Məhkəmə qərarları › İş №2-1(1-8)-123/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-123/2026

18.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-123/2026 18.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xxxx xxxx cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: arayışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, xxxx xxxx cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. ##.##.2003-cü il tarixli torpaqdan daimi istifadə hüququnun alqı-satqı müqaviləsinə görə, satıcı Səfərov Behbudalı Əbülfət oğlu Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhəri Torpaq şöbəsi tərəfindən ##.##.2000-ci il tarixdə verilmiş JN-**** №-li şəhadətnaməyə (kod 01100003) əsasən (Bakı şəhəri İcra Hakimiyyəti Başçısının ##.##.1993-cü il tarixli **** saylı Sərəncamı) Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən 0,07 ha torpaq sahəsindən üzlük materialları istehsalı sexinin tikintisi üçün daimi istifadə hüququnu X1.

2. Bakı Şəhər İcra Hakimiyyəti başçısının ##.##.2003-cü il tarixli, *** nömrəli sərəncamına əsasən, Xətai Rayon icra Hakimiyyətinin ##.##.2003-cü il tarixli, *** saylı məktubu, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi tərəfindən verilmiş ##.##.2003cü il tarixli, ****** saylı mülkiyyət hüququ haqqında şəhadətnamə və torpaqdan daimi istifadə hüququna dair ##.##.2003-cü il tarixli, JN-0975 Kod ******** saylı Dövlət aktı nəzərə alınaraq, Xətai rayonu, Telnov küçəsindəki 1162-ci (şəhadətnaməyə əsasən 1197-ci) məhəllədə yerləşən, vət. Ş.F.Fərzəliyevə məxsus olan daşyonma sexinin yenidən qurulmasına icazə verilmişdir.

3. JN 0975, KOD 01000003 torpaqdan daimi istifadə hüququna dair dövlət aktına əsasən, Bakı şəhəri ** saylı Dövlət Notariat Kontorunun ## ### 2003-cü il tarixli, *M-*-*** saylı alqı-satqı müqaviləsi ilə daimi istifadə hüququ satılmış cizgidə göstərilən sərhəd daxilində 0,074987 ha üzlük materiallar istehsalat sexinin layihələşdirilməsi və tikintisi üçün X1 verilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. Birinci instansiya məhkəməsindəki icraat

4. xxxx (bundan sonra – “xxxx”) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi (dəqiqləşmə) ilə məhkəməyə müraciət edərək “torpaqdan daimi istifadə hüququna dair aktında göstərilən torpaq sahəsinə daimi istifadə hüququnun X1 məxsus olması haqqında arayışın verilməsinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, xxxxnın atası ## #### 1940-cı il təvəllüdlü X1 ## ###### 2024-cü il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra xxxxnın müraciəti əsasında Bakı şəhəri ** saylı Notariat Ofisi tərəfindən ## ######## 2024-cü il tarixdə *V** saylı vərəsəlik işi açılmış və atasının yeganə vərəsəsi kimi xxxx müəyyən edilmişdir. ünvan 1 ünvanında yerləşən üzlük materialları sexi xxxxnın atasının xüsusi mülkiyyətində olmuşdur. Qeyd edilən daşyonma sexi qanuna uyğun şəkildə yenidən qurulmuşdur. Həmin ünvanda yerləşən 0,074987 ha sahəsi olan torpaq sahəsinə dair daimi istifadə hüququ Bakı şəhəri ** saylı Dövlət Notariat Kontorunda bağlanmış ## ### 2003-cü il tarixli, *M-*-*** saylı alqı-satqı müqaviləsinə əsasən xxxxnın atasına satılmışdır. Atasının qeyd edilən torpaq sahəsindən daimi istifadə hüququna dair ## #### 2003-cü il tarixli Dövlət Aktı rəsmiləşdirilmişdir. Torpaq sahəsinə dair ayrıc aktı da mövcuddur. Torpaq sahəsinə dair daimi istifadə hüququnu miras aktivi olaraq qəbul etməyi və bununla bağlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın (forma 1) əldə edilməsinə zərurət yarandığından cavabdehə ## ####### 2024-cü il tarixdə müraciət edilmiş və vərəsəlik hüquqlarımı təsdiq edən sənədlər həmin müraciətə əlavə olunmuşdur. Lakin cavabdeh onun müraciətinin təmin edilməsindən imtina etmişdir.

6. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, xxxx qeyd edilən məsələlərə dair ##.##.2024-cü il tarixli, 1124150928 və ********** nömrəli ərizələr ilə İdarəyə müraciət etmiş və ##.##.2024-cü il tarixli, 243020342394 xaricolma nömrəli və ##.##.2024-cü il tarixli, 243020343899 xaricolma nömrəli məktubla cavab verilmişdir. Aparılmış araşdırma zamanı məlum olmuşdur ki, İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış binasının faktiki mövcud olmadığı müəyyən edilmişdir. Həmçinin qeyd olunan ünvanda yerləşən daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinə dair xxxx ilə Əmlak Məsələləri Dövlət Xidməti arasında icarə müqaviləsi bağlandığı təqdirdə müraciətdə qeyd olunan məsələyə qanuna müvafiq qaydada baxılacağı barədə məlumat ünvanlanmışdır.

7. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim - O.Həsənov).

8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi müvafiq sənədlər əsasında xxxxnın mərhum atasının istifadəsindən olmuşdur. Həmin sənədlər isə qərarda (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu) istinad olunan norma anlamında daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslara aiddir. İş materiallardan hüquqmüəyyənedici sənədlərin hər hansı qaydada mübahisələndirildiyi, ləğv edildiyi və geri çağırıldığı yaxud da etibarsız sayıldığı görünmür. Yəni həmin sənədlər öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır.

9. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə onların məzmununa bağlıdır və onlara uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.

10. Nəzərə alınmalıdır ki, cavabdeh özü də xxxxnın mərhum atasına ayrılan torpaq sahəsinin ayrılması ilə bağlı mövcud olan sənədi mübahisələndirmir. İmtina əsası yalnız onunla bağlıdır ki, xxxx ilə Əmlak Məsələləri Dövlət Xidməti arasında icarə müqaviləsi bağlandıqdan sonra onun müraciətinə baxıla bilər. Məhkəmə isə hazırkı xxxxnın tələbi üçün bu əsasın zərurətin olmadığını bildirir. Belə ki, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, icarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir. Hazırkı halda isə xxxxnın mərhum atasının bu sənədə malik olması və həmin sənədin qərarda istinad olunan Qanunun 8-ci maddəsində nəzərdə tutulması faktiki olaraq xxxx tərəfindən torpaq sahəsinə dair yeni icarə müqaviləsinin bağlanmasını istisna edir.

11. Eyni zamanda nəzərə alınmalıdır ki, hazırkı iş üzrə mövcud sənədlərə əsasən gözlənilən daimi istifadə hüquqları xxxx tərəfindən yox, vəfat etmiş şəxs tərəfindən reallaşdırıla bilməmişdir. İstifadə hüququnun qeydiyyata alınmasına əsaslar mövcud olsa da, yəni mövcud hüquqmüəyyənedici sənədlər olsa da, həmin hüququn reallaşdırılmasından əvvəl şəxsin ölümü təbii haldır ki, həmin hüququn itirilməsi əsası qismində çıxış etmir.

12. Göründüyü kimi, vərəsə kimi xxxx tərəfindən torpaq sahəsinin mərhuma məxsus olması haqqında arayışın qeydiyyat orqanına təqdim edilməsi hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın vərəsəliklə bağlı sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi əsası qismində çıxış edir. Digər tərəfdən, məhz 22.2-ci maddədə nəzərdə tutulan hüququn məxsus olması haqqında arayışın verilməsinə dair iddia üzrə məhz daimi istifadə hüququnun xüsusi olaraq göstərilməli olması da zəruridir.

13. Belə ki, necə ki Qanunun 8-ci maddəsi eləcə də, digər aidiyyəti maddələrindən də aydın olur ki, yuxarıda istinad edilən Qanun təkcə mülkiyyət hüququna aid yox, mülkiyyət və digər əşya hüquqlarına da aiddir. Yəni, 8-ci maddəyə istinadla necə ki, mülkiyyət, istifadə və icarə hüquqları dövlət qeydiyyatına alınır və bu zaman hansı hüququn qeydiyyata alınmalı olması müraciət və iddiada göstərilməlidirsə, 22-ci maddəyə istinadla da hansı hüququn məxsusluğu baxımından hüququn konkret növü göstərilməlidir. Odur ki, hazırkı halda iddia məhz daimi istifadə hüququnu məxsusluğu ilə əlaqədar olmalı və hüququn növü konkret olaraq göstərilməlidir.

14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti rədd edilərək Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən - G.Sevdimalıyeva, hakimlər - P.Hüseynov, O.İsmayılov).

16. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və bildirmişdir ki, torpaqdan daimi istifadə hüququ vaxtilə yerli icra hakimiyyətinin sərəncamı (Bakı şəhəri İcra Hakimiyyəti Başçısının ##.##.1993-cü il tarixli **** saylı Sərəncamı) əsasında yaranmış və torpaq sahəsinə dair ayrıc aktı (cizgi) tərtib olunmuşdur. Həmin sərəncam dəyişdirilməmiş, ləğv olunmamış və geri çağırılmamışdır. Hüquq cəhətdən etibarlıdır. Həmin sərəncam əsasında yaranmış hüquqlar notariat qaydasında bağlanmış müqavilə əsasında xxxxnın mərhum atasına ötürülmüş və torpaqdan daimi istifadə hüququna dair şəhadətnamə tərtib edilmişdir.

17. Cavabdehin qeyd edilən tələbi torpaq üzərindəki tikilinin vaxtilə özəlləşdirilmiş olmasından irəli gəlir, yəni hesab edilir ki, özəlləşmiş tikilinin altındakı torpaq sahəsinə münasibətdə sərəncam verməyə səlahiyyətli qurum məhz Əmlak Məsələləri Dövlət Xidmətidir. Lakin qeyd edilən tələb ilkin torpaq ayırma sənədlərinin olmadığı və torpaq üzərində hüququn müvafiq şəhadətnamə ilə rəsmiləşdirilmədiyi halda əsaslı olacaqdı.

18. Odur ki, hazırkı halda hüquqi maraq qanunun tələbinə əsasən artıq şəhadətnamə ilə təsdiq edilmiş hüququn yeni çıxarışla əvəz edilməyinə yönəldiyindən apellyasiya şikayətində qeyd edildiyi kimi torpaq üzərində hüququn yaranması üçün Əmlak Məsələləri ilə Dövlət Xidməti ilə müqavilə bağlanması tələbi qanuni hesab edilə bilməz. Belə ki, xxxxnın mərhum atasının mübahisələndirilən daşınmaz əmlak üzərində daimi istifadə hüquqları yaranmışdır, bu barədə onun adına daimi istifadə hüququna dair dövlət aktı tərtib olunmuşdur. Lakin bu hüquqlar onun tərəfindən reallaşdırıla bilinmədiyindən, hazırkı halda daşınmaz əmlakın daimi istifadə hüququnun mərhuma məxsus olması haqqında arayış verilməlidir.

19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a. Kassasiya şikayətinin dəlilləri

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, idarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış binasının faktiki mövcud olmadığı müəyyən edilmişdir. Həmçinin qeyd olunan ünvanda yerləşən daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinə dair xxxx ilə Əmlak Məsələləri Dövlət Xidməti arasında icarə müqaviləsi bağlandığı təqdirdə müraciətdə qeyd olunan məsələyə qanuna müvafiq qaydada baxılacağı barədə məlumat ünvanlanmışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 241.1. Torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. 243.1. Başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri

24. “İnzibati icraat haqqında” qanun: 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından “arayışın verilməsi” üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

30. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

31. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

32. Hazırkı iş üzrə xxxxnın hüquqi marağı hüquqi marağı əslində və mahiyyət etibarı ilə hüquqi qüvvəsini saxlayan şəhadətnamənin yeni nümunəli çıxarışla əvəz olunmasını ehtiva edir. Başqa sözlə, xxxx hüququn yenidən qeydiyyata alınmasını deyil, şəhadətnamə ilə artıq qeydiyyata alınmış hüquqa dair yeni nümunəli çıxarışın verilməsinə nail olmaqdan ibarətdir.

