Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(1-8)-1138/2026 23.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: şikayətvermə hüququ, kassasiyanın mümkünsüzlüyü, vahid məhkəmə təcrübəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(*-*)-**/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI
1. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh başçısının ## ### 2021-ci il tarixli, ** nömrəli sərəncamının 1ci bəndinin, yəni Cavabdeh başçısının # ### 2013-cü il tarixli, *** nömrəli sərəncamı və həmin sərəncam əsasında bağlanmış icarə müqaviləsi ləğv edilməklə, Abşeron rayonu, keçmiş * saylı X1 ərazisində yerləşən 5 hektar torpaq sahəsi üzərində icarə hüququna xitam verilməsi hissəsində ləğv olunmasını xahiş etmişdir. 2.
3. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: V.E.Əzizova /sədrlik edən və məruzəçi/, İ.R.Quliyev və G.İ.Cabbarova) ## ###### 2026-cı il tarixli *-*(*-*)-**/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: V.E.Əzizova /sədrlik edən və məruzəçi/, İ.R.Quliyev və G.İ.Cabbarova) ## ###### 2026cı il tarixli, *-*(*-*)-**/**** nömrəli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(*-*)-**/**** nömrəli qərardadı ləğv edilmiş, Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-**/**** nömrəli qərarından cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamış və apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir.
5. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması: 5.1. Birinci instansiya məhkəməsi işə baxarkən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair müraciətini nəzərdən keçirmişdir. Lakin məhkəmə işə mahiyyəti üzrə baxaraq iddiaçıya “sərəncamın ləğv edilməsi” barədə yekun qərar qəbul etməmiş, yalnız cavabdehin üzərinə iddiaçının müraciətinə qərardakı hüquqi mövqeyi nəzərə alaraq yenidən baxmaq öhdəliyini qoymuşdur. Başqa sözlə, məhkəmənin qərarı müvafiq sərəncamın ləğvi ilə bağlı deyil, cavabdeh orqanın qanunvericiliyə uyğun olaraq araşdırma aparması və əsaslandırılmış qərar qəbul etməsi barədə olmuşdur. Bu baxımdan, hazırkı məhkəmə mövqeyi onu tələb edir ki, cavabdeh orqan iddiaçının hüquqlarını pozmamaqla onun müraciətinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətlər çərçivəsində yenidən baxsın. Birinci instansiya məhkəməsinin qərarı iddiaçının tələbinin qismən təmin edilməsindən, yəni sərəncamın ləğv edilməsindən ibarət olmadığı üçün onun əsasında apellyasiya şikayəti vermək mümkün deyildir. Şikayətin mümkünlüyü yalnız o halda mövcud olardı ki, məhkəmə iddiaçının tələbini əsaslı hesab edərək təmin etsin və həmin qərardan narazılıq yaranmış olsun. Hazırkı vəziyyətdə isə məhkəmə yalnız cavabdeh orqandan qanunvericiliklə onun üzərinə qoyulmuş vəzifələrinin düzgün icrasını tələb etmişdir, yəni qəbul edilmiş qərar iddiaçının müraciətinə əsasən inzibati icraatın aparılması ilə bağlıdır. 5.2. Eyni zamanda kollegiya qeyd edir ki, cavabdehin apellyasiya şikayətinə əlavə etdiyi sənədlərdən və cavabdehin nümayəndəsinin məhkəmə kollegiyasının iclasında verdiyi izahatdan da iddiaçıya başqa yerdən torpaq sahəsi ayrılması və həmin torpaq sahəsinin təyinatının dəyişdirilməsinin məqsədəmüvafiq hesab edilməsi barədə müvafiq sərəncamın qəbul edildiyi və müraciətlərin edildiyi müəyyən edildi. Birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən məzmunda qərar qəbul edilməsi inzibati məhkəmə icraatı iştirakçılarının, hazırkı mübahisəyə münasibətdə cavabdehin ziyanına da şərh oluna bilməz. Bu baxımdan, barəsində şikayət verilən məhkəmə aktından cavabdehin “məzmunca ziyan çəkməsi” halı müəyyən olunmadığından, birinci instansiyası məhkəməsinin qərarından apellyasiya şikayəti vermək üçün IPM-in 81.2-ci maddəsində nəzərdə tutulmuş dispozisiya şərti (mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər) ödənilmir. Odur ki, cavabdehin birinci instansiyası məhkəməsinin hazırkı qərarından apellyasiya şikayəti vermək hüququ da istisna edilir.
6. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv olunmasını, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsini xahiş etmişdir.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
7. Məhkəmə kollegiyası hesab edir ki, IPM-in 94.2-ci, 96.2-96.3-cü, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, HYPERLINK "https://supremecourt.gov.az/storage/pages/1970/kassasiya-sikayetinin-mumkunluyu- 06112023-yenilenmis-son-1.pdf" Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
8. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və Inzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə Inzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
9. Hazırkı işdə şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
10. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur.
11. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərardadlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 90.2-cı maddəsinin müəyyən etdiyi qaydaya görə, apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Nəzərə alınmalıdır ki, şikayət vermək hüququna malik olmaq üçün məhkəmə qərarı ilə şəxsin tələbi təmin edilməmiş olmalı və hüququ pozulmalıdır. Başqa sözlə, məhkəmə icraatının iştirakçısı, yalnız məhkəmə qərarının onun üçün əlverişsiz vəziyyət və ya şərait yaratdığı, bunun nəticəsində onun məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacı yarandığı hallarda şikayət vermə səlahiyyətinə malik olur. Əlverişsiz vəziyyət və ya şərait şəxsin hüquqi vəziyyətinin olduğundan fərqli vəziyyətə dəyişməsində, daha doğrusu, onun hüquqi vəziyyətinin pisləşməsində ifadə olunur. Məhkəmə tərəfindən qeyd edilən məzmunda qərarın qəbul edilməsi hazırkı mübahisəyə münasibətdə iddiaçının tələbinin təmin olunmaması anlamında, onun əleyhinə və ya ziyanına qiymətləndirilə bilməz. Belə ki, məhkəmə qərarı iddiaçının hüququnu pozmamış və onun üçün əlverişsiz vəziyyət və ya şərait yaratmamışdır. Bu baxımdan, həmin məzmunda qərar iddiaçının sözügedən məhkəmə qərarından kassasiya şikayəti vermək hüququnu yaratmır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)- ***/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli *- *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərardadları).
12. Bundan başqa, “Inzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Inzibati Kollegiyanın ##.##.2022-ci il tarixli qərardadında qeyd edilmişdir ki, “...IPM-in 81.2-ci maddəsinin təfsiri zamanı, həmin normada nəzərdə tutulmuş hallarda şikayət vermək hüququnun yaranması üçün icraat iştirakçısının məhkəmə aktından məzmunca “ziyan çəkməsi” prinsipi qəbul edilməlidir. Buraya, bir qayda olaraq, iddiaçının tələbinin tam və ya qismən rədd edilməsi, məhkəmə aktı ilə cavabdehin inzibati aktının ləğvi və ya etibarsızlığının (qanunsuzluğunun) tanınması, üzərinə hər hansı öhdəliyin qoyulması və s., üçüncü şəxslərin hüquqlarına dair məsələnin onların zərərinə həll olunması, habelə məhkəmə aktının icraat iştirakçılarının məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran prosessual pozuntularla qəbul edilməsi aid edilməlidir.”
13. Hazırkı işdən görünür ki, Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-**/**** nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iddia tələbinə dair müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmış, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(*-*)- **/**** nömrəli qərardadı ilə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *- *(***)-**/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamışdır. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarı cavabdehin hüququnu pozmamış və onun üçün əlverişsiz vəziyyət və ya şərait yaratmamışdır. Bu baxımdan, IPM-in 90.2-ci maddəsinə əsasən, cavabdehin sözügedən məhkəmə qərarından apellyasiya şikayəti vermək hüququ istisna olunur. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(*-*)-**/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir.
14. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur.
15. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.
16. Bundan başqa, hazırkı iş üzrə IPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
17. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI :
Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(*-*)-**/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.