Məhkəmə qərarları › İş №2-1(1-8)-118/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-118/2026

23.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-118/2026 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Üçüncü şəxs yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "əlilliyin təyin edilməsi" tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI 1.İddiaçı ##.##.2017-ci il tarixdə Tibbi-Sosial Ekspert Komissiyasının müayinəsinə dair məlumatda göstərilmişdir ki, Əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu meyarları əsasında qiymətləndirilməsi barədə məlumat-ikinci dərəcəli əlillik; Forma 88 nömrəsi-4083003AACAH; Qiymətləndirmə tarixi-##.##.2017; Diaqnoz-Qapalı onurğabeyin travması, onurğa beyninin əzilməsindən sonrakı mielopatiya əlamətləri ilə təzahür olunan nəticəsi. Hərəkətin və yerişin pozulmaları, davamlı ağrı sindromu, nəzərəçarpan astenonevrotik sindrom, xroniki posttravmatik bel-oma radikuliti, davamlı kökcük ağrılarla; Əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti ##.##.2022; Əlillik səbəbi- Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik. 2.İddiaçı ##.##.2022-ci il tarixli qiymətləndirmə məlumatlarına əsasən, Müayinə tarixi: ##.##.2022, Akt nömrəsi: *******0004,Müvafiq əmək qabiliyyətinin itirilməsi: Xeyr, Müayinədən əvvəl qrup: Ikinci dərəcəli əlillik, Əmək qabiliyyətinin itirilməsi (%-lə): 0, Qeyd: 22420352806. X7: XIX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T91 – Boyun. Diaqnozun mətni: Onurğa beyni travmasının nəticələri. Keçirilmiş qapalı onurğa beyin travması, onurğa beyninin zədələnməsi nəticəsi. Posttravmatik mielopatiya. (##.##.1994), Şmorle düyünləri (yırtıqları), L4-L5, L5-S1 fəqərələrarası disk protruziyası (3,5 mm). Mərkəzə göndərilmənin / Imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir. 3.İddiaçı ##.##.2024-cü il tarixli qiymətləndirmə məlumatlarına əsasən, Müayinə tarixi: ##.##.2024, Akt nömrəsi: *******0005, Müvafiq əmək qabiliyyətinin itirilməsi: Xeyr. Diaqnozun mətni: Baş-beynin üzvi xəstəliyi (OIM) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, kognitiv funksiyaların enməsi ilə. Başın əzilməsi. Boynun və gövdənin travmalarının nəticəsi. Fəqərəarası diskin digər dağılqısıdırılmış degenerasiyası. Digər spondilopatiyalar. Kəskin ağrı. Alın və ya pəncənin sallanması (qazanılmış). Yeriş və hərəkət pozuntuları. Mərkəzə göndərilmənin/ Imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir. 4.Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6-sosial ekspert komissiyasının 22420352776 qərarına əsasən,Dövlət Tibbi-Sosial Ekspertiza və X6-sosial ekspert komissiyası (bundan sonra-Komissiya) ##.##.2022-ci il tarixdə aşağıda adı göstərilən 30 nəfər vətəndaşın əlilliyinin müəyyənləşdirilməsi barədə verilmiş qərarlarından şikayətlərinə əsasən əlavə müayinəsini həyata keçirmiş və aşağıdakılarnı müəyyən etmişdir:

5. Bakı şəhər sakini ##.##.1961-ci il təvəllüdlü İddiaçı (FIN: *******) əlilliyinin qiymətləndirilməsindən ötrü tibbi müəssisəsindən yeni göndərişi rəsmiləşdirilmədiyi, orqan tərəfindən vəsiqə üçün göndəriş olmadığı üçün tibbi-sosial ekspert komissiyasına təkrar müayinəyə göndərilməsi Agentlik tərəfindən qəbul edilməmişdir. (ünikal kod). Vətəndaşın müvafiq arayışla əlavə müayinədən aparılması zərurəti barədə Agentliyin müraciəti əsasında Kazımov Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyinin Xüsusi Tibb Komissiyası tərəfindən ##.##.2017-ci il tarixli *** nömrəli qərarı verilmişdir. Həmin qərarda “Qapalı onurğa beyin travması, onurğa beyninin zədələnməsindən sonra mielopatiya əlamətləri ilə təzahür olunan nəticə. Xroniki posttravmatik bel-oma radikulitin kəskinləşməsi (##.##.1994)” diaqnozu travmanın səbəbi olaraq “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müayinə nəticələri göstərilmişdir. Xəstənin hazırki obyektiv vəziyyətinin qiymətləndirilməsi zamanı bəlli oldu ki, hər iki aşağı ətrafda sərbəst, əzələ gücü ətrafla irradiasiya edən ağrılarla müşahidə olunur, sağ axil refleksləri canlı D+S, Axil refleksləri solda ~0,4-0,5 bal, tonusu normal, sol diz refleksləri canlıdır. Tədqim olunmuş, Rezonans Klinikası tərəfindən ##.##.2022-ci il tarixli MRT müayinəsinin nəticəsi “L4-5 fəqərələrarası diskdə arxa median sağa meyilli geniş protruziya (3 mm), spinal kanalın sirkulyar daralması, dural kisənin və iki sinir kökcüyünün sıxılması (stenoz). L5-S1 fəqərələrarası diskdə arxa median sağa meyilli geniş əsaslı protruziya (3.5 mm), spinal kanalın sirkulyar daralması, dural kisənin və iki sinir kökcüyünün sıxılması (stenoz)” diaqnozunu göstərmişdir. Yanaşı olaraq şəkərli diabet, ətraflarda duyğu çatışmazlığı bildirmiş, aşağı ətraflarda tüklər seyrəmiş, periferik nəbz kafi dolğunluqda qeyd olunmuşdur. Hazırkı əlillik təyinatına əsas verən hərəkət məhdudluğu müayənə edilməmişdir. Azərbaycan Respublikası Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “X3 Idarəetmə Birliyi” (TƏBIB) nəzdindəki Neyrocərrahiyyə Xəstəxanasının ##.##.2022-ci il tarixli Çıxarışda göstərilən obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlillik və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları”na dair Əsasnamə”yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. 6.Üçüncü şəxs yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X6-Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli *-**-*/*-*-****/**** nömrəli Qərarında göstərilmişdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X6-Sosial Ekspert Komissiyası (bundan sonra- Komissiya) ##.##.2024-cü il tarixində aşağıda adları göstərilən 20 nəfər vətəndaşın müraciətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. 7. Bakı şəhər sakini ##.##.1961-ci il təvəllüdlü İddiaçı (FIN: *******) əlillik vəziyyəti tibb müəssisəsinin *******AAEJ* nömrəli ##.##.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS 22420352806). Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2017-ci il tarixli *** nömrəli Qərar verilmişdir. Həmin qərarda "Qapalı onurğa-beyin travmasının, onurğa beynin əzilməsi mielopatiya əlamətləri ilə təzahür olunan nəticəsi. Xroniki posttravmatik bel-oma radikulitin kəskinləşməsi” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş ##.##.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, "Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı belindəki, hər iki aşağı ətrafa, daha çox sol aşağı ətrafa irradiasiya edən ağrılardan şikayətlənmiş, aşağı ətraflarda hərəkətlər sərbəst, əzələ gücü ~4,0-4,5 bal, tonusu normal, əzələ həcmi simmetrik, diz refleksləri canlı D=S, Axil refleksi sol tərəfdə enik, radikulopatiya əlıamətləri qeyd olunmuşduralınmış, hərəkətlər tam həcmdə olmuşdur” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı aşağı ətraflarda hərəkət məhdudluğundan, sol aşağı ətraf barmaqlarında keyləşmədən, başında səs olmasından, yuxusuzluqdan, tərləmələrdən şikayətlənmişdir. Anamnestik məlumatlarında gecələr qorxuları olduğunu, təxminən 10 ildir yüksək arterial təzyiq və şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini, travma aldığıüçün 2 il yerimə məhdudiyyəti olduğunu söyləmişdir. Medikamentoz preparatlardan gün ərzində 2 dəfə “Amaryf’ və adlarını xatırlamadığı digərlərini qəbul etdiyini bildirmişdir. Baxış zamanı sağ aşağı ətraf barmaqlarının yod məhlulu ilə boyanmış və tənziflə sarınmış olması, IV-V barmaqların arasında isə sürtünmə müşahidə edilmişdir. Bel nahiyəsində, onurğadan 2-3 sm solda təxminən 2 sm ölçüdə əməliyyat çapığı izlənilmiş, hər iki ayaqarxasında nəbz əllənməmiş, hər iki topuq nahiyəsində nəbz hiss edilmişdir. Müayinə zamanı arterial təzyiqi 200/100 mm cv st müəyyənləşdirilmişdir. Nevroloji status: Refleksləri bir qədər enmiş D=S, əzələ gücü 4- 4,5 bal dəyərləndirilmiş, əzələ tonusu normal olmuş, Romberq vəziyyətində yüngül səndələmiş, burun-barmaq sınağını düzgün icra etmiş, sağ pəncədə sallanma izlənilməmişdir. Psixi status: Hərbi qərarda kəllə-beyin travması haqqında məlumat qeyd olunmamış, verilən sualları anlamış və düzgün cavablandırmış, psixi xəstəlik əlamətləri aşkarlanmamışdır. * nömrəli X4nın ##.##.2023cü il tarixli */**** nömrəli Həkim psixiatr komissiyasının rəyində diaqnoz “Baş beynin üzvi xəstəliyi (İ Qarabağ müharibəsi) nəticəsində şəxsiyyət dəyişikliyi kobud davranış pozuntuları, koqnitiv funksiyaların zəifləməsi’ kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. * nömrəli X4nın ##.##.2024-##.##.2024-cü il tarixli ****/** nömrəli Çıxarışında diaqnoz “Baş beynin üzvi xəstəliyi (İ Qarabağ müharibəsi) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, koqnitiv funksiyaların zəifləməsi. MMSE24’’ kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının ##.##.2024-cü il tarixli **** nömrəli Həkim psixiatr komissiyasının rəyində diaqnoz “Baş beynin üzvi xəstəliyi (İ Qarabağ müharibəsi) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd edilmişdir. Rezonans Klinikasının ##.##.2024-cü il tarixli MRT müayinəsinin nəticəsi “Sol maxillar sinusda kobud mukozal qalınlaşma qeyd olunur. Kortikal sulkus və girusların dərinliyi və genişliyi artmışdır (kortikal atrofiya). Beynin hər iki yarımkürəsində təpə paylarda subkortikal, periventrikulyar sahələrdə bir neçə ədəd millimetrik gliotik ocaqlar aşkar olunur. Sol təpə payda subkortikal 8 mm ölçüsündə ətrafında gliotik dəyişikliyi olan postişemik malyasiya sahəsi qeyd olunur. Supratentoryal mədəcik sistemində minimal atrofiyaya bağlı genişlənmə qeyd olunur' kimi qeyd olunmuşdur. * nömrəli X4nın ##.##.2024-##.##.2024-cü il tarixli ****/** nömrəli Çıxarışında diaqnoz “Baş beynin üzvi xəstəliyi (İ Qarabağ müharibəsi) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, koqnitiv funksiyaların zəifləməsi’ kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. * nömrəli X4nın ##.##.2024- ##.##.2024-cü il tarixli ****/** nömrəli Çıxarışında diaqnoz “Baş beynin üzvi xəstəliyi (İ Qarabağ müharibəsi) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, koqnitiv funksiyaların zəifləməsi’ kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. ƏƏSMN tabeliyində DTSERA-da ##.##.2024-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Sol mədəciyin sistola-diastolik boşluq ölçüləri böyüməyib və sistolik funksiyası (LVEF=55%) pozulmayıb. Sol qulaqcıq və sağ boşluqlar normaldır. IVS və IAS tamdır. Seqmentar divar hərəkət qüsuru qeyd edilmir. Aorta kökü və qapaqları. Digər qapaq aparatı normaldır. Perikard boşluğu təmizdir. PDA, ASD, VSD yoxdur. Rəngli doppler EXO-KQ-də min TÇ qeyd edilir” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da ##.##.2024-cü il tarixli Aşağı ətraf arteriyalarının doppleroqrafiyası müayinəsinin nəticəsi “Sağ dorsalis pedisbifazik, sol dorsalis pedis- bifazik. Magistral arteriyaların aterosklerozu” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Hazırda əlillik təyinatına əsas verə biləcək heç pir şəxsiyyət dəyişikliyi əlamətləri və patofunksional pozuntular aşkarlanmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a) birinci instansiya məhkəməsində icraat 7.Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qarabağ döyüşləri zamanı aldığı xəsarət “Qapalı onurğa beyin travması, onurğa beyinin əzilməsindən sonra mielopatiya əlamətləri ilə təzahür olunan nəticəsi hərəkətin hərəkətin və yerin pozulmaları, davamlı ağır sindromu, nəzərəçarpan astennevrotik sindrom xroniki postravmatik bel-oma radikulitiv, davamlı kökcük ağrılar, diaqnozu üzrə onun orqanizmin funksiyasının tamamilə pozulması nəzərə alınaraq ona təyin edilmiş 2-ci dərəcəli əlilliyin bərpa edilməsinin Üçüncü şəxs yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 8.Iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə Əli Zaman oğlu ##.##.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək iddiaçı İddiaçı ##.##.2024-cü il tarixdən əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdeh Üçüncü şəxs yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-cü il tarixli *-*(***)-*****/**** nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir 9.Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Niami rayon RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmışdır, erməni qəsbkarlarının torpaqlarından çıxarılması uğrunda döyüşlərdə iştirak etmiş, ##.##.1994-cü ildə hərbi döyüşlərdə yaralanmış, ##.##.1994-cü ildən ##.##.1994-cü ilə kimi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalında müayinə və müalicə almışdır. O zaman onun aldığı xəsarətə görə diaqnoz : Qapalı onurğa-beyin travması, onurğa beynin əzilməsi mielopatiya əlamətləri ilə təzahür olunan nəticəsi. Xroniki postravmatik bel-oma radikulitin kəskinləşməsi". Bu fakt Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon idarəsininin ##.##.2017-ci il tarixli ** saylı ##.##.2017-ci il tarixli **** saylı göndərişləri, ##.##.2017-ci il tarixli *** nömrəli arayış, Silahlı Qüvvələrin Baş Klinik Hospitalından verilmiş ##.##.1994-cü il tarixli çıxarışlar, Ağdam rayon məhkəməsinin ##.##.2017-ci il tarixli *(**)-**** nömrəli Qətnaməsi, MN MHHK-nin həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir. Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır. Əsas : Mn Mhhknin 893 Saylı ##.##.2017-ci il Tarixli Protokolu. O, hər il bir neçə dəfə müvafiq xəstəxanalarda uzun müddət müalicə almağına baxmayaraq, döyüş zonasında aldığı xəsarətlər onun normal fəaliyyət göstərməyinə imkan verməmişdir. Üçüncü şəxs Tibbi - Sosial Ekspert Komissiayasının Rəyi ilə ##.##.2017-ci ildə ona 2-ci dərəcəli Əlillik təyin edilmişdir. O zaman ona əlillik təyin edilməsi üçün diaqnoz : “ Qapalı onurğa beyin travması, onurğa beyinin əzilməsindən sonrakı mielopatiya əlamətləri ilə təzahür olunan nəticəsi Hərəkətin və yerişin pozulmaları, davamlı ağrı sindromu, nəzərəçarpan astennevrotik sindrom xroniki postravmatik bel-oma radikuliti, davamlı kökcük ağrılar ”. O zaman təyin edilmiş 2ci dərəcəli əlillik üzrə pensiya təyin edilmiş və həkim müayinəsi ##.##.2022-ci ilə təyin edilmişdir. Lakin, növbəti dəfə həkim müayinəsinə getdikdə təyin edilmiş 2-ci dərəcəli əlillik dayandırılmış və təyin edilmiş pensiya kəsilmişdir. Əsas onu qeyd edir ki, o, yenidən həkim ekspertiza komissiyasından keçməli və əlavə müalicə almalıydı. O zaman onu xəstəliyin aşkar surətdə görünməsinə baxmayaraq, həkim komissiyası xəstəliyini nəzərə almamışdır. Ona görə də məcbur olub aşağıdakı müddətlərdə Poliklinika və xəstəxanalarda müalicə almışdır: ##.##.2023-cü ildən 21,02.2024-cü ilə kimi ** saylı şəhər poliklinikanın göndərişi ilə ** saylı şəhər poliklinikanın göndərişi ilə ##.##.2024-cü ildə - 2 N:li KPX-da Həkim Psixiatr Komissiyasında müayinə olunmuş. Qərara -diaqnoz: baş beyinin üzvi xəstəliyi, şəxsiyyət dəyişikliyi kobud davranış pozuntusu, ##.##.2024-cü ildən ##.##.2024-cü ilə kimi ** saylı şəhər poliklinikanın göndərişi ilə, ##.##.2023-cü ildə Rezonans Klinika -MRT Müayinəsi - “ Aşağı döş və bel - oma ”. Müayinə sahəsinə düşən : döş və bel fəqərəarası disklərin intensivliyi degenerativ dəyişiklik nəticəsində T2 rejimində zəifləmişdir, döş və bel fəqərə cisimləri səthində subxondral sklerotik dəyişikliklər qeyd edilir, Th 10 , Thl2, L3, L4, L5, SI fəqərə cismlərində hemangiomalar qeyd edilir, -Th 10,Th 11, ТМ1-ТЫ2 səviyyələrdə bilateral sarı bağın və arxa boylama bağının qalınlaşması, -fəqərələrarası diskdə arxa median geniş əsaslı protruziya (3 mm), bu səviyyədə arxa boylama bağın və bialteral sarı bağın qalınlaşması, spinal kanalın daralması, dural kisənin və hər iki sinir kökcüyünün sıxılması aşkar olunur (steoz), fəqərələrarası diskdə arxa sağ paramedian, dural kisəni və sağ sinir kökcüyünü sıxan protruziya (2 mm) bu səviyyədə arxa boylama bağın və bilateal sarı bağın qalınlaşması, spinal kanalın sirkulyar daralması, dural kisənin və hər iki sinir kökçüyünün sıxılması aşkar olunur (stenoz). Bununla yanaşı bu səviyyədə stabilliyin pozulması, L5 fəqərə cismin minimal retrospondilistezi təyin olunur. Müayinə sahəsinə daxil olan sol bud sümüyünün başında lateralda subkortikal millimetrlik xronik degenerasiya qeyd edilir. ##.##.2024-cü ildə Rezonans Klinika -MRT Müayinəsi - diaqnoz : - Sol maxıllar sinusunda kobud mikozial qalınlaşması qeyd olunur, Kortikal sulkus və giruslararm dərinliyi və genişliyi artmışdır (kortikal atrofiya), Beyinin hər iki yarımkürəsində təpə paylarında subkortikal, periventrikulyar sahələrdə bir neçə ədəd millimetrlik gliotik ocaqlar aşkar olunur, -Sol təpə payda subkortikal 8 mm ölçüsündə ətrafında gliotik dəyişikliyi olan postişemik malyasiya sahəsi qeyd olunur, Supratentoryal mədəcik sistemində minimum atrofiya bağlı genişlənmə qeyd olunur. ##.##.2024-cü ildən ##.##.2024-cü ilə kimi ** saylı şəhər poliklinikanın göndərişi ilə ** saylı şəhər Poliklinikasının göndərişi ilə ##.##.2024cü ildən ##.##.2024-cü ildə - 2 N:li KPX-da, diaqnoz: baş beyinin xəstəliyi, iddiaçı xəstəliyinin diaqnozunu müəyyən edilməsi üçün AR SN “xxxx“ Publik hüquqi Şəxsə müraciət etmiş və Mərkəzin direktoru pr.Fuad Ismayılov imzası ilə ##.##.2024-cü il tarixli Bildirişində göstərilmişdir ki, “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ##.##.2023cü il tarixli *-**/*-*-****/**** saylı Əmrinə əsasən “Vətən müharibəsində iştirak etmiş şəxslərin psixi vəziyyətinin müayinəsinin təşkili ” Respublika Psixiatriya Xəstəxanasında Həkim -Psixiatr Komissiyasının iştirakı ilə aparılacaq. Diaqnozun dəyişdirilməsi və ya Rəy verilməsi üçün Respublika Psixiatiya Xəstəxanasına müvafiq Həkim Psixiatr Komissiyasına müraciət etməlisiniz. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Psixitariya XəstaxanasT X1 Həki Psixiatr Komissiyasında müayinə olmuş və ##.##.2024-cü il tarixli **** №-li Rəyində qeyd edilmişdir ki, "Diaqnoz: Başbeyin üzvi xəstəliyi (1-ci Qarabağ müharibəsi) nəticəsində şəxsiyyət dəyişikliyi. kobud davranış pozuntuları, koqnitiv funksiyasıyaların enməsi F070.0”. Hazırda, bütün müalicə müəssisələri, xəstəxanalarında xəstəliyi təsdiq olunduğu və qoyulmuş diaqnozu təsdiq edildiyi halda, hansı əsasla görə - təyin edilmiş 2-ci dərəcəli əlilliyin dayandırılması əsassızdır. Əgər xəstəliyinin mövcud olması faktları müayinə edən professorlar tərəfindən təsdiq edildiyi halda, cavabdehin 2-ci dərəcəli əlillik təyin etməməsi qanunsuzdur. 10.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin” ##.##.2025-ci il tarixli *** saylı rəyində göstərilmişdir ki, 1-ci sual: F********FEF nömrəli, ##.##.2024-cü il tarixli göndərişdə İddiaçı qoyulmuş diaqnoz və ağırlaşmalar onun hazırkı sağlamlıq vəziyyətinə uyğundurmu? Cavab: Yoxlanılan şəxs İddiaçı hazırda üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu aşkar olunur. F********FEF nömrəli, ##.##.2024-cü il tarixli göndərişdə İddiaçı qoyulmuş diaqnoz və ağırlaşmalar onun hazırkı sağlamlıq vəziyyətinə uyğundur. 2-ci sual: İddiaçı hazırda göndərişdə qeyd edilməyən hər hansı başqa əqli (psixi) xəstəlik və qüsurlar aşkar olunurmu? Cavab: Yoxlanılan şəxs İddiaçı üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu müəyyən edilir. 3-cü sual: F********FEF nömrəli, ##.##.2024-cü il tarixli göndərişdə İddiaçı qoyulmuş diaqnoz və ağırlaşmalar öz təsdiqini tapdığı halda, həmin diqanoz və ağırlaşmalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarında göstərilən xəstəliklərin əhatə dairəsinə düşürmü (XBT-10 kodu qeyd olunmaqla), düşürsə Meyarların hansı bəndinə aiddir? Cavab: Yoxlanılan şəxs İddiaçı üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu müəyyən edilir. 11.Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ## ### 2025-ci il tarixli qərarı ilə (A.Əhədova) iddia tələbi təmin edilmiş, iddiaçı İddiaçı ##.##.2024-cü il tarixindən əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Üçüncü şəxs tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçı barəsində verilmiş ##.##.2024-cü il tarixli F********FEF nömrəli Forma 88-də əsas diaqnoz və ağırlaşma onun hazırkı sağlamlıq vəziyyətinə uyğun olduğu müəyyən olunmuşdur. Iddiaçıda müəyyən olunan xəstəlik anamnestik məlumatlar kəllə-beyin travması alması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi * nömrəli “X4”da “Baş beyinin üzvi xəstəliyi (İ Qarabağ müharibəsi) nəticəsində şəxsiyyət dəyişikliyi. Kobud davranış pozuntuları. Koqnitiv funksiyaların enməsi ilə” diaqnozu ilə həmin müəssisədə stasionar müalicədə olması, ekspertiza zamanı aşkar olunan təfəkkürünün bir qədər ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s. kimi hallar iddiaçının hazırkı vəziyyətinin əlillik təyinatına əsas verdiyi qənaətinə gəlməyə kifayət edir. Beləliklə, iddiaçı barəsində tərtib edilmiş və əlillik təyinatı üçün əlillik alt sistemində yerləşdirilmiş ##.##.2024-cü il tarixli F********FEF nömrəli Forma 88-dəki xəstəliklərlə iddiaçının hazırkı sağlamlıq vəziyyətinin eyni olduğu məhkəmə icraatı gedişində əldə edilmiş ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Iddiaçının tibbi göndərişindəki xəstəliklərin təsnifat kodları “Əlilliyin müəyyən olunması meyarları”nda göstərilən əlillik təyinatına əsas verən xəstəliklərin təsnifatında əsas diaqnoz və qiymətləndirmə onun əlillik təyinatına əsas verir. 12.Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarı ilə (hakimlər: O.Ismayılov /sədrlik edən və məruzəçi/, P.Hüseynov və G.Sevdimalıyeva) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6-Sosial ekspert komissiyasının iddiaçı İddiaçı əlilliyin təyin edilməsindən imtina olunması barədə ##.##.2024-cü il tarixli qərarı ləğv edilmiş, həmin tarixdən onun barəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyin müəyyən olunmasına dair inzibati aktın qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tibb müəssisəsi tərəfindən əlilliyin təyini üçün verilmiş F********FEF nömrəli, ##.##.2024-cü il tarixli göndəriş əsasında ilk imtinadan (##.##.2024-cü il tarixli qərardan) sonra TSEK-in iddiaçını ##.##.2024-cü il tarixdə əyani müayinəyə cəlb etməyə səlahiyyəti olmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı belə bir səlahiyyətin təsbit edildiyi hüquqi akt müəyyən edilməmiş, eyni zamanda inzibati orqan tərəfindən də bu barədə hər hansı bir sübut təqdim edilməmişdir. Nəzərə almaq lazımdır ki, əks hüquqi mövqe obyektivlik, qərəzsizlik və bərabərlik prinsiplərinin tələbləri ilə uzlaşmır... .... Azərbaycan Respublikası Prezidentinin 2020-ci il ## #### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və X8”nin 3.2.4-cü bəndinə əsasən, tibbi-sosial ekspert komissiyalarının qərarlarından narazı olan vətəndaşların müraciəti əsasında, habelə əlilliyin qiymətləndirilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar olduqda, əlilliyi müəyyən edilmiş şəxsləri əyani müayinəyə cəlb etmək Agentliyin hüquqları sırasındadır. Yuxarıda qeyd edilənlərin qarşılıqlı təhlili onu deməyə əsas verir ki, istər TSEK-in, istərsə də Agentliyin əlilliyin təyin edilməsindən imtina edilmiş şəxsi əyani müayinəyə cəlb etmək səlahiyyəti qanunvericilikdə təsbit edilməmişdir. ... Məhkəmə tərkibi razılaşır ki, Agentliyin əlilliyi müəyyən edilmiş şəxsləri əyani müayinəyə cəlb etməklə məhdudlaşdırılsa da, bu məsələ ilə bağlı səlahiyyəti müvafiq hüquqi aktlarda təsbit edilmişdir. Başqa sözlə, Agentliyin əlilliyin təyin edilməsindən imtina edilmiş şəxsi əyani müayinəyə cəlb edərək qərar verməsi inzibati aktın etibarsızlığı ilə deyil, qanunsuzluğu (ləğvi) ilə nəticələnə bilər. TSEK-ə münasibətdə isə ümumiyyətlə, şəxsi əyani müayinəyə cəlb etmək səlahiyyəti qanunverici tərəfindən tanınmamışdır. ... F********FEF nömrəli, ##.##.2024-cü il tarixli göndəriş əsasında iddiaçıya əlillik təyin edilməsindən ilk imtina qərarı ##.##.2024-cü il tarixdə qəbul olunsa da, yeni göndəriş və yeni əsaslar yaranmadan TSEK tərəfindən ## ####### 2024-cü il tarixdə ikinci imtina qərarının qəbul edilməsi ilə inzibati icraatın prinsip və tələbləri pozulmuşdur. Beləliklə, müvafiq hüquqi dəyərləndirmə nəticəsində məhkəmə tərkibində belə qənaət formalaşır ki, TSEK-in iddiaçını ##.##.2024-cü il il tarixdə əyani müayinəyə cəlb etməklə qəbul etdiyi ## ####### 2024-cü il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərar səlahiyyəti olmayan inzibati orqan tərəfindən inzibati akt kimi qəbul edilməlidir. Nəzərə almaq lazımdır ki, həmin qərarın qəbul edilməsi ilə TSEK tərəfindən “səlahiyyətlərin hüdudları” (bəzən “səlahiyyətlilik” də adlanır), “səlahiyyətlərin iyerarxiyası” və “qanunçuluq” prinsiplərinin tələbləri pozulmuşdur. ... Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə tərkibi qeyd edir ki, ## ####### 2024-cü il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərar qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılan və heç bir hüquqi nəticə yaratmayan etibarsız inzibati akt kimi qəbul edilməlidir. ... normaların qarşılıqlı təhlili onu deməyə əsas verir ki, şəxsin əlilliyi mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi vasitəsilə TSEK tərəfindən göndərişdə qeyd olunmuş məlumatlar əsasında aparılır. Yekunda isə TSEK tərəfindən əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edilir. ... əlilliyin müəyyən olunmasından imtinaya dair qərar kimi ##.##.2024-cü il tarixli inzibati akt qəbul olunmalıdır. ... Hazırkı inzibati mübahisəyə dair işdə ##.##.2024-cü il tarixli imtina qərarının qəbul edilməsi ilə “Inzibati icraat haqqında” Qanunun aşağıdakı prinsip və tələbləri pozulmuşdur. Birincisi, IIQ-nin 61.3-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, həmin maddənin tələbinə görə, inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Ümumiyyətlə, inzibati aktın əsaslandırması tələbi hüquqi dövlət prinsipindən irəli gəlir, xüsusən publik hakimiyyət səlahiyyətlərini həyata keçirən orqanların fəaliyyətində qanunçuluğa riayət olunmanı təmin etməyə yönəlir. Əsaslandırılmış inzibati akt mövcud olduqda inzibati orqanın işin faktiki hallarını hansı qaydada müəyyən etdiyini, eləcə də həmin hallara hüququ hansı qaydada tətbiq etdiyini müəyyən etmək mümkün olur. Bununla, həm inzibati orqanların hüquqi dövlətin ümumi prinsiplərinə və qanunçuluğa uyğun davranmalarına nail olunur, həm də şəxslərin hüquqi vəziyyətlərində aydınlığı, proqnozlaşdırmanı, xüsusən də hüquqi müdafiənin düzgün və səmərəli həyata keçirilməsini təmin etmək mümkün olur. Qeyd etmək lazımdır ki, IIQ-nin 61.3-cü maddəsində nəzərdə tutulmuş tələb həm də inzibati orqanın qiymətləndirmə azadlığı nəticəsində qəbul etdiyi inzibati aktlara da aiddir. Belə ki, inzibati orqan qiymətləndirmə azadlığından yararlandığı bütün hallarda nəticəyə necə və hansı hallar nəzərə alınmaqla gəldiyini anlaşılan şəkildə izah etməlidir. Yalnız belə bir izah məhkəməyə inzibati orqanın hərəkətinin qəbul edilə bilən olubolmamasını yoxlamağa imkan yaradır. Əgər belə bir əsaslandırma yoxdursa və ya o, anlaşıla bilən deyildirsə, inzibati akt qanuna zidd sayılmalıdır. Iş materiallarında olan ##.##.2024-cü il tarixli qərardan müəyyən olunur ki, diaqnozun öz təsdiqini tapmaması əsası ilə iddiaçıya əlillik təyin edilməsindən imtina edilmişdir. Nəzərə almaq lazımdır ki, inzibati orqanın qiymətləndirmə azadlığı nəticəsində qəbul etdiyi inzibati aktların əsaslandırması “dəqiq və aydın” olmalıdır. Eyni zamanda qeyd olunmalıdır ki, hüquqi müəyyənlik prinsipi də tələb edir ki, inzibati aktlar aydın və anlaşılan olmalıdır. Belə ki, bu prinsipin elementləri IIQ-nin 58-ci maddəsində göstərilmişdir: 58.2. Inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. Inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Ancaq hazırkı halda inzibati orqan tərəfindən imtina qərarı qəbul edilərkən yuxarıda qeyd olunan prinsip və tələblərə əməl edildiyi müəyyən olunmur. Başqa sözlə, imtina qərarı səthi və natamam əsaslandırılmışdır. Məhkəmə tərkibi, xüsusilə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin iddiaya etirazının, eyni zamanda apellyasiya şikayətinin əsasında ## ####### 2024-cü il tarixli imtina qərarı (ikinci imtina) dayanır. Məhkəmə tərkibi həmin qərarın hüquqazidd olmasına dair yuxarıda öz hüquqi mövqeyini ifadə etdi. Nəzərə almaq lazımdır ki, ##.##.2024-cü il tarixli imtina qərarı sanki formal olaraq qəbul edilmişdir. Ancaq burada diqqət edilməli məqam başqadır. Belə ki, bu qəbildən olan işlərin təhlili onu göstərir ki, TSEK, bir qayda olaraq, birinci imtina qərarını “möhkəmləndirmək”, yəni sonradan “əsaslandırmaq” üçün şəxsi əyani müayinəyə cəlb edir. Təbii ki, həmin qərarlar da əyani müayinənin nəticəsində qəbul edildiyindən müqayisədə daha ciddi əsaslandırılmış qərar kimi təqdim olunur. Məhkəmə tərkibi qeyd edir ki, TSEK-in bu formada inzibati icraat aparması qanunverciliyin tələblərinə uyğun hesab edilə bilməz. Ikincisi, inzibati orqan tərəfindən “işin hallarının obyektiv araşdırılması prinsipi”nin (IIQ-nin 24-cü maddəsi) tələblərinə əməl edilməmişdir. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa, eləcə də əlavə sübutlar toplamağa borcludur. Başqa sözlə, bu hal onun xidməti vəzifəsindən irəli gəlir. Əslində bu prinsipin tələblərinin pozulmasını mahiyyət etibarı ilə ##.##.2024-cü il tarixli imtina qərarının əsaslandırılmamasından müəyyən etmək olur. Başqa sözlə desək, TSEK göndərişdə qeyd olunmuş məlumatlara, yəni əsas diaqnoza və ağırlaşmalara səthi yanaşmış, hərtərəfli, tam və obyektiv təhlil aparmamış və formal əsaslarla əlillik təyin edilməsindən imtina etmişdir. ... Beləliklə, məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, ##.##.2024-cü il tarixli imtina qərarı qanunsuz olduğundan ləğv edilməlidir. ... iş materiallarında olan çoxsaylı sübutlar (tibbi sənədlər) iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsinə olan tələb hüququnun mövcudluğunu təsdiq edir. Xüsusi ilə qeyd olunmalıdır ki, məhkəmə tərkibi inzibati məhkəmə icraatı çərçivəsində iddiaçının sağlamlıq imkanlarının pozulması faizinin və əlillik müddətinin dəqiqliklə müəyyən edilməsini, eyni zamanda bu halın xüsusilə, inzibati məhkəmə icraatının predmeti olmasını məqsədəuyğun hesab etmir. Başqa sözlə, məhkəmə tərkibinin hüquqi mövqeyinə görə, belə işlərdə tələb hüququnun mövcudluğu halında məhkəmənin vəzifəsi “əlilliyin müəyyən edilməsi dair inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bitir. Çünki burada söhbət inzibati orqanın daha çox xüsusi biliyə və təcrübəyə malik olduğu hallardan gedir... Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2.1-ci bəndinə əsasən, əlillik yalnız şəxsə qoyulmuş diaqnoz əsasında deyil, həmin diaqnozla müəyyən edilən xəstəliyin insanın həyat fəaliyyəti üzrə müəyyən edilmiş 7 əsas kateqoriyadan biri və ya bir neçəsi üzrə hansı dərəcədə məhdudlaşma yaratması ilə müəyyən edilir. Bu meyarlara uyğun olaraq, İ, II və III dərəcəli məhdudlaşmalar müvafiq olaraq 31–60%, 61–80% və 81–100% aralığında funksional pozuntu faizi ilə ifadə olunmaqla əlilliyin təyin edilməsinə əsas verir. Bundan başqa Tibbi- Sosial Ekspert Komissiyası yalnız tibbi meyarlar əsasında deyil, həm də sosial meyarlar baxımından qiymətləndirmə apararaq funksional pozuntu faizini müəyyən edir. Başqa sözlə, həmin faizin müəyyən edilməsi zamanı xəstəliyin şəxsin həyat fəaliyyəti funksiyalarının pozulmasına necə təsir etməsi baxımından qiymətləndirmə aparılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə tərkibi hesab edir ki, inzibati məhkəmə icraatı çərçivəsində xüsusi dəqiqliklə şəxsin sağlamlıq imkanlarının pozulması faizinin və əlillik müddətinin müəyyən edilməsi hakimiyyətlərin bölünməsi prinsipinə əsasən məhkəmənin vəzifəsi deyil. Eyni zamanda məhkəmə tərkibi hesab edir ki, şəxsin sağlamlıq imkanlarının pozulmasının faizinin və əlilliyin müddətinin məhkəmə tərəfindən müəyyən edilməsi məqsədəuyğunluğun aradan qalxması ilə nəticələnə bilər. Belə ki, məqsədəuyğunluq prinsipi tələb edir ki, normativ hüquqi aktlara əsasən, inzibati orqanlar onlara həvalə edilmiş inzibati funksiyanın həyata keçirilməsi zamanı ictimai və dövlət mənafeyinin təmin edilməsi üçün ən doğru qərarı qəbul etsin. Başqa sözlə, məqsədəuyğunluq prinsipi hazırkı halda onu ifadə edir ki, qanunvericiliklə inzibati orqana tanınan qiymətləndirmə azadlığının həyata keçirilməsi zamanı müəyyən olunmalı spesifik hallar, bir qayda olaraq, məhkəmə tərəfindən inzibati məhkəmə icraatı qaydasında qiymətləndirmə aparılaraq müəyyən olunmamalıdır. Digər qiymətləndirilməli məsələ əlilliyin hansı tarixdən təyin edilməsi ilə bağlıdır. Belə ki, iş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2017-ci il tarixli *** nömrəli qərarından, eyni zamanda digər mötəbər sübutlardan müəyyən olunur ki, iddiaçının əlilliyinin yaranma səbəbi xüsusidir. Başqa sözlə, iddiaçının əlilliyi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar yaranmışdır. 14.Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a) kassasiya şikayətinin dəlilləri:

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən faktiki olaraq yalnız ekspert rəyinə əsaslanaraq öz mülahizəsinə uyğun şəkildə və işi lazımi qaydada araşdırmayaraq vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Halbuki iddiaçıda sözügedən diaqnoz aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi, eləcə də apellyasiya məhkəməsi işi yetərincə araşdırmayaraq, zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən iddianın təmin edilməsi qənaətinə gəlmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

16.“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

17.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.

18.Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

19.Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 20.Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

21. Məhkəmə kollegiyası iş materiallarını, tətbiq edilmiş maddi və prosessual hüquq normalarını, habelə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələrin hüquqi və faktiki əsaslarını kompleks şəkildə qiymətləndirərək belə qənaətə gəlir ki, mübahisələndirilən məhkəmə aktının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Bununla belə, kassasiya yoxlaması çərçivəsində kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin yekun nəticəsi qanuni və əsaslı olsa da, həmin nəticəyə gəlinməsi zamanı hüquqi qiymətləndirmənin bəzi aspektləri, hüquq normalarının təfsiri və tətbiqinin ayrı-ayrı nüansları üzrə məhkəmənin əsaslandırması ilə tam razılaşmaq mümkün deyildir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni mahiyyət etibarilə düzgün hesab etsə də, hüquqi əsaslandırmanın müəyyən hissələrinin dəqiqləşdirilməsini və kassasiya instansiyasının hüquqi mövqeyinə uyğun şəkildə şərh edilməsini zəruri sayır. 22.Ilkin olaraq apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “...TSEK-in iddiaçını ##.##.2024-cü il tarixdə əyani müayinəyə cəlb etməyə səlahiyyətli olmasına dair məhkəmə araşdırması zamanı hər hansı bir hüquqi akt müəyyən edilməmişdir. Maraqlı şəxsi (vətəndaşı) əyani müayinəyə cəlb etməyə səlahiyyətli orqan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Başqa sözlə, belə səlahiyyət tibbi-sosial ekspert komissiyalarına (TSEK-ə) deyil, subordinasiya baxımından yuxarı inzibati orqan olan Agentliyə məxsusdur. Digər tərəfdən nəzərə almaq lazımdır ki, Agentlik və TSEK eyni orqan kimi qiymətləndirilə bilməz. Belə ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (Agentlik) tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən həyata keçirilir. Eyni zamanda, “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən, əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir (3.4cü bəndd). Əlilliyin qiymətləndirilməsi barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır (3.5-ci bənd). Xüsusi ilə o da qeyd edilməlidir ki, Agentlik əlilliyin təyin edilməsindən imtina edilmiş şəxsləri deyil, məhz əlilliyi müəyyən edilmiş şəxsləri onların müraciətləri əsasında, habelə əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında inzibati icraat aparmaqla əyani müayinəyə cəlb edə bilər. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il ## #### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və X8”nin 3.2.4-cü bəndinə əsasən, tibbi-sosial ekspert komissiyalarının qərarlarından narazı olan vətəndaşların müraciəti əsasında, habelə əlilliyin qiymətləndirilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar olduqda, əlilliyi müəyyən edilmiş şəxsləri əyani müayinəyə cəlb etmək Agentliyin hüquqları sırasındadır. Yuxarıda qeyd edilənlərin qarşılıqlı təhlili onu deməyə əsas verir ki, istər TSEK-in, istərsə də Agentliyin əlilliyin təyin edilməsindən imtina edilmiş şəxsi əyani müayinəyə cəlb etmək səlahiyyəti qanunvercilikdə təsbit edilməmişdir.” 23.Bununla əlaqədar məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisənin hüquqi qiymətləndirilməsi zamanı “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun inzibati icraatın əsas prinsiplərini müəyyən edən müddəalarının tətbiqi lazımi səviyyədə nəzərə alınmamışdır. Belə ki, həmin Qanunun 24-cü maddəsinin tələblərinə əsasən inzibati orqan inzibati icraat çərçivəsində işin düzgün və qanuni həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv şəkildə araşdırmağa borcludur. Qanunverici tərəfindən müəyyən edilmiş bu prinsip inzibati orqanın yalnız tərəflərin təqdim etdiyi məlumat və sübutlarla kifayətlənməməsini, zərurət yarandıqda isə öz təşəbbüsü ilə əlavə araşdırma aparmasını və əlavə sübutlar toplamasını imperativ vəzifə kimi müəyyən edir. Eyni zamanda, inzibati orqan maraqlı şəxsin xeyrinə ola biləcək halların araşdırılmasından imtina edə bilməz və işin faktiki hallarının müəyyən edilməsi inzibati orqanın xidməti vəzifəsindən irəli gələn aktiv davranış öhdəliyini təşkil edir. 24.Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi əlilliyin müəyyən olunması ilə bağlı hüquqi tənzimləməni şərh edərkən əyani müayinənin keçirilməsi məsələsini yalnız aidiyyəti Agentliyin müstəsna səlahiyyəti kimi qiymətləndirmiş və bu səbəbdən TSEK tərəfindən şəxsin əyani müayinəyə cəlb edilməsini normativ əsasdan kənar hal kimi dəyərləndirməyə çalışmışdır. Halbuki, inzibati icraatın mahiyyəti və xüsusilə “obyektiv araşdırma” prinsipi nəzərə alındıqda, şəxsin sağlamlıq vəziyyətinin, funksional məhdudiyyətlərinin və tibbi göstəricilərinin bilavasitə müəyyən edilməsi məqsədilə TSEK tərəfindən əyani müayinəyə cəlb olunması inzibati orqanın işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmaq vəzifəsinin həyata keçirilməsi kimi qiymətləndirilə bilər. 25.Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, TSEK tərəfindən şəxsin əyani müayinəyə cəlb olunması özü-özlüyündə qanunvericiliyin tələblərinin pozulması kimi deyil, inzibati orqanın işin hallarını tam müəyyən etmək məqsədilə həyata keçirdiyi prosessual fəaliyyət elementi kimi qiymətləndirilməlidir. Inzibati orqanın bu səlahiyyəti “Inzibati Icraat haqqında” Qanundan irəli gəlir. Əlillik təyini ilə bağlı inzibati icraatı tənzimləyən qaydalar yalnız TSEK-in fəaliyyətini tənizmləyən aktlardan ibarət deyil, həm də “Inzibati Icraat haqqında” Qanundan ibarətdir. 26.Digər tərəfdən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən TSEK-in ##.##.2024-cü il tarixli qərarının qanuniliyinin və hüquqi etibarlılığının ayrıca qaydada qiymətləndirilməsinə mövcud mübahisənin həlli baxımından zərurət olmamışdır. Belə ki, kassasiya instansiyası məhkəməsi tərəfindən məhkəmələrə təqdim olunmuş sonuncu icmal məktubda da hüquqi mövqe ondan ibarət olmuşdur ki, məhkəmə baxışının predmeti sonuncu göndəriş əsasında qəbul edilmiş sonuncu imtina qərarı olduqda əlillik də məhz həmin imtina qərarının verildiyi tarixdən təyin edilməlidir. Bəzi hallarda isə sonuncu imtina qərarından sonra iddiaçının təkrar əyani müayinəsi aparılır və yenidən imtina barədə nəticəyə gəlinməklə müvafiq qərar qəbul edilir. Belə hallar mövcud olduqda əlillik təkrar müayinə tarixindən və ya həmin müayinənin nəticəsinin rəsmiləşdirildiyi qərarın tarixindən müəyyən oluna bilməz, əlillik yenə də sonuncu göndəriş əsasında verilmiş sonuncu imtina qərarının tarixindən təyin edilməlidir. Qeyd olunanlara əsasən hazırkı iş üzrə məhkəmə nəzarətinin predmetini iddiaçı barəsində göndəriş əsasında qəbul edilmiş ##.##.2024-cü il tarixli imtina qərarının qanuniliyi təşkil etmişdir. 27.Bu səbəbdən kollegiya belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qeyd olunan xüsusatlar üzrə TSEK-in ##.##.2024-cü il tarixli qərarının qanuniliyinə və etibarlılığına dair hüquqi mülahizələr irəli sürməsinə obyektiv prosessual zərurət olmamışdır. Göstərilənlər nəzərə alınmaqla, hazırkı məhkəmə baxışının predmetini yalnız ##.##.2024-cü il tarixli imtina qərarı təşkil etdiyindən, apellyasiya instansiyası məhkəməsinin həmin qərardan sonrakı inzibati aktla bağlı əlavə əsaslandırma aparmasına ehtiyac duyulmur. 28.Apellyasiya instansiyası məhkəməsinin digər bir mövqeyinə əsasən, “məhkəmə inzibati məhkəmə icraatı çərçivəsində iddiaçının sağlamlıq imkanlarının pozulması faizinin və əlillik müddətinin dəqiqliklə müəyyən edilməsini, eyni zamanda bu halın xüsusilə, inzibati məhkəmə icraatının predmeti olmasını məqsədəuyğun hesab etmir. Başqa sözlə, məhkəmə tərkibinin hüquqi mövqeyinə görə, belə işlərdə tələb hüququnun mövcudluğu halında məhkəmənin vəzifəsi “əlilliyin müəyyən edilməsi dair inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bitir. Çünki burada söhbət inzibati orqanın daha çox xüsusi biliyə və təcrübəyə malik olduğu hallardan gedir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”nın 2.1-ci bəndinə əsasən, əlillik yalnız şəxsə qoyulmuş diaqnoz əsasında deyil, həmin diaqnozla müəyyən edilən xəstəliyin insanın həyat fəaliyyəti üzrə müəyyən edilmiş 7 əsas kateqoriyadan biri və ya bir neçəsi üzrə hansı dərəcədə məhdudlaşma yaratması ilə müəyyən edilir. Bu meyarlara uyğun olaraq, İ, II və III dərəcəli məhdudlaşmalar müvafiq olaraq 31–60%, 61–80% və 81–100% aralığında funksional pozuntu faizi ilə ifadə olunmaqla əlilliyin təyin edilməsinə əsas verir. Nəzərə almaq lazımdır ki, Tibbi-Sosial Ekspert Komissiyası yalnız tibbi meyarlar əsasında deyil, həm də sosial meyarlar baxımından qiymətləndirmə apararaq funksional pozuntu faizini müəyyən edir. Başqa sözlə, həmin faizin müəyyən edilməsi zamanı xəstəliyin şəxsin həyat fəaliyyəti funksiyalarının pozulmasına necə təsir etməsi baxımından qiymətləndirmə aparılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə tərkibi hesab edir ki, inzibati məhkəmə icraatı çərçivəsində xüsusi dəqiqliklə şəxsin sağlamlıq imkanlarının pozulması faizinin və əlillik müddətinin müəyyən edilməsi hakimiyyətlərin bölünməsi prinsipinə əsasən məhkəmənin vəzifəsi deyil. Eyni zamanda məhkəmə tərkibi hesab edir ki, şəxsin sağlamlıq imkanlarının pozulmasının faizinin və əlilliyin müddətinin məhkəmə tərəfindən müəyyən edilməsi məqsədəuyğunluğun aradan qalxması ilə nəticələnə bilər. Belə ki, məqsədəuyğunluq prinsipi tələb edir ki, normativ hüquqi aktlara əsasən, inzibati orqanlar onlara həvalə edilmiş inzibati funksiyanın həyata keçirilməsi zamanı ictimai və dövlət mənafeyinin təmin edilməsi üçün ən doğru qərarı qəbul etsin. Başqa sözlə, məqsədəuyğunluq prinsipi hazırkı halda onu ifadə edir ki, qanunvericiliklə inzibati orqana tanınan qiymətləndirmə azadlığının həyata keçirilməsi zamanı müəyyən olunmalı spesifik hallar, bir qayda olaraq, məhkəmə tərəfindən inzibati məhkəmə icraatı qaydasında qiymətləndirmə aparılaraq müəyyən olunmamalıdır.” 29.Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, “Inzibati icraat haqqında” Qanunda istifadə edilən anlayışların, o cümlədən “diskresion səlahiyyət” anlayışının mahiyyətini açıqlayan 2-ci maddəsində diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi kimi təsbit edilmişdir. 30.Eyni zamanda, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 1.0.25-ci maddəsində diskresion səlahiyyətlərə orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlər kimi leqal definisiya verilmişdir. 31.Hazırkı iş üzrə cavabdeh inzibati orqan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin orqanizminin funksiyalarının pozulması faizini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək, tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyi müəyyən olunan şəxslərin X5 tərtib etmək və onun icrasına nəzarət etmək Agentliyin vəzifələri kimi müəyyənləşdirilmişdir. 32.Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Agentliyin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 33.Əlillik “HYPERLINK "https://e-qanun.az/framework/49623" \l ":~:text=t%C9%99sdiq%20edilmi%C5%9Fdir.- ,%C6%8Flilliyin%20m%C3%BC%C9%99yy%C9%99n%20olunmas%C4%B1%20meyar lar%C4%B1,-1.%20%C3%9Cmumi%20m%C3%BCdd%C9%99alar"\o "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı"Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və HYPERLINK "https://eqanun.az/framework/44232" \l "%C9%99lav%C9%99"“Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 34.“Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri tək-tək sadalanmaqla, uyğun XBT kodu və müqabilində təyin edilməli olan orqanizmin funksiyalarının pozulması faizi və müddəti göstərilmişdir. 35.Bundan çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, əlilliyin müəyyən edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklər, zədələr və çatışmazlıqlar aşkar edildikdə, Agentlik onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərinə uyğun əlilliyin dərəcəsini və müddətinin müəyyən edilməsi barədə qərar qəbul etməyə borcludur. Yəni əlilliyin müəyyən olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. 36.Digər tərəfdən, əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələlərin Agentliyin müstəsna səlahiyyəti kimi səciyyələndirilməsi bu fəaliyyətin həyata keçirilməsinə inzibati məhkəmə nəzarətini istisna etmir. Belə ki, inzibati orqanların bütün akt və hərəkətlərinin məhkəmə nəzarətinə açıq olması hüquqi dövlətin məcburi şərtidir. 37.Dolayısı ilə, bu sahədə məhkəmə nəzarətinin həyata keçirilməsi inzibati orqanın səlahiyyətlərinə müdaxilə edilməsi və ya mənimsənilməsi anlamında təfsir edilməməlidir. 38.Xüsusilə vurğulanmalıdır ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə tərəfindən inzibati orqanın əvəzinə qərar qəbul olunmur, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyulur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir. 39.Nəzərə alınmalıdır ki, qanunvericilikdə əlillik təyin etməklə bağlı səlahiyyət “qapalı səlahiyyət” kimi müəyyən olunmuşdur. Buna görə də, şəxsdə “Əlilliyin müəyyən edilməsi meyarları”na Əlavədə konkret sadalanan və qiymətləndirmə meyarlarına cavab verən xəstəliklər, zədələr və ya çatışmazlıqların mövcudluğu təsdiq olunursa, inzibati orqanın həmin şəxsə əlillik təyin etmək öhdəliyi yaranır. 40.Xəstəlik, zədə və ya çatışmazlığın şəxsdə mövcud olub-olmadığının müəyyənləşdirilməsi isə “qiymətləndirmə azadlığı” çərçivəsində inzibati orqan tərəfindən həll edilməli məsələdir. Yəni, məhz inzibati orqan özünün malik olduğu qiymətləndirmə mülahizəsi əsasında şəxsdə əlillik təyininə əsas verən xəstəlik, zədə və ya çatışmazlığın olub-olmadığını həll edir. Məhkəmələr işə baxarkən inzibati orqanın “qiymətləndirmə azadlığı”ndan düzgün istifadə edib-etmədiyini yoxlayırlar. “Qiymətləndirə azadlığı”nın məhkəmə qaydasında yoxlanılmasının hədləri məhdud olsa da, belə yoxlama yolveriləndir. Bu zaman, orqanın ilk növbədə, müvafiq nəticəyə gələrkən hər hansı əsaslara və hallara istinad edib-etmədiyinə baxılır, eləcə də istinadların nəticəyə gəlmək üçün mötəbər və yetərli olub-olmadığına qiymət verilir. 41.Əgər ekspertiza rəyi, poliklinika tərəfindən verilmiş göndəriş və işdə olan mötəbər digər tibbi sənədlərin məcmu halda qiymətləndirilməsi zamanı şəxsdə əlillik təyininə əsas verən xəstəlik, zədə və ya çatışmazlığın olduğu müəyyən olunarsa, o halda, “qiymətləndirmə azadlığı” hüququndan düzgün istifadə olunmadığı vəziyyəti yaranır. Ona görə də, inzibati orqanın üzərinə əlillik təyin etmək öhdəliyi qoyulur. Çünki “qapalı səlahiyyət” onu tələb edir ki, dispozisiya şərtləri mövcud olduqda orqan qanunda müəyyən olunmuş konkret qərarı qəbul etməlidir. Əlilliklə bağlı işlərə münasibətdə şəxsdə qanunvericilikdə təsbit olunmuş xəstəlik, zədə və ya çatışmazlığın mövcudluğu təsdiq olunursa, inzibati orqan ona əlillik təyin etmək vəzifəsi daşıyır. 42.Təsadüfi deyildir ki, kassasiya instansiyası məhkəməsi tərəfindən məhkəmələrə təqdim olunmuş sonuncu icmal məktubda da qeyd olunmuşdur ki, işin halları əlilliyin müəyyən edilməsi üçün yetərli olduqda qəbul ediləcək qərarda “Əlilliyin müəyyən olunması Meyarları”na Əlavədə təsbit olunmuş hər bir xəstəliyin qiymətləndirmə göstəriciləri üzrə orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti konkret göstərilməlidir. 43.Bu baxımdan Kollegiya hesab edir ki, iddiaçıda Baş-beynin üzvi xəstələyi (İ Qarabağ müharibəsi) nəticəsində İ şəxsiyyət dəyişikliyi kobud davranış pozuntuları, koqnitiv funksiyaların zəifləməsi. MMSE-24” F07.0, F07.8, F06.7 diaqnozları və həmin diaqnozların ağırlaşdırıcı hallarının mövcudluğu tibbi sənədlərdə, eyni zamanda müvafiq sonuncu göndərişdə də təsdiqini tapdığından və “Əlilliyin müəyyən olunması meyarları”nın 7.7.1.2 bəndinə uyğun olaraq iddiaçıya əlillik təyinatı üçün əsas verdiyindən cavabdeh orqan tərəfindən iddiaçıya əlillik təyinatı məhz adı çəkilən diaqnozların ağırlaşdırıcı halları nəzərə alınmaqla təyin olunmalıdır. 44.Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yekun nəticəsinin mahiyyət etibarilə qanuni və əsaslı olduğu qənaətinə gəldiyindən məhkəmə aktının dəyişdirilməsini və ya ləğv edilməsini zəruri hesab etmir. 45.Odur ki, qeyd olunanları nəzərə alaraq kollegiya xatırladır ki, Inzibati Prosessual Məcəllənin 96.7-ci maddəsinə əsasən mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Beləliklə, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 46.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI:

Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar