Məhkəmə qərarları › İş №2-1(1-8)-1249/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-1249/2026

06.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-1249/2026 06.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı X2 cavabdeh Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı X2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Inzibati kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. Bakı şəhər Icra Hakimiyyətinin Başçısı ilə İddiaçı IK firmasının (bundan sonra – iddiaçı) direktoru Əliheydər Bayramov arasında Bakı şəhər Icra Hakimiyyəti Başçısının *** saylı, ##.##.2015-ci il tarixli, *** saylı ## ###### 2015-ci il tarixli sərəncamları və ***** saylı ## ####### 2015-ci il tarixli inşaat pasportu əsasında ünvan 3 saylı ünvanda yerləşən ərazidə ayrılmış 1500 kv.m olan torpaq sahəsinə **** nömrəli ## ###### 2015ci il tarixli torpaq icarə müqaviləsi bağlanmışdır.

2. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinın (bundan sonra – cavabdeh) ## ###### 2024-cü il tarixli 3-21-3- 30/2-3172/2024 ************ nömrəli imtina məktubunda bildirilmişdir ki, torpaq sahəsinə dair yerləşmə cizgisi təqdim edilməmişdir. Bundan başqa torpaq sahəsi sənəd üzrə 1500 kv.m qeyd edilsə də, faktiki sahə 1458 kv.m təşkil edir. Həmçinin torpaq sahəsi yolkənarı yaşıllıq cərgəsində, yaşayış kompleksinin önü abadlıq, avtodayanacaq sahəsi olmaqla dövlət mülkiyyətində olan torpaqlara aid olduğundan icarə müqaviləsinin bağlanması məqsədi ilə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunması tövsiyyə olunur.

3. Bakı Inzibati Məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikası Bakı şəhər Icra Hakimiyyəti Başçısının Aparatı tərəfindən cavab olaraq ## ##### 2024-cü il tarixli 3-52/2- ****/**** nömrəli məktuba Bakı şəhər Icra Hakimiyyəti başçısının ##.##.2015-ci il tarixli *** nömrəli sərəncamı, ##.##.2015-ci il tarixli, *** nömrəli sərəncamı və onların verilməsinə əsas olmuş sənədlərin təqdim edilmiş surəti, həmçinin İddiaçı X1 verilmiş ##.##.2015-ci il tarixli, **** nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə əlavə olunmuşdur.

4. Bakı şəhər Icra Hakimiyyətinin Başçısının *** nömrəli ## ### 2015-ci il tarixli sərəncamına əsasən ünvan 3 saylı ünvanda mülkiyyətdə olan torpaq sahəsində yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün İddiaçı X1 icazə verilmişdir.

5. Bakı şəhər Icra Hakimiyyətinin Başçısının ## ###### 2015-ci il tarixli *** nömrəli sərəncamına əsasən İddiaçı X2 ## ###### 2015-ci il tarixli ** saylı müraciətini nəzərə alaraq Bakı şəhər Icra Hakimiyyətinin ##.##.2015-ci il tarixli *** saylı sərəncamı ilə yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilmiş ünvan 3 saylı ünvanda özünəməxsus torpaq sahəsinə bitişik 0.15 ha torpaq sahəsi icarə əsasında eyni məqsədlə həmin firmanın istifadəsinə verilmişdir. Azərbaycan Respublikası “Torpaq Məcəlləsi”nin 66,67 və 68-ci maddələrinə uyğun olaraq Bakı şəhər Icra Hakimiyyəti nəzdində “Interservis” müdiriyyəti sifarişçi ilə torpaq icarə müqaviləsinin bağlanmasını təmin etməli və 0.15 ha torpaq sahəsi üzərində icarə hüququ dövlət qeydiyyatına alınmalıdır.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a. birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı İddiaçı Istehsalat Kommersiya firması cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinə qarşı iddia tələbi məhkəməyə müraciət edərək, ünvan 1 ünvanındakı icarəyə götürülmüş 1500 kv.m torpaq sahəsinə dair icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

7. Sonradan iddiaçı tərəfindən iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edilərək, ünvan 1 ünvanında icarəyə verilmiş 1500 kv.m torpaq sahəsinin faktiki sahəyə uyğun olaraq, yəni 1458 kv.m sahəyə dair icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanındakı qeyriyaşayış binasının yerləşdiyi torpaq sahəsi üzərində icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh idarəyə müraciət etmişdir. Icarəyə götürülmüş torpaq sahəsi 1500 kv.m-dir. Bakı şəhəri Icra Hakimiyyəti Başçısının ## ###### 2015-ci il tarixli **** saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləsi əsasında İddiaçı X1 icazə verilmişdir. Hal-hazırda həmin torpaq sahəsi Firmanın istifadəsindədir. Cavabdeh imtina məktubu göndərərək göstərmişdir ki, torpaq sahəsinə cizgi təqdim edilməmiş, faktiki sahə 1458 kv.m-dir, həmçinin torpaq sahəsi yolkənarı yaşıllıq cərgəsində, yaşayış kompleksinin önü abadlıq sahədə yerləşir və icarə müqaviləsinin bağlanması üçün Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunmalıdır. Belə ki, sözügedən torpaq sahəsinə dair artıq qüvvədə olan icarə müqaviləsi mövcud olduğundan yeni bir icarə müqaviləsinin bağlanmasına heç bir zərurət yoxdur. Cavabdeh idarənin imtinası qanunsuzdur və icarə hüquqlarının qeydiyyata alınmasına maneəçilik törədir. Iddia verilməsinin məqsədi ayrılmış torpaq sahəsi üzərində icarə hüququnu dövlət qeydiyyatına alınması və bu barədə reyestrdən müvafiq çıxarışın verilməsi ilə bağlıdır.

9. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, torpaq sahəsinə dair yerləşmə cizgisi təqdim edilməmişdir. Bu səbəbdən naturada yerləşmə mövqeyini müəyyən etmək mümkün olmamışdır.Həmçinin torpaq sahəsi yolkənarı yaşıllıq cərgəsində, yaşıllıq kompleksinin önü abadlıq, avtodayanacaq sahəsi olmaqla dövlət mülkiyyətində olan torpaqlara aid olduğundan iddiaçının icarə müqaviləsinin bağlanması məqsədi ilə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməsi tövsiyə olunur.##.##.2023cü il tarixdə Idarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki,torpaq sahəsinin ölçüsü sənəd üzrə 1500 kv.m qeyd edilsə də, faktiki olaraq 1458 kv.m təşkