Məhkəmə qərarları › İş №2-1(1-8)-1172/2026

Ali Məhkəmə Qərardad — İş №2-1(1-8)-1172/2026

03.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(1-8)-1172/2026 03.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı iş üzrə QƏRARDADİ Açarsözlər: (iddianın mümkünlük şərti, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının mövcudluğu) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğvi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # #### 2026-cı il tarixli, *- *(*-*)-***/**** saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Iş üzrə qəbul edilmiş məhkəmə aktları

1. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üçüncü şəxs4 və ailə üzvlərinin adına Aqrar Islahat Komissiyasının ## ###### 2002-ci il tarixli, ** saylı qərarı ilə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-057A, KOD 30223018 şəhadətnamənin etibarsız hesab edilməklə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır (hakim Könül Həbibova).

3. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı hazırkı iddia tələbi ilə müraciət edərək üçüncü şəxslərin adına verilmiş JN-057A, KOD ******** saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin etibarsız hesab etməklə ləğv olunmasını xahiş etmişdir. Iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, iddiaçı ## ####### 2022-ci il tarixdə hazırkı iş üzrə cavabdehə qarşı Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, Xaçmaz rayon Torpaq Şöbəsi tərəfindən üçüncü şəxs4 (hazırkı iş üzrə üçüncü şəxs) adına verilmiş JN 57A, 30223018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və bu şəhadətnamə əsasında ## ### 2013 cü il tarixdə üçüncü şəxs üçüncü şəxs4 verilmiş RX ******* seriyalı reyestrdən çıxarışın etibarsız hesab edilməsi, atasının istifadəsində olmuş 0,25 ha torpaq sahəsinə və evə atasının adına reyestrdən çıxarışın verilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə iddia tələbi mümkün hesab edilməmiş və qərardad ## ###### 2025-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Hazırkı iddia tələbinə artıq bir dəfə məhkəmə icraatı qaydasında baxıldığı, ona dair qəbul edilmiş məhkəmə aktı qanuni qüvvəyə mindiyi üçün iddia mümkün sayılmamalıdır.

4. Iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, iddianın mümkün hesab edilməsi və işə mahiyyəti üzrə baxılması üçün icraata qəbul edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # #### 2026-cı il tarixli, *-*(*-*)-***/**** saylı qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır (hakimlər - Gülnar Cabbarova (məruzəçi,) Vəfa Əzizova və Zaur Məmmədov).

6. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

7. Iddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasnı xahiş etmişdir.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

8. Məhkəmə kollegiyası hesab edir ki, IPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də HYPERLINK "https://supremecourt.gov.az/storage/pages/1970/kassasiya-sikayetinin-mumkunluyu- 06112023-yenilenmis-son-1.pdf" Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

9. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və Inzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə Inzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

10. Iddiaçı eyni məzmunlu iddia tələbi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət etmiş və Məhkəmənin ## #### 2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddiası təmin edilməmişdir. Sözügedən məhkəmə qərarından iddiaçı tərəfindən apellyasiya şikayət verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilmiş, iddia tələbi mümkün sayılmamışdır. Daha sonra Ali Məhkəmənin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, 2-1(102) ***/**** nömrəli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir.

11. Iddiaçının tələbi “Xaçmaz rayon Torpaq Şöbəsi tərəfindən üçüncü şəxs4 adına verilmiş JN **A №-li, 302230018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və bu şəhadətnamə əsasında ##.##.2013-cü ildə üçüncü şəxs4 verilmiş XX RX ******* seriyalı reyestrdən çıxarışın etibarsız hesab edilməsi, atasının istifadəsində olmuş 0,25 ha torpaq sahəsinə və evə atasının adına reyestrdən çıxarışın verilməsi ilə bağlı olmuşdur. Hazırda isə iddiaçı üçüncü şəxs4 və ailə üzvlərinin adına Aqrar Islahat Komissiyasının ## ###### 2002-ci il tarixli, ** saylı qərarı ilə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-057A, KOD 30223018 şəhadətnamənin etibarsız hesab edilməklə ləğv edilməsini tələb etməkdədir.

12. Məhkəmə kollegiyası qeyd edir ki, istər əvvəlki işdə, istərsə də hazırda baxılan işdə həm tərəflər - iddiaçı və cavabdeh inzibati orqan, həm mübahisə predmeti, iddiaçının hüquqi marağı, nail olmaq istədiyi məqsəd eynidir.

13. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

14. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli; *-*(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli; *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarları) tərəflər-iddiaçılar, cavabdeh inzibati orqan, üçüncü şəxs, həm mübahisə predmeti və həm də iddiaçının hüquqi marağı, nail olmaq istədiyi məqsəd eynidir. Başqa sözlə, hər iki iş üzrə iddiaçının tələbi onun həqiqi niyyəti və hüquqi marağı baxımından konkret məsələ üzrə cavabdehin eyni hərəkəti mübahisə olunur və həmin hərəkətin qanunsuz olmasına yönəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2020-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin, həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il ## ###### tarixli qərarı). Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir (Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2020-ci il ## ###### tarixli qərarı).

15. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunan xüsusat iddianın mümkünlük şərtlərinə aiddir və hazırkı mübahisəyə münasibətdə qanuni qüvvəyə minmiş məhkəmə qərarının mövcudluğuna istinadən iddianı mümkün saymamaqda apelyasiya instansiyası məhkəməsi haqlı sayılmalıdır. Belə ki, iddiaçının eyni müraciəti ilə bağlı cavabdehin hərəkəti iddiaçı tərəfindən əvvəllər də inzibati məhkəmə qaydasında mübahisələndirilmiş, lakin məhkəmə qərarı ilə iddia tələbi rədd edilmiş və həmin qərar qanuni qüvvəyə minmişdir.

16. Nəzərə almaq lazımdır ki, IPM-in 78-ci maddəsinə görə, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bu qayda hazırkı mübahisəyə münasibətdə də tətbiq olunmalıdır.

17. Göründüyü kimi, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, eləcə də iddiaçı kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.

18. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə IPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

19. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən,

qərara aldı:

Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # #### 2026-cı il tarixli, *-*(*-*)-***/**** saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar