Məhkəmə qərarları › İş №2-1(1-8)-1189/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-1189/2026

15.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-1189/2026 15.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sosial yardımın bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “sosial yardımın bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli # ###### 2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. Iddiaçıya “Ünvanlı yardım” (VEMTAS) altsisteminə daxil etdiyi ##.##.2023-cü il tarixli *************** nömrəli müraciəti əsasında ##.##.2023-cü il tarixindən 485,45 manat məbləğində ünvanlı dövlət sosial yardım təyin edilmiş, həmin ünvanlı sosial yardımın verilməsi ##.##.2023-cü il tarixdən dayandırılmışdır. 2.Iddiaçı sosial yardımın bərpa edilməsi barədə cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən həmin müraciətdən imtina edilərək bildirilmişdir ki, ##.##.2023-cü il tarixli *************** nömrəli müraciətiniz əsasında ##.##.2023-cü il tarixdən ailənizə təyin olunmuş aylıq 485,45 manat məbləğində sosial yardımın verilməsi ailənin istifadəsində nəqliyyat vasitəsinin olduğuna görə ##.##.2023-cü il tarixdən dayandırılmışdır. Buna görə də, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 10.4cü maddəsinə əsasən ailənizin sosial yardım almaq hüququ 1 il müddətinə məhdudlaşdırılmışdır.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a) birinci instansiya məhkəməsində icraat 3.Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adına ünvanlı sosial yardımın verilməsinə qoyulan qadağanın ləğv olunması, ödənilməyən ayların bərpa edilməsi və yenidən sosial yardımın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 4.Iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun ailə vəziyyətini nəzərə alaraq, onun ##.##.2023-cü il tarixli *************** nömrəli müraciəti əsasında ##.##.2023-cü il tarixdən ona verilən 485.45 manat məbləğinin kəsilən son 2 ayını və qadağa qoyulan ##.##.2024-cü ildən ##.##.2024-cü ilə qədər olan sosial müavinətin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 5.Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. 6.Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı qızı sosial yardımın qanunsuz yerə kəsildiyinə görə ona köməklik edilməsini xahiş etmişdir. Onun adına maşın olmadığı halda ondan xəbərsiz adına birtərəfli etibarnamə verilib. Bundan xəbəri olmayıb və 10 ay sosial yardım aldığı halda qəfildən yardım dayanmışdır. Səbəbini araşdırmış və öyrənmişdir ki, adına xəbəri olmadan etibarnamə verilib. 1 il müddətinə sosial yardım almasına qadağa qoyulub. Etibarnaməni ləğv elətdirmiş, yenidən müraciət etmişdir. Lakin qadağa olduğu üçün imtina cavabı gəlmişdir. Əmək və Əhalinin Sosial Müdafiə Nazirinə yenidən ərizə ilə qadağanın ləğv olunması ilə bağlı müraciət etmiş, lakin sosial ödənişlər departamentinin müdiri tərəfindən imtina cavab məktubu gəlmişdir. O, 1-ci qrup əlildir, onkoloji xəstədir, sağ ayağı bud nahiyyəsindən amputasiya olunub, maşın sürmək bacarığı yoxdur. Həmçinin qızı X1 1-ci qrup əlildir, serebral iflic və epilepsiya xəstəsidir. Həm onun, həm də qızının müayinə və müalicələri üçün bu yardıma onların çox ehtiyacları vardır. Onların ailəsinin 100 faiz sosial yardım almaq hüququ var. Onların ailəsinə 100 faiz sosial yardım düşdüyü halda cavabdeh tərəfindən haqsızlığa uğramışlar. 7.Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarı ilə (hakim A.Əhədova) iddia tələbi təmin edilmiş, iddiaçı İddiaçı ##.##.2023-cü il tarixli *************** nömrəli müraciəti əsasında ##.##.2023-cü il tarixdən ona verilən 485,45 manat məbləğinin dayandırıldığı ##.##.2023-cü il tarixdən (kəsilən son 2 ayı üçün) bərpa edilməsi və qadağa qoyulan ##.##.2024-cü ildən ##.##.2024-cü ilə qədər olan sosial müavinətin ödənilməsi vəzifəsi cavabdeh Cavabdeh həvalə edilmişdir. 8.Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, cavabdeh orqan ##.##.2023-cü il tarixdən təyin etdiyi sosial yardımın ##.##.2023- cü il tarixdə ödənilməsini dayandırarkən iddiaçıya 10 ay ərzində aldığı sosial yardımın dayandırılmasına əsas olan halı inzibati icraat üzrə araşdırmamış, iddiaçını icraata cəlb etməmiş, işin faktiki və hüquqi əsaslarına qiymət verməmişdir. Halbuki, IIQ-nun 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Iddiaçı məhkəmədə, eləcə də inzibati orqana verdiyi izahatlarda sözügedən etibarnamənin adına olsa da, etibarnamə üzrə nəqliyyat vasitəsindən istifadəni həyata keçirmədiyi, atası tərəfindən yanlışlıqla verilmiş etibarnaməni ona məlum olduqdan sonra ləğv edildiyini əsas gətirsə də, inzibati orqan iddiaçının iddia etdiyi əsasları icraat gedişində yoxlamamışdır. Yalnız sistem üzrə iddiaçının adına etibarnamənin olduğunu əsas götürüb, ##.##.2023-cü il tarixli 4.4-cü bəndlə verilmiş səlahiyyətindən çıxış edərək birbaşa sosial yardımın verilməsini dayandırmışdır. Halbuki, ünvanlı sosial yardımın məqsədi aztəminatlı ailələrə yadım etmək, inzibati orqanın da nəzarəti bu baxımdan büdcə hesabına veriləcək sosial yardımın obyektiv və düzgün olaraq aztəminatlı ailələrə verilməsinə nail olmaqdır. 9.Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, # ###### 2026-cı il tarixli qərarı ilə (hakimlər: P.Hüseynov /sədrlik edən və məruzəçi/, R.Səmədov və İ.Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. 12.Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI a) kassasiya şikayətinin dəlilləri:

13. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, İddiaçı "Ünvanlı yardım" (VEMTAS) altsisteminə daxil etdiyi ##.##.2023-cü il tarixli *************** nömrəli müraciəti əsasında ona ##.##.2023-cü il tarixindən 485,45 manat məbləğində ünvanlı dövlət sosial yardım təyin edilmişdir. Daha sonra elektron sistem vasitəsilə inteqrasiya olunmuş məlumatlar əsasında İddiaçı istifadəsində nəqliyyat vasitəsi olduğuna görə ##.##.2023cü il tarixindən etibarən ona təyin edilmiş ünvanlı dövlət sosial yardımın verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il # ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi" Qaydalarının 4.3 və 4.4-cü bəndlərinin tələblərinə əsasən dayandırılmışdır. Belə ki, iddiaçı müraciəti, həmçinin ünvanlı dövlət sosial yardım alan zaman ərizə-bəyannamədə istifadəsində hər hansı nəqliyyat vasitəsinin olması barədə məlumatları göstərməmiş, bu barədə cavabdeh orqana məlumat verməmişdir. Iş materiallarından da göründüyü kimi, iddiaçının ##.##.2023-cü il tarixindən istifadəsində nəqliyyat vasitəsinin olması öz təsdiqini tapmış, lakin birinci instansiyası məhkəməsi bununla bağlı Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinin tələblərini pozaraq proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olmasına baxmayaraq, prosessual pozuntuya yol vermiş, dövlət orqanlarından verilmiş cavab məktublarını nəzərə almadan, həmçinin müvafiq sorğular verərək işin obyektiv həlli üçün lazım olan məlumatları əldə etmədən qərar qəbul etmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ 14.“Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunu: 6.1. Sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. 6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

8. Sosial yardımın təyin olunması müddəti 8.1. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. 8.2 Aztəminatlı ailə sosial yardım almaq üçün təkrar müraciət etmək hüququna malikdir. Maddə 10. Sosial yardım almaq hüququna yenidən baxılması 10.1. Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. 10.2. Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. 10.3. Bu Qanunun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. 10.4. Ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. 15.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il # ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş «Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları»: 4.1. Sosial yardım ayda bir dəfə aztəminatlı ailənin təmsilçisinin adına olan kart hesabına mərkəzləşdirilmiş şəkildə tam məbləğdə və nağdsız qaydada ödənilir. 4.2. Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. 4.3. Aşağıdakı məlumatlar istisna olmaqla sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə elektron formada VEMTAS-a 15 (on beş) iş günü müddətində məlumat verməlidir: 4.3.1. Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və sosial müavinətlərin, həmçinin vahid aylıq müavinətin məbləğinin artırılması barədə məlumatlar; 4.3.2. əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması və əmək pensiyalarının indeksləşdirilməsi barədə məlumatlar; 4.3.3. seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar; 4.3.4. əmək müqaviləsi barədə məlumatlar; 4.3.5. sahibkarlıq fəaliyyəti, o cümlədən sadələşdirilmiş vergi ödəyicisi olması barədə məlumatlar; 4.3.6. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olması barədə məlumatlar. 4.4. Bu Qaydaların 4.3-cü bəndində göstərilən sosial yardımın dayandırılmasına və məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallardan biri baş verdikdə (4.3.1-4.3.3cü yarımbəndlərdə qeyd olunan məlumatlar istisna olmaqla) VEMTAS tərəfindən sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna 15 (on beş) iş günü müddətində yenidən baxılır. 16.Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI 17.Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 18.Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI 19.Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində və bunun üzərindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində qismən səhvə yol verilmişdir. Bu səbəbdən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı “qadağa qoyulan ##.##.2024-cü ildən ##.##.2024-cü ilə qədər olan sosial müavinətin iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh quruma həvalə edilməsi” hissəsində maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, qərar həmin hissədə ləğv edilməli və həmin hissədə iddia qeyri-mümkün sayılmalı, qalan hissədə isə qərar maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edildiyindən dəyişdirilmədən saxlanılmalıdır.

20. Belə ki, işin faktiki hallarına görə, iddiaçıya ünvanlı dövlət sosial yardım ##.##.2023-cü il tarixindən təyin edilmiş, nəqliyyat vasitəsindən istifadə hüququna dair etibarnamə isə yalnız ##.##.2023-cü il tarixdə verilmişdir. Bu səbəbdən sosial yardımın təyin edildiyi zaman iddiaçı tərəfindən düzgün olmayan və ya natamam məlumat verilməsi halı müəyyən edilməmişdir. 21.Bununla yanaşı, cavabdeh sosial yardımın dayandırılması zamanı inzibati icraatın tələblərinə əməl etməmiş, iddiaçını araşdırmaya cəlb etməmiş, onun izahatını almamış, etibarnamənin mövcudluğunun faktiki olaraq nəqliyyat vasitəsindən istifadəni ifadə edib-etmədiyini araşdırmamış və işin mühüm hallarını tam müəyyən etməmişdir. Beləliklə, sosial yardımın dayandırılması barədə qərar hərtərəfli və obyektiv inzibati araşdırma aparılmadan qəbul edilmişdir. 22.Bu səbəbdən də məhkəmə kollegiyası apellyasiya məhkəməsinin “iddiaçı İddiaçı ##.##.2023-cü il tarixli *************** nömrəli müraciəti əsasında ##.##.2023-cü il tarixdən ona verilən 485,45 manat məbləğinin dayandırıldığı ##.##.2023-cü il tarixdən (kəsilən son 2 ayı üçün) bərpa edilməsi öhdəliyinin cavabdeh quruma həvalə edilməsi” barədə gəldiyi nəticə ilə razılaşır. Kollegiya hesab edir ki, həmin hissədə qərar qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. 23.Lakin kollegiya qeyd etməyi zəruri hesab edir ki, növbəti bir il üçün - 2024-cü il üzrə ünvanlı sosial yardım almaq hüququndan iddiaçının məhrum edilməsinin qanunsuz sayılması və həmin bir il üzrə sosial müavinətin verilməli olması ilə bağlı işə baxmış məhkəmələrin gəldiyi nəticə düzgün olmamışdır. 24.Belə ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 8.2-ci maddəsinə müvafiq olaraq, aztəminatlı ailə sosial yardım almaq üçün təkrar müraciət etmək hüququna malikdir. 25.Həmin Qanunun 10.3-cü maddəsinə əsasən bu Qanunun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. 26.Həmin Qanunun 10.4-cü maddəsinə əsasən ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. 27.Kollegiya qeyd edir ki, nə qədər ki, hazırkı işdə iddiaçının cavabdeh quruma sosial yardımla bağlı müraciət etdiyi zaman düzgün olmayan və ya natamam məlumat verməsi faktı təsdiqini tapmır, o zaman Qanunun 10.4-cü maddəsinin ona tətbiqi düzgün olmamışdır. Lakin bu normanın cavabdeh qurum tərəfindən düzgün tətbiq edilməməsi Qanunun digər normasının tətbiqini, yəni ailənin sosial yardımın alınması ilə bağlı yenidən müraciət etməsi və həmin müraciət əsasında onun təqdim etdiyi məlumatlar üzərindən sosial yardımı almaq hüququnun olub-olmadığının yenidən cavabdeh qurum tərəfindən yoxlanılması imkanını məhdudlaşdırmamalıdır.

28. Buna baxmayaraq işə baxmış məhkəmələr iddiaçının ##.##.2023-cü il tarixdən ona verilən 485,45 manat məbləğinin dayandırıldığı ##.##.2023-cü il tarixdən (kəsilən son 2 ayı üçün) bərpa edilməsini tələb etmək hüququnun olduğuna əsaslanaraq, onun növbəti “qadağa qoyulan ##.##.2024-cü ildən ##.##.2024-cü ilə qədər olan sosial müavinətin ödənilməsi” barədə tələbinin də əsaslı olduğu qənaətinə gəlmişlər. Halbuki iddiaçının ikinci tələbi onun birinci tələbinin təmin edilməsindən asılı deyil, yəni iddiaçının ##.##.2024-cü ildən ##.##.2024-cü ilə qədər olan sosial müavinətin ödənilməsi ilə bağlı tələbi onun birinci tələbinin təmin edilməsinə bağlı deyil. 29.Nəzərə alınmalıdır ki, bu qərarın 14 və 15-ci bəndlərində qeyd olunan qanunvericilik normalarının tələblərinə görə ailənin sosial yardım almaq hüququna yenidən baxıla və ona təqdim etdiyi məlumatlar əsasında sosial yardım təkrar təyin oluna bilər. Lakin bu təkrar təyin olunma qənaətinə gəlmək üçün cavabdeh qurum adı çəkilən Qanunun tələblərinə əsasən müvafiq yoxlamanı aparmaq səlahiyyətinə malikdir. Məhz həmin səlahiyyətindən istifadə etməklə cavabdeh qurum apardığı yoxlama və qiymətləndirmənin nəticəsi olaraq şəxsə təkrar sosial yardımı təyin edə və ya bundan imtina edə bilər. Hər bir halda qeyd olunan qərarların qəbul edilməsində cavabdeh qurum müstəqildir. 30.Belə olan halda hazırkı işə münasibətdə iddiaçının ##.##.2023-cü il tarixdən (kəsilən son 2 ayı üçün) sosial müavinəti bərpa edildikdən sonra onun növbəti il üçün yenidən sosial yardımın alınması ilə bağlı müraciət etmək hüququ qanunla tanınmaqla yanaşı, onun həmin müraciəti və təqdim etdiyi məlumatlar üzərindən cavabdeh qurumun da müvafiq yoxlamanı və qiymətləndirməni aparmaq hüququ saxlanılır. Belə yoxlama aparılmadan apelyasiya məhkəməsinin birbaşa olaraq “iddiaçıya ##.##.2024-cü ildən ##.##.2024-cü ilə qədər olan sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdeh quruma həvalə edilməsi” ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə apelyasiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. 31.Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, mübahisələndirilən məhkəmə qərarı qismən, “qadağa qoyulan ##.##.2024-cü ildən ##.##.2024-cü ilə qədər olan sosial müavinətin ödənilməsi vəzifəsinin cavabdeh Cavabdeh həvalə edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iddia mümkün sayılmamalı, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. 32.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli # ###### 2026-cı il tarixli qərarı qismən “qadağa qoyulan ##.##.2024-cü ildən ##.##.2024-cü ilə qədər olan sosial müavinətin ödənilməsi vəzifəsinin cavabdeh Cavabdeh həvalə edilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə iddia mümkün sayılmasın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar