Məhkəmə qərarları › İş №2-1(1-8)-1177/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-1177/2026

17.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-1177/2026 17.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: hakim kimi təyin edilmiş əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyev Sərvər Yaqub oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, IŞIN HALLARI

1. Iddiaçı İddiaçı ##.##.1958-ci ildə anadan olmuşdur.

2. Iddiaçıya # ### 2019-cu il tarixindən sabiq dövlət qulluqçusu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.

3. Iddiaçı ##.##.2000-##.##.2023-cü il tarixlərdə hakim vəzifəsində işləmişdir və hakim kimi iş stajı 22 il 11 ay 29 gün təşkil edir.

4. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ## ######## 2023-cü il tarixli qərarı ilə hakim vəzifəsindən azad olunmağı ilə əlaqədar iddiaçının yaşa görə əmək pensiyanısının kateqoriyası dəyişdirilərək, ## ######## 2023-cü il tarixindən yenidən hesablanmışdır.

5. Iddiaçının Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciəti Mərkəzi Filialın “Əmək pensiyasının hesablanması haqqında” ##.##.2024-cü il tarixli, *-**-*/*-H-******/**** nömrəli məktubu ilə cavablandırılaraq qeyd olunmuşdur ki, İddiaçı # ### 2019-cu il tarixindən dövlət qulluqçusu kimi yaşa görə (işləyən əmək pensiyaçısı) əmək pensiyası təyin edilmişdir. Hakim vəzifəsindən azad olunmağı ilə əlaqədar iddiaçının yaşa görə əmək pensiyasının kateqoriyası dəyişdirilərək, ## ######## 2023-cü il tarixindən yenidən hesablanmışdır. Belə ki, iddiaçının vaxtilə işlədiyi hakim vəzifəsi üzrə vəzifə maaşı 2272,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 1022,40 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavə 568,00 manat, bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə 1779,73 manat (son 60 ay ərzində, cəmi 47 ay ödənildiyi üçün 2272x47/60), 60 ay ərzində vəzifə maaşının, vəzifə maaşı miqdarında əlavənin və hakimlik stajına görə əlavənin cəminin 16 misli həcmində ödənilmiş əlavə - 1484,37 manat ((2272+2272+1022,40)x16:60), 60 ay ərzində vəzifə maaşının və hakimlik stajına görə əlavənin cəminin 2 misli həcmində ödənilmiş əlavə - 109,81 manat ((2272+1022,40)x2:60) olmaqla, orta aylıq əməkhaqqısı 7236,31 manat təşkil etmişdir. Bununla əlaqədar olaraq, iddiaçının əmək pensiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2008-ci il tarixli Qərarının tələblərinə uyğun qaydada “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin ## ###### 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən, 22 il 11 ay 29 gün hakim kimi iş stajına uyğun olaraq, orta aylıq əməkhaqqının (7236,31 manat) 80 faizi - 5789,05 manat məbləğində, # ######## 2023-cü il tarixinədək əmək pensiyasının tərkibində ödənilmiş 134,01 manat maddi yardım nəzərə alınmaqla, ümumilikdə 5923,06 manat məbləğində təyin edilib. Əmək pensiyalarının # ###### 2024-cü il tarixindən 11,2 faiz indeksləşdirilməsi ilə əlaqədar iddiaçının pensiyası həmin tarixdən 6586,44 manat məbləğində müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Əlavə olaraq bildirilir ki, iddiaçının əmək pensiyası müəyyən edilərkən, vaxtilə işlədiyi vəzifələr üzrə ümumilikdə orta aylıq əməkhaqqı ##.##.2018 - ##.##.2023-cü il tarixləri arasındakı dövr əsas götürülməklə hesablanıb. Iddiaçının Mərkəzi Filialda mövcud olan sənədləri araşdırılarkən məlum olmuşdur ki, hazırda iddiaçıya sabiq hakim kimi yaşa görə ödənilən 6586,44 manat əmək pensiyasının məbləğinin müraciətində göstərdiyi son 24 ay üzrə əmək fəaliyyəti əsas götürülməklə yenidən hesablanaraq müəyyən ediləcək 6321,10 manat pensiya məbləğindən çoxdur. Buna görə də iddiaçının əmək pensiyasının yenidən hesablanması təxirə salınıb.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a) birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş pensiyanın yenidən hesablanması və pensiya hesablanarkən “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2010-cu il ## ###### tarixli Qanununa əsasən məhkəmə orqanında sədr və hakim vəzifəsində ümumilikdə 23 il işlədiyi xidmət illəri nəzərə alınmaqla sabiq hakim kimi ## ######## 2021 - ## ###### 2023-cü illərdə aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən 1 aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq (cəmi 45 faiz), səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı ödənilən iki aylıq əməkhaqqı məbləğində müavinət və müalicə olunmaq üçün ödənilən iki aylıq əməkhaqqı məbləğində pul təminatı, eləcə də sonrakı artımlar da (olduğu təqdirdə), həmçinin istifadə edilməmiş məzuniyyətə görə kompensasiya məbləği nəzərə alınmaqla, ona hakim kimi əmək pensiyasının hesablanması, habelə mülahizədə göstərdikləri nəzərə alınmaqla müəyyən edilmiş orta aylıq əməkhaqqının 80 faizi miqdarında pensiyaya əlavənin, hüququ yarandığı gündən, yəni 2023-cü ilin sentyabr ayından hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçının əsaslandırması:

7. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ## ###### 1980-ci ildən əmək fəaliyyətinə başlamışdır. ## ###### 1980-ci ildən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Notariat və VVAQ Idarəsində məsləhətçi, ## #### 1982-ci ildən həmin Idarədə böyük məsləhətçi, ## ###### 1982-ci ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüququn təbliği və vətəndaşların hüquqi maarifləndirilməsi şöbəsində böyük məsləhətçi, ## ######## 1983-cü ildən Məhkəmə orqanları Idarəsinin Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və statistika şöbəsində böyük məsləhətçi, ## ###### 1987-ci ildən “Sosialist qanunçuluğu” bülletenində böyük redaktor, ## #### 1989-cu ildən Məhkəmə orqanları Idarəsində böyük məsləhətçi, ## ###### 1989-cu ildən Məhkəmə orqanları Idarəsinin 1-ci dərəcəli mütəxəssisi, ## ### 1992-ci ildən həmin Idarənin aparıcı mütəxəssisi, ## ##### 1994-cü ildən həmin idarənin baş mütəxəssisi, ## ###### 1994cü ildən Azərbaycan Respublikası Prezidentinin Aparatında Dövlət hüquq şöbəsinin böyük məsləhətçisi, ## ### 1995-ci ildən Azərbaycan Respublikası Prezidentinin Aparatında Bağışlama məsələləri sektorunun müdiri, ## ### 1998-ci ildən ## ######## 2000-ci ilədək Azərbaycan Respublikası Prezidentinin Aparatında Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Əfv Məsələləri sektorunun müdiri, ## ######## 2000-ci ildən ## #### 2007-ci ilədək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin sədri vəzifəsində, ## #### 2007-ci ildən ## ###### 2008-ci ilədək Bakı şəhərinin Nizami Rayon Məhkəməsində, ## ###### 2008-ci ildən ## ###### 2011-ci ilədək Ağır Cinayətlərə dair Işlər üzrə Azərbaycan Respublikasının Məhkəməsində, ## ###### 2011-ci ildən ## ######## 2023-cü ilədək Bakı Ağır Cinayətlər Məhkəməsində hakim vəzifəsində işləmişdir. Məhkəmə-Hüquq Şurasının ## ###### 2023-cü il tarixli Qərarı ilə ## ######## 2023-cü ildən hakimlik səlahiyyətlərinin həyata keçirilməsi üçün son yaş həddinə çatması nəzərə alınaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi səlahiyyətlərinə xitam verilmişdir. Məhkəmə orqanında sədr və hakim vəzifəsində işlədiyi xidmət illəri ümumilikdə 23 il təşkil edir. Işlədiyi 23 il ərzində hər ay DSMF-yə konkret məbləğdə onun əməkhaqqından pul ödənilmişdir. ## ######## 2023-cü ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən ona 2018-ci ilin sentyabr ayından 2023-cü ilin avqust ayına qədər aldığı əməkhaqqı barədə 5 illik (60 aylıq) arayış təqdim edilmişdir. ## ######## 2023-cü ildə o, pensiya təyin edilməsi ilə əlaqədar Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. ## ###### 2024-cü ildə əməkhaqqı barədə arayışla əmək pensiyasının hesablanması qaydası haqqında ona rəsmi şəkildə ətraflı məlumat verilməsi üçün Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etsə də, bu günə qədər ona rəsmi cavab verilməmişdir. Hazırkı pensiyası 2018-ci ilin avqust ayından 2023-cü ilin iyul ayınadək (60 aylıq) hesablanmışdır. ## ######## 2023-cü ildə ona ## ######## 2023-cü ildən başlayaraq (bununla da, hakimlik stajı 23 il təşkil etmişdir) 5923,06 (beş min doqquz yüz iyirmi üç manat altı qəpik) manat pensiya hesablanmışdır. Sonradan 2024-cü ilin yanvar ayından pensiyaların artması ilə əlaqədar onun pensiyası 6586,44 (altı min beş yüz səksən altı min qırx dörd qəpik) manat olmuşdur. Ona pensiya təyin olunarkən orta aylıq əməkhaqqının 80 faizi nəzərə alınmışdır. Halbuki ona pensiya təyin edilərkən sonuncu 2 il ərzində aldığı orta əməkhaqqı da həmin 80 faizi ilə hesablanmalı idi. Sonradan tərəfindən müəyyən edilmişdir ki, ona pensiya təyin olunarkən qanunda nəzərdə tutulan iki aylıq məzuniyyət pulu hesablanmamışdır.

Cavabdehin etirazı:

8. Cavabdehin iddiaya dair yazılı etirazı onun ##.##.2024-cü il tarixli, *-**-*/*-H- ******/**** nömrəli məktubuna uyğun əsaslandırılmış, həmçinin qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsinin Plenumunun “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4-cü və 20.7-ci maddələrinin şərh edilməsinə dair” ##.##.2008-ci il tarixli Qərarına əsasən ##.##.2005-ci il tarixinədək vəzifəyə təyin edilmiş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinin əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanuna əsasən deyil, həmin günədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinə uyğun hesablanmalıdır. Yəni, sözügedən Plenum Qərarına əsasən, ##.##.2005-ci il tarixinədək hakim təyin olunmuş şəxsə beş il iş stajına əsasən maksimum 80 faiz miqdarında pensiya təyin edilməlidir. Həmin şəxsin vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əməkhaqqı son 24 ay üzrə deyil, istənilən 5 il üzrə hesablanmalıdır. Çünki, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin ##.##.2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasında “hakimlərin işlədikləri son 24 ayı üzrə pensiyanın hesablanması” anlayışı mövcud deyildi, sözügedən Qanunda yalnız 5 illik əməkhaqqına uyğun hesablanma nəzərdə tutulmuşdu. İddiaçı iddiası: orta aylıq əməkhaqqının tərkibində göstərilmiş əlavələr nəzərə alınmaqla, pensiyasının son 24 ay ərzində ödənilmiş əməkhaqqı əsas götürülməklə 80 faiz dərəcəsində müəyyən edilərək əmək pensiyasının yenidən hesablanmasından ibarətdir. Onun faktiki pensiyasında iddiasının “əlavələr” və “80 faiz” hissələri Mərkəzi Filial tərəfindən nəzərə alınıb. Lakin iddianın “son 24 ay üzrə” hissəsi nəzərə alınacağı təqdirdə pensiyasının faiz dərəcəsi qanunvericiliyə uyğun olaraq 80 faiz deyil, 73,75 faiz olaraq müəyyən edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun tələbləri aşağıdakı kimidir: Qanunun 20.7-ci maddəsinə əsasən, sabiq hakimin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Qanunun 20.7.1-ci və 20.7.2-ci maddələrinə əsasən, sabiq hakimin pensiyasının faiz dərəcəsi 15 ilə görə 50 faiz, 15 ildən yuxarı hər ilə görə 3 faiz (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) olmaqla, ən çoxu 80 faiz miqdarında müəyyən edilir. Bununla əlaqədar olaraq, İddiaçı pensiyası son 24 ay üzrə orta aylıq əməkhaqqına əsasən hesablanacağı təqdirdə, “Əmək pensiyaları haqqında” Qanunun 20.7.2-ci maddəsinin tələblərinə görə pensiyasının faiz dərəcəsi 22 il 11 ay 29 gün hakim kimi iş stajına uyğun olaraq 80 faiz deyil, 73,75 faiz (15 il görə 50 faiz + 15 ildən yuxarı 7 ilə görə 21 (7x3) faiz + 11 aya görə 2,75 (3:12x11) faiz) müəyyən edilməlidir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Bakı Inzibati Məhkəməsinin (hakim: A.A.Abdullayeva) ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçı İddiaçı məhkəmə sədri və hakim vəzifəsində ümumilikdə 23 il işlədiyi xidmət illəri nəzərə alınmaqla sabiq hakim kimi ##.##.2021-##.##.2023-cü illərdə aldığı vəzifə maaşına uyğun olaraq, hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq (cəmi 45 faiz), səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı ödənilən iki aylıq əməkhaqqı məbləğində müavinət və müalicə olunmaq üçün ödənilən iki aylıq əməkhaqqı məbləğində pul təminatı, eləcə də sonrakı artımlar da (olduğu təqdirdə), həmçinin, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya məbləği nəzərə alınmaqla ona hakim kimi əmək pensiyasının hesablanması, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla orta aylıq əməkhaqqının 80 faizi miqdarında pensiyaya əlavənin, ona hüqunun yarandığı gündən, yəni 2023-cü ilin sentyabr ayından hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir.

10. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının məhkəməyə təqdim etdiyi əmək kitabçasının surətindən aydın olur ki iddiaçı ##.##.2000- ##.##.2023-cü illər ərzində hakim vəzifəsində işləmişdir (22 il 11 ay). Faktiki olaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun ##.##.2017-ci il tarixə qədər qüvvədə olan redaksiyasına uyğun olaraq iddiaçının 16 il 9 ay stajı mövcud olduğundan, ona münasibətdə həmin Qanunun 20.7.3-cü maddəsinin tətbiqinə yol verilir. İddiaçı (16 il 9 ay) 10 ildən yuxarı hakim işlədiyi üçün hakim vəzifəsində aldığı 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla (55+6×5=85 faiz), lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə (odur ki, iddiaçıya münasibətdə 80 faiz tətbiq olunmalıdır) müəyyən olunan məbləğlə, təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilməlidir. “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliyin qüvvəyə mindiyi ##.##.2017-ci il tarixdə iddiaçının hakim kimi (16 il 9 ay) stajı (sonradan) ona pensiya təyini üçün imkan verirdi. Beləliklə, iddiaçı ##.##.2021-##.##.2023-cü illərdə aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq (cəmi 45 faiz), səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı ödənilən iki aylıq əməkhaqqı məbləğində müavinət və müalicə olunmaq üçün ödənilən iki aylıq əməkhaqqı məbləğində pul təminatı, eləcə də sonrakı artımlar da (olduğu təqdirdə), həmçinin istifadə edilməmiş məzuniyyətə görə kompensasiya məbləği nəzərə alınmaqla ona hakim kimi əmək pensiyasının hesablanması, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla orta aylıq əməkhaqqının 80 faizi miqdarında pensiyaya əlavənin hesablanmasını tələb etməkdə haqlı sayılmalıdır.

11. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: K.H.Əkbərov /sədrlik edən və məruzəçi/, V.K.Qasımov və N.X.Nəbizadə) ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, hazırkı mübahisəyə münasibətdə yuxarıda qeyd edilənlər və eləcə də “qazanılmış hüquq” (qanuni gözlənti və hüquqi müəyyənlik prinsipləri) konsepsiyası nəzərə alınaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun ##.##.2017-ci ilədək qüvvədə olmuş normaları tətbiq edilməli və iddiaçıya işlədiyi dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən hakim kimi pensiya təyin olunmalıdır. Iş materiallarından müəyyən edilir ki, iddiaçı ##.##.2000 - ##.##.2023-cü illər ərzində hakim vəzifəsində işləmişdir (22 il 11 ay). Faktiki olaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun ##.##.2017-ci il tarixə qədər olan redaksiyasına uyğun olaraq iddiaçının 16 il 9 ay stajı mövcud olduğundan, ona münasibətdə həmin Qanunun 20.7.3-cü maddəsinin tətbiqinə əsas verir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı (16 il 9 ay) 10 ildən yuxarı hakim işlədiyi üçün hakim vəzifəsində aldığı 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla (55+6×5=85 faiz), lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə (odur ki, iddiaçıya münasibətdə 80 faiz tətbiq olunmalıdır) müəyyən olunan məbləğlə, təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilməlidir. “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliyin qüvvəyə mindiyi ##.##.2017-ci il tarixdə iddiaçının hakim kimi (16 il 9 ay) stajı (sonradan) ona pensiya təyini üçün imkan verirdi.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a. kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh tərəfindən təqdim edilən kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə qarşı etirazın dəlilləri ilə mahiyyətcə eynilik təşkil edir.

b. kassasiya şikayətinə etirazın dəlilləri

16. Iddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr (## ###### 2006-cı il tarixdən # #### 2017-ci ilə qədər qüvvədə olan redaksiya) ... 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanımla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.

18. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2008-ci il tarixli qərarı

19. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2020-ci il tarixli Qərarı

20. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir... Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

23. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı qismən - iddiaçıya vəzifə maaşındakı sonrakı artımlarla birlikdə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilməli, iddia həmin hissədə rədd edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdir.

24. Işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

25. Işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ##.##.2000-ci il tarixdən ##.##.2023-cü il tarixinədək hakim işləmişdir və hakim kimi iş stajı 22 il 11 ay 29 gün təşkil edir. Bu qərarın 17-ci bəndində qeyd olunan normalardan görünür ki, iddiaçının hakim vəzifəsində çalışdığı dövrdə qanunvericilikdə 5 il hakim işləmiş sabiq hakimlərin qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ nəzərdə tutulsa da, sonradan 2017-ci ildə edilmiş dəyişikliklərə əsasən bu staj 15 il müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliyin qüvvəyə mindiyi ##.##.2017-ci il tarixdə iddiaçının hakim kimi (16 il 9 ay) stajı (sonradan) ona pensiya təyini üçün imkan verirdi.

26. Cavabdehin etirazının və kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Konstitusiya Məhkəməsinin Plenumunun “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4-cü və 20.7-ci maddələrinin şərh edilməsinə dair” ##.##.2008-ci il tarixli Qərarına əsasən ##.##.2005-ci il tarixinədək vəzifəyə təyin edilmiş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinin əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanuna əsasən deyil, həmin günədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinə uyğun hesablanmalıdır.

27. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə ilk növbədə qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarının nəticə hissəsində ilkin olaraq qeyd olunmuşdur ki, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsi və «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır. Həmçinin, sözügedən Plenum Qərarının əsaslandırma hissəsində qeyd olunmuşdur ki, hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş (əvəz olunmuş) hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Konstitusiyanın 149-cu maddəsinin VII hissəsinin müddəası nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır. X2 2008-ci ildə qəbul edildiyi nəzərə alındıqda, pensiya qanunvericiliyinə sonrakı illərdə daha üstün sosial müdafiə təminatlarını əks etdirən müddəalar əlavə olunmuşdur. Odur ki, məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin bu dəlilini əsassız hesab edir.

28. “Əmək pensiyaları haqqında” Qanunun # ###### 2006-cı il tarixdən # #### 2017-ci ilə qədər qüvvədə olan 20.7.3-cü maddəsinə əsasən, 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanımla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.

29. “Əmək pensiyaları haqqında” Qanunun 20.7-ci maddəsinin ##.##.2017-ci il tarixdən sonra qüvvədə olan redaksiyasına görə, bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1. 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir.

30. Hazırkı iş üzrə iddiaçının tələbi və hüquqi marağı ona təyin edilmiş pensiyanın yenidən hesablanması və pensiya hesablanarkən “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası 2010-cu il ## ###### tarixli Qanununa əsasən məhkəmə orqanında sədr və hakim vəzifəsində ümumilikdə 23 il işlədiyi xidmət illəri nəzərə alınmaqla sabiq hakim kimi ## ######## 2021 - ## ###### 2023-cü illərdə aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən 1 aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq (cəmi 45 faiz), səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı ödənilən iki aylıq əməkhaqqı məbləğində müavinət və müalicə olunmaq üçün ödənilən iki aylıq əməkhaqqı məbləğində pul təminatı, eləcə də sonrakı artımlar da (olduğu təqdirdə), həmçinin istifadə edilməmiş məzuniyyətə görə kompensasiya məbləği nəzərə alınmaqla ona hakim kimi əmək pensiyasının hesablanması, habelə mülahizədə göstərdikləri nəzərə alınmaqla müəyyən edilmiş orta aylıq əməkhaqqının 80 faizi miqdarında pensiyaya əlavənin hüququ yarandığı gündən, yəni 2023-cü ilin sentyabr ayından hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsindən ibarətdir.

31. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində hakimlərin müstəqilliyi ilə bağlı nəzərdə tutulmuş təminatlar kontekstində baxılmalıdır. Həmin maddədə hakimlərin müstəqilliyinin və ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri təsbit edilmiş, hakimlərin müstəqilliyi ilə bağlı konstitusion təminatlar nəzərdə tutulmuşdur. Belə yanaşma məhkəmə hakimiyyətinin və həmin hakimiyyəti təmsil edən hakimlərin xüsusi statusundan qaynaqlanır. Qeyd etmək lazımdır ki, hakimlərin müstəqilliyinin, bir tərəfdən ədalət mühakiməsinin həyata keçirilməsinin, digər tərəfdən isə həm də dövlət tərəfindən hakimlərə tanınan konstitusiya təminatı olduğu nəzərə alınmalı, hakimlərin sosial müdafiəsi onların müstəqilliyinin ayrılmaz tərkib hissəsi kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, hakimlərin maddi və sosial təminatı həm də Konstitusiyada təsbit olunmuş məhkəmə hakimiyyətinin müstəqilliyi baxımından xüsusi əhəmiyyət daşıyır.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Iqtisadi Kollegiyasının ## #### 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2014-cü il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə də, hakimlərin sosial müdafiəsi onların müstəqilliyinin ayrılmaz mühüm elementi kimi çıxış edir. Hakimlərin statusunun konstitusiya-hüquq xüsusiyyətləri, onların fəaliyyətinin növü və xarakteri nəzərə alınaraq, sabiq hakimin sosial təminatı fəaliyyətdə olan hakimin müstəqilliyinin təminatı hesab olunur, belə ki, belə tənzimləmə gələcəkdə onların maddi təminatının zəmanəti kimi çıxış edir.

33. “Hakimlərin Statusuna dair” Avropa Xartiyasının 6.4-cü maddəsinə əsasən, müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya təyin olunmasına təminat verilməlidir.

34. Nəzərə alınmalıdır ki, milli hüquqda və beynəlxalq-hüquqi aktlarda hakimlərin sosial müdafiəsi, o cümlədən pensiya təminatı ilə bağlı nəzərdə tutulmuş normalar onların müstəqilliyinin və qərəzsizliyinin qorunması, gələcəkdə onların layiqli və uyğun maddi təminatının zəmanətə alınması məqsədlərinə xidmət edir. Belə ki, hakim hələ işlədiyi dövrdə gələcəkdə sosial müdafiəsinin daha üstün təminatlar əsasında həyata keçiriləcəyinə əmin olmalıdır.