33. İş materiallarında olan alqı-satqı müqaviləsindən və JN 0975, KOD 01000003 torpaqdan daimi istifadə hüququna dair dövlət aktından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən 0,07 ha torpaq sahəsi əvvəlcə Səfərov Behbudalı Əbülfət oğlunun istifadəsində olmuş, daha sonra daimi istifadə hüququnun alqı-satqısı əsasında bu hüquq xxxxnın mərhum atasına keçmiş, bu barədə onun adına daimi istifadə hüququna dair dövlət aktı tərtib olunmuşdur.

34. İşə baxmış məhkəmə kollegiyası düzgün olaraq bildirmişdir ki, torpaqdan daimi istifadə hüququ vaxtilə yerli icra hakimiyyətinin sərəncamı (Bakı şəhəri İcra Hakimiyyəti Başçısının ##.##.1993-cü il tarixli **** saylı Sərəncamı) əsasında yaranmış və torpaq sahəsinə dair ayrıc aktı (cizgi) tərtib olunmuşdur. Həmin sərəncam dəyişdirilməmiş, ləğv olunmamış və geri çağırılmamışdır. Hüquq cəhətdən etibarlıdır. Həmin sərəncam əsasında yaranmış hüquqlar notariat qaydasında bağlanmış müqavilə əsasında xxxxnın mərhum atasına ötürülmüş və torpaqdan daimi istifadə hüququna dair şəhadətnamə tərtib edilmişdir.

35. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, torpağın mülkiyyətə və istifadəyə verilməsinə dair şəhadətnamələr daşınmaz əmlaka hüququn qeydiyyata alınması barədə çıxarışla eyni hüquqi qüvvəyə malikdir. Bu baxımdan xxxxnın hüquqi marağı əslində və mahiyyət etibarı ilə hüquqi qüvvəsini saxlayan şəhadətnamənin yeni nümunəli çıxarışla əvəz olunmasını ehtiva edir. Başqa sözlə, xxxx hüququnun yenidən qeydiyyata alınmasını deyil, şəhadətnamə ilə artıq qeydiyyata alınmış hüququna dair yeni nümunəli çıxarışın verilməsini tələb edir. Digər tərəfdən, torpaq sahəsi üzərində xxxxnın hüququnu təsdiq edən həmin şəhadətnamə həm də hüquqmüəyyənedici sənəd qismində qəbul olunmalı və qiymətləndirilməlidir. Bununla bağlı nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında tanınmalı və qeydiyyata alınmalıdır. Qeyd olunmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar.

36. Mübahisəli torpaq sahəsinə dair xxxx ilə Əmlak Məsələləri Dövlət Xidməti arasında icarə müqaviləsi bağlandığı təqdirdə xxxxnın müraciətinə baxılacağına dair cavabdehin dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsi tamamilə haqlı olaraq göstərmişdir ki, cavabdehin qeyd edilən tələbi ilkin torpaq ayırma sənədlərinin olmadığı və torpaq üzərində hüququn müvafiq şəhadətnamə ilə rəsmiləşdirilmədiyi halda əsaslı olacaqdı.

37. Kassasiya şikayətinin digər dəlilinə münasibətdə nəzərə alınmalıdır ki, iş materiallarına əlavə edilmiş Bakı Şəhər İcra Hakimiyyəti Başçısının ##.##.2003-cü il tarixli, *** nömrəli sərəncamından da göründüyü kimi, daşyonma sexinin yenidən qurulmasına icazə verilmişdir.

38. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

xxxx tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar