Məhkəmə qərarları › İş №2-1(1-8)-117/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-117/2026

23.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-117/2026 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: əlilliyin dayandırıldığı tarixdən bərpa olunması; iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. ##.##.2016-cı il tarixli, № *CSV*BK***** saylı Forma 88 qiymətləndirmə nəticəsindən görünür ki, X2: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00- F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi...; Diaqnozun mətni: Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları. Travmatik ensefalopatiya, yaddaşın zəifləməsi, davranış pozuntusu ilə; Meyar: 2.2 Ikinci dərəcə əlillik => 2.2.9. qabanq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veq...; Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; Müddət: 5 il; Növbəti qiymətləndirmənin tarixi: ##.##.2021.

2. ##.##.2021-ci il tarixli, № *CSV*BK***** saylı Forma 88 qiymətləndirmə nəticəsindən görünür ki, X2: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları = > F00- F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi...; Diaqnozun mətni: Keçirilmiş KBT-nin qaliq əlamətləri. (QKBT nəticəsində şəxsiyyət pozuntusu, davranış pozuntulan ilə kəskin ifadə olunmuş asteno nevrotit sindromu, onurğanın yayilmış ostexondrozu, davamlı agri sindrom; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir.

3. ##.##.2022-ci il tarixli, № *CSV*BK***** saylı Forma 88 qiymətləndirmə nəticəsindən görünür ki, X2: II Sinif - Bədxassəli yenitörəmələr => C00-C75 - Yeni törəmələr => C30-C39 - Tənəffüs və döş qəfəsi orqanlarının bədxassəli yenitörəmələri => C34 - Bronxların və ağciyərin bədxassəli yenitörəməsi =>...; Diaqnozun mətni: Bronxların və ağciyərin bədxassəli yenitörəməsi, Sol ağ ciyərin xərçəngi cT4N3M0 IV B mərhələ. Sümüklərə MTS. Amb. kart nömrəsi 1962/22, Xəstəlik tarixi -P-1951/22. Yenitörəmələrlə əlaqədar kimyəvi terapiya, 8 kurs KDMdən sonrakı hal. Yenitörəmələr zamanı müşahidə olunan anemiya (C00–D48), Ikincili anemiya. Baş beynin diffuz travması, Keçirilmiş QKB travmasından sonrakı hal. Epilepsiya. Tez-tez baş verən (ayda 6-8 dəfə) cəngolma tutmaları.; Meyar: 2.2 Ikinci dərəcə əlillik => 2.2.14. lokalizasiyasından asılı olmayaraq, III - IV mərhələ bədxassəli şişlər- (C00-C97); Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; Müddət: 5 il; Növbəti qiymətləndirmənin tarixi: ##.##.2027.

4. Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2022-ci il tarixli, *********** №-li “Bildirişi”ndə qeyd olunmuşdur ki, “... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qeyd edilənləri nəzərə alaraq, # ###### 2023-ci il tarixində saat 11:10-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnə (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovski küç. 134) əyani müayinəyə dəvət olunursunuz. Əyani müayinəyə gələrkən özünüzlə mövcud xəstəliyinizə dair tibbi sənədləri, həmçinin varsa, əlillik səbəbini təsdiq edən müvafiq sənədləri (məs: qərar şəhadətnamə, istehsalat zədəsi ilə əlaqədar əlilliyi olan şəxslərdə - “IZ" formalı akt, həqiqi hərbi xidmətdə olan şəxslərin hərbi bileti, məhkəmə aktı və s.) gətirməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, əyani müayinəyə gəlmədiyiniz halda, iştirakınız olmadan barənizdə müvafiq inzibati akt qəbul ediləcəkdir. Bu barədə Sizə göndərilmiş ##.##.2022-ci il tarixli *********** nömrəli məktubda texniki səhvlik olduğu üçün etibarsız hesab etməyinizi xahiş edirik.”

5. ##.##.2023-cü il tarixli, № *CSV*BK***** saylı Forma 88 qiymətləndirmə nəticəsindən görünür ki, X2: II Sinif - Bədxassəli yenitörəmələr => C00-C75 - Yeni törəmələr => C30-C39 - Tənəffüs və döş qəfəsi orqanlarının bədxassəli yenitörəmələri => C34 - Bronxların və ağciyərin bədxassəli yenitörəməsi =>...; Diaqnozun mətni: Bronxların və ağciyərin bədxassəli yenitörəməsi, Sol ağciyərin xərçəngi cT4N3M0 IV B mərhələ. Sümüklərə MTS. Yenitörəmələrlə əlaqədar kimyəvi terapiya, 8 kurs KDM-dən sonrakı hal. Yenitörəmələr zamanı müşahidə olunan anemiya, Ikincili anemiya. Baş beyinin diffuz travması, Keçirilmiş QKB travmasından sonrakı hal. Epilepsiya. Tez-tez baş verən (ayda 6-8 dəfə) cəngolma tutmaları.; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Tibbi-Sosial Ekspert Komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilir.

6. Dövlət Tibbi Sosial-Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının noyabr 2023cü il tarixli qərarında göstərilmişdir ki, İddiaçı əlillik vəziyyəti DTSERA tərəfindən əyani müayinə əsasında ##.##.2022-ci il tarixində qiymətləndirilmiş və ona “Bronxların və ağciyərin bədxassəli yenitörəməsi. Sol ağciyərin xərçəngi cT4N3M0 IV B mərhələ. Sümüklərə yenitörəmələrlə əlaqədar kimyəvi terapiya, 8 kurs KDM-dən sonrakı hal. Yenitörəmələr zamanı müşahidə olunan anemiya, Ikincili anemiya. Baş beynin diffuz travması, Keçirilmiş QKB travmasından sonrakı hal. Epilepsiya. Tez-tez baş verən (ayda 6-8 dəfə) cəngolma tutmaları.” diaqnozu ilə 2.2.14 bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 (beş) il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədi ilə əlavə müayinələrin aparılması üçün vətəndaş *-**-*/*-Ə-*****/**** nömrəli məktub əsasında ##.##.2023-cü il tarixinə əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmişdir. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində Tibbi-Sosial Ekspert Komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a. birinci instansiya məhkəməsində icraat

7. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 45-ci və 46-cı maddələrinə əsasən cavabdehin üzərinə onun əvvəlki diaqnozunu bərpa etmək və qərar icra ediləcəyi günədək pensiyanın ödənilməmiş hissəsinin də ödənilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. Sonradan iddiaçı İddiaçı Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə IPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh publik hüquqi şəxsi göstərməklə, məhkəmədən Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən qəbul edilmiş “diaqnoz öz təsdiqini tapmaması barədə” ##.##.2023-cü il tarixli qərarın ləğv edilməsi və “Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədar” səbəbilə 5 il müddətinə əlillik təyin edilməsi barədə ##.##.2022-ci il tarixli qərarın bərpa edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

9. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, İ Qarabağ Müharibəsi zamanı ordunun sıralarına qatılmış, 1993-cü ilin iyul ayında aldığı Baş-Beyin diffuz travması, keçirdiyi qapalı kəllə beyin travması və ##.##.2015-ci il tarixdə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzində canlı şəxsin məhkəmə-tibbi müayinə zamanı təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz “Qəlpə yaralanmasından sonra başın sol təpə nahiyəsində çapıq toxumalarıdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş ##.##.2016-cı il tarixli, ***** nömrəli məlumat vərəqəsinə uyğun olaraq Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ona ##.##.2016-cı il tarixdən hesablanmaqla “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanunun 20.16.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” II dərəcə müharibə əlilliyinə görə təminat xərcliyinin 80 faizi miqdarında əmək pensiyası təyin edilmişdir. Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi onu ##.##.2023-cü il tarixdə həmin Agentliyə dəvət edərkən yuxarıda qeyd etdiyi bütün xüsusatları təsdiq edən sənədləri də komissiyaya təqdim edilmişdir və nəticədə qüvvədə olan əlilliyi dayandırılmışdır.

10. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ## #### 2025-ci il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilmişdir. Məhkəmə qeyd etmişdir ki, işin faktiki hallarından müəyyən edilir ki, rüşvət, hədəqorxu və 11.ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə və digər bu kimi vasitələrlə iddiaçı onun əlilliyinin təyininə müdaxilə etməmişdir. Eləcə də, inzibati aktın qanunsuz olduğunu bilinməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi məntiqsiz olar. Cavabdeh də iddiaçının əlilliyin təyini ilə bağlı müraciətinə dair inzibati araşdırma apararkən ona əlilliyinin təyinindən istisna hallarını müəyyən etməmiş, əksinə əlilliyini təyini barədə qərar qəbul etmişdir. Bu isə o deməkdir ki, iddiaçının əlilliyinin təyini həyata keçirmişdir ki, iddiaçı həmin qərarın qəbul edilməsində qanunsuz müdaxiləyə yol verməmişə və etimadın qorunması hüququna istinadı istisna edən konkret hallar yoxdursa iddiaçının heç bir əsas olmadan əlilliyin ləğv edilməsinə dair inzibati icraatı başlaması və həmin inzibati icraat nəticəsində əlilliyi ləğv etməsi əsası yoxdur.

12. Cavabdeh apelyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

b. apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarı ilə (hakimlər: Ş.Məmmədova /sədrlik edən və məruzəçi/, H.Ağalarov və C.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a. kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, faktların mövcudluğu apellyasiya instansiyası məhkəməsinin diqqətinə çatdırılsa da, bu istiqamətdə araşdırma, hüquqi qiymətləndirmə aparılmamış, formal mülahizələr əsas götürülmüşdür ki, nəticə etibarilə düzgün olmayan qərar çıxarılmışdır. Birinci instansiya məhkəməsi, eləcə də apellyasiya məhkəməsi işi yetərincə araşdırmayaraq, zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Eləcə də, məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Xüsusilə vurğulanmalıdır ki, əlilliklə əlaqədar sualların həlli Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində xxxxnin Tibbi-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Belə ki, xxxx əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Prezidentinin ## #### 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinin 3.1.2. bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək və 3.2.5-ci bəndinə əsasən, tibbi-sosial ekspert komissiyasının qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək Agentliyin hüquq və vəzifələrinə daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndində eyni xarakterli səlahiyyət Agentliyə həvalə olunmuşdur. Göründüyü kimi, Agentlik əlilliyin qiymətləndirilməsi və təyini barədə tam səlahiyyətli qurumdur.

17. Məhkəmə lazımi araşdırma aparmadan və apellyasiya instansiyası məhkəməsi tərəfindən orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə edilərək ciddi qanun pozuntusuna yol verilmiş və nəticədə yuxarıda sadalanan maddi hüquq normaları pozulmuşdur.

TƏTBIQ EDILƏN HÜQUQ

18. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar

2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə 73. Inzibati şikayətin verilməsi müddəti 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir.

19. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35. Iddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38. Iddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır.

23. Gəlinmiş nəticəni məhkəmə kollegiyası aşağıdakı kimi əsaslandırmağı məqsədə müvafiq hesab edir.

24. Iş materiallarında olan sənədlərlə müəyyən edilir ki, iddiaçının sağlamlıq vəziyyəti ilk dəfə ##.##.2016-ci il tarixdə qiymətləndirilmiş və ona 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir.

25. Dövlət Tibbi Sosial-Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının noyabr 2023cü il tarixli qərarında göstərilmişdir ki, İddiaçı əlillik vəziyyəti DTSERA tərəfindən əyani müayinə əsasında ##.##.2022-ci il tarixində qiymətləndirilmiş və ona “Bronxların və ağciyərin bədxassəli yenitörəməsi. Sol ağciyərin xərçəngi cT4N3M0 IV B mərhələ. Sümüklərə yenitörəmələrlə əlaqədar kimyəvi terapiya, 8 kurs KDM-dən sonrakı hal. Yenitörəmələr zamanı müşahidə olunan anemiya, Ikincili anemiya. Baş beynin diffuz travması, Keçirilmiş QKB travmasından sonrakı hal. Epilepsiya. Tez-tez baş verən (ayda 6-8 dəfə) cəngolma tutmaları.” diaqnozu ilə 2.2.14 bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 (beş) il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədi ilə əlavə müayinələrin aparılması üçün vətəndaş *-**-*/*-Ə-*****/**** nömrəli məktub əsasında ##.##.2023-cü il tarixinə əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmişdir. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində Tibbi-Sosial Ekspert Komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilir.

26. Qeyd olunan qərarın iddiaçı tərəfindən nə vaxt alındığı iş materiallarından müəyyən olunmur. Lakin bu hal iddiaçıya onun əlilliyinin ləğv edilməsinin ##.##.2023-cü il tarixdən məlum olması faktını təkzib etmir, belə ki, keçən müddət ərzində iddiaçı əlilliklə bağlı pensiya almadığı üçün hüquqlarının pozulduğunu bilmişdir. Lakin o, 2023-cü ildən iddia qaldırdığı ##.##.2025-ci ilə qədər bu halı mübahisələndirməmişdir.

27. Eyni zamanda iddiaçıya dair ##.##.2023-cü il tarixindən sonra əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “əlillik” altsisteminə yeni göndəriş də daxil olmamış və ya göndəriş əsasında əyani müayinə edilməsi ilə bağlı müraciət edilməmişdir.

28. Məhkəmə kollegiyası bildirir ki, iddiaçıya münasibətdə qüvvədə olan əlillik təyinatı qərarının ləğvi ilə bağlı qəbul edilmiş ##.##.2023-cü il tarixli qərar bir inzibati akt olduğu üçün iddiaçı hüquqlarının pozulduğunu bildiyi andan həmin inzibati aktı mübahisələndirmək hüququna malik olmuşdur.

29. Lakin iddiaçı həmin inzibati aktı nə “Inzibati icraat haqqında” Qanunda müəyyən edilmiş müddətdə şikayət instansiyasında, nə də IPM-in 38.1-ci maddəsində göstərilmiş müddətdə məhkəmədə mübahisələndirmiş, qanunvericilikdə təsbit edilmiş müddəti isə ötürmüşdür.

30. Məhkəmə kollegiyası qeyd edir ki, həm qanunvericiliyin tələbinə, həm də formalaşmış məhkəmə təcrübəsinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

31. Odur ki, ##.##.2023-cü il tarixli cavabdeh tərəfindən qəbul edilmiş qərarla bağlı iddiaçı tərəfindən şikayət vermə müddəti ötürüldüyündən iddia tələbi mümkün sayılmamalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarı ləğv edilsin. Iş üzrə yeni qərar qəbul edilsin. Iddia mümkün sayılmasın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar