mənzil təminatı həyata keçirilməmişdir. 10.Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərardadı ilə (hakim T.Məlikov) cavabdeh2 tabeliyində Sosial Xidmətlər Agentliyi 200 (iki yüz) manat miqdarında cərimə edilmişdir.
11. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, cavabdeh məhkəmə qərarının icra edilməməsini Nazirliyin balansında uzun müddətdir ümumi sahəsi 26,76 kv.m olan mənzilin mövcud olmaması ilə əsaslandırmağa çalışmışdır. Lakin üzərinə müvafiq öhdəlik qoyulmuş cavabdeh inzibati orqan məhkəmə qərarının icrasının təmin edilməsi məqsədilə zəruri tədbirlərin görüldüyünə dair heç bir sübut təqdim etməmişdir. Belə ki, cavabdeh qərarın icrasına yönəlmiş lazımi təşəbbüskarlıq göstərməmiş, ən azı bu istiqamətdə üzərinə düşən öhdəliyin yerinə yetirilməsi üçün mümkün olan bütün vasitələrdən və resurslardan (məsələn, yuxarı inzibati orqanlara müraciət edilməsi, iddiaçının dəvət olunaraq izahedici və profilaktik söhbətlərin aparılması və s.) istifadə etməmişdir. Cavabdeh yalnız icra hərəkətlərinin texniki baxımdan mümkün olmamasını əsas gətirməklə kifayətlənmişdir. Halbuki, göstərilən səbəblərin mövcudluğu hazırkı mərhələdə məhkəmə qərarının icra edilməməsini üzrlü hesab etməyə əsas vermir. 12.Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(*-*)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı ilə (hakimlər: A.Oruczadə - sədrlik edən və məruzəçi, F.Mədətli və E.Əliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. 14.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. 15.Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI a) kassasiya şikayətinin dəlilləri: 16.Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işə baxılarkən inzibati hüququn əsas prinsiplərindən olan mütənasiblik, obyektivlik və hüquqi müəyyənlik prinsipləri lazımi qaydada tətbiq edilməmişdir. Nəticədə tək bir vətəndaşın mövqeyi əsaslandırılmamış şəkildə üstün tutulmuş, cavabdeh inzibati orqan isə obyektiv səbəblər mövcud olduğu halda əsassız olaraq cərimə edilmişdir. Halbuki cavabdeh orqan apellyasiya şikayətində də əsaslandırılmış şəkildə qeyd etmişdir ki, iddiaçı İddiaçı artıq bir dəfə dövlət tərəfindən mənzillə təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarı ilə iddiaçının 26,76 kv.m. sahəsi olan mənzillə güzəştli şərtlərlə təmin olunması vəzifəsi cavabdeh inzibati orqanın üzərinə qoyulmuşdur. Cavabdeh orqan tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanan ## ######## 2025-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, İddiaçı ##.##.2025-ci il tarixində Bakı şəhəri Sabunçu Rayon Icra Hakimiyyəti tərəfindən Agentliyə təqdim edilmiş Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə təmin olunması üzrə növbəlilik siyahısında 145-ci sırada yerləşir. Həmin məktubda həmçinin qeyd olunmuşdur ki, ##.##.2024-cü il tarixindən sonra sözügedən siyahı üzrə 176-cı sırada olan Vətən müharibəsi əlili X1 3 otaqlı mənzillə təmin edilmişdir. Bu fakt bir daha göstərir ki, cavabdeh orqan tərəfindən mənzillə təmin olunma prosesi real şəkildə davam etdirilir və növbəlilik siyahısına uyğun olaraq həyata keçirilir. Eyni zamanda bildirilmişdir ki, hazırda Nazirliyin balansında ümumi sahəsi 26.76 kv.m. olan bir otaqlı mənzil mövcud olmadığından İddiaçı mənzil təminatı həyata keçirilə bilməmişdir. Göründüyü kimi, cavabdeh orqan məhkəmə qərarının icrasından boyun qaçırmır. Əksinə, cavab məktubunun məzmunu açıq şəkildə göstərir ki, mənzillə təmin olunma prosesi Agentliyin balansında mövcud olan mənzil fonduna uyğun şəkildə və qanunvericilikdə nəzərdə tutulmuş növbəlilik prinsipi əsasında həyata keçirilir.
TƏTBIQ EDILƏN HÜQUQ 17.Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 18.Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” ## ###### 2021-ci il tarixli Qərarı.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI 19.Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 20.Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur. 23.Bununla yanaşı məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 24.Iş materialları ilə təsdiq olunur ki, cavabdeh inzibati orqan qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını uzun müddət ərzində təmin etməmiş, bunun səbəbi kimi isə balansında iddiaçıya verilməsi nəzərdə tutulan ölçüdə mənzilin olmamasını göstərmişdir. 25.Nəzərə alınmalıdır ki, məhkəmə qərarının icrası inzibati orqanın Konstitusiyadan və qanunvericilikdən irəli gələn məcburi vəzifəsidir və texniki və ya təşkilati çətinliklər həmin vəzifədən yayınmağa hüquqi əsas yarada bilməz. 26.Kollegiya apellasiya məhkəməsinin qənaəti ilə razılaşaraq bildirir ki, cavabdeh məhkəmə qərarının qəbul edilib icraya gedən vaxtdan onun icrası istiqamətində üzərinə düşən bütün mümkün tədbirləri həyata keçirdiyini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Belə ki, cavabdeh yuxarı inzibati orqanlara müraciət etməmiş, qərarın icrası üçün əlavə maliyyə və ya mənzil fondunun ayrılması ilə bağlı təşəbbüs göstərməmiş, habelə qərarın icrasını təmin etmək məqsədilə digər təşkilati tədbirlər görməmişdir. Cavabdeh yalnız mənzilin mövcud olmamasını bildirməklə kifayətlənmişdir ki, bu da məhkəmə qərarının icrasından yayınmanı hüquqi baxımdan əsaslandırmır. 27.Bundan əlavə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının yaşayış sahəsi ilə təmin olunması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarında göstərilən 26,76 kv.m. sahə iddiaçıya ayrılmalı olan yaşayış sahəsinin minimum həddini ifadə edir və bu göstərici maksimum hədd kimi qiymətləndirilə bilməz. Başqa sözlə, qərarın mahiyyəti iddiaçının ən azı həmin ölçüdə yaşayış sahəsi ilə təmin edilməsini nəzərdə tutur və cavabdeh inzibati orqan kassasiya şikayətində adını qeyd etdiyi müvafiq siyahıda 176-cı sırada olan şəxs kimi iddiaçıya da münasibətdə eyni inzibati praktikadan çıxış edərək daha böyük ölçülü sahəyə malik yaşayış sahəsi ilə təqdim edilmə imkanlarını yoxlamaqla məhkəmə qərarının icrasını təmin edə bilər. 28.Bu baxımdan cavabdehin balansında məhz 26,76 kv.m sahəyə malik birotaqlı mənzilin olmamasına istinad etməsi məhkəmə qərarının icrasından yayınmaq üçün hüquqi əsas təşkil etmir. Əksinə, cavabdeh qanuni qüvvəsini almış məhkəmə qərarının icrasını təmin etmək məqsədilə balansında mövcud olan, iddiaçının hüququnu təmin edə bilən və ən azı müəyyən edilmiş minimum ölçüdə (26,76 kv.m.) yaşayış sahəsinin ayrılması imkanlarını araşdırmalı və məhz bu istiqamətdə bütün mümkün tədbirləri görməli idi. Deməli, məhkəmə qərarında göstərilən sahə (26,76 kv.m.) dəqiq və dəyişdirilməsi mümkün olmayan göstərici kimi deyil, iddiaçının təmin edilməli olduğu minimum yaşayış sahəsini müəyyən edən hüquqi meyar kimi nəzərə alınmalıdır. Həmin meyardan artıq sahəyə malik mənzilin təqdim edilməsi isə inzibati orqana qərarın icrasında hər hansı maneə yaratmır. 29.Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. 30.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI:
Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(*-*)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.