35. Hazırkı mübahisəyə münasibətdə “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin müddəaları da məhz bu prizmadan, yəni Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsində, 127-ci maddəsinin İ və II hissələrində, 128-ci maddəsinin İ və II hissələrində, habelə beynəlxalq hüquqi aktlarda hakimlərin hüquqi statusu və onların müstəqilliyi ilə bağlı nəzərdə tutulmuş təminatlar baxımından təfsir olunmalıdır. Nəzərə almaq lazımdır ki, yuxarıda qeyd olunan konstitusion-hüquqi dəyərlər şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını nəzərdə tutan qanunvericilik müddəalarının tətbiqini şərtləndirir və zəruri edir.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair” ## #### 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinin VII hissəsinin müddəaları nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır.

37. Nəzərə almaq lazımdır ki, şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəalarının tətbiqi pensiya qanunvericiliyində sonradan həyata keçiriləcək dəyişikliklərin hakimlərin sosial müdafiəsinə, o cümlədən pensiya təminatına neqativ təsirini Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinə əsasən neytrallaşdırmaq və bunun üzərindən hakimlərin hüquqi təhlükəsizliyini təmin etmək məqsədlərinə xidmət edir.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14 cü maddələrinin şərh edilməsinə dair” ##.##.2020-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı həmin şəxsin “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) aldığı və “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta haqqı ödədiyi vəsaitlər nəzərə alınır.

39. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə yuxarıda qeyd edilənlər və eləcə də, “qazanılmış hüquq” (qanuni gözlənti və hüquqi müəyyənlik prinsipləri) konsepsiyası nəzərə alınaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun ##.##.2017-ci ilədək qüvvədə olmuş normaları tətbiq edilməli və iddiaçıya işlədiyi dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən hakim kimi pensiya təyin olunmalıdır.

40. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsi hakimlərin maddi təminatını tənzimləyir. Həmin maddə ilə hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir. 106-cı maddənin birinci hissəsinə “məbləğdə” sözündən sonra “aylıq” sözü və “edilir” sözündən sonra “və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir” sözləri ## #### 2019-cu il tarixli ****-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmişdir. Odur ki, iddiaçı ##.##.2023-cü il tarixə qədər hakim işlədiyindən həmin əlavəni almışdır. ...Hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilir... ...Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir. ## #### 2019-cu il tarixli ****-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 106-cı maddənin üçüncü hissəsi yeni redaksiyada verilmişdir. Odur ki, iddiaçı ##.##.2023-cü il tarixə qədər hakim işlədiyindən pul təminatını almışdır.

41. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya hakim kimi əmək pensiyasının hakim vəzifəsindəki fəaliyyətinin son 24 ayı deyil, ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləği ilə hesablanması qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

42. Qeyd olunanlarla yanaşı, məhkəmə kollegiyası iddia tələbinin “sabiq hakim kimi vəzifə maaşındakı sonrakı artımlar nəzərə alınmaqla” əmək pensiyasının yenidən hesablanması hissəsinə münasibətdə isə qeyd edir ki, həmin hissədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

43. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il ## ###### tarixli 627- VIQD Qanununun 1.5-ci bəndi ilə “Əmək pensiyaları haqqında” Qanunun 20.7-ci, 20.8-ci, 20.11-ci və 20.19-cu maddələrinə dəyişiklik edilərək, həmin maddələrə “məbləğindən,” sözündən sonra “pensiya təyinatı tarixinədək” sözləri əlavə edilmişdir. Sözügedən Qanun 2023-cü ilin ######ın #-dən qüvvəyə minmişdir.

44. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası bildirir ki, iddiaçının hakim kimi pensiya təyin edilərək ödənilməli vaxtdan pensiyası yenidən hesablanarkən 2023-cü ilin ######ın #-dək əməkhaqqında sonrakı artımlar nəzərə alınmalı, 2023-cü il ######ın #-dən sonra isə Qanuna edilmiş dəyişikliyə əsasən pensiyanın yenidən hesablanması zamanı əməkhaqqındakı sonrakı artımlar nəzərə alınmamalıdır.

45. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiya məhkəməsinin qərarı qismən, iddiaçıya 2023-cü ilin ######ın #-dən sonrakı dövrdə vəzifə maaşındakı sonrakı artımlarla birlikdə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilərək iddia həmin hissədə rədd edilməli, qərar qalan hissələrdə isə dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti qismən təmin edilsin.

Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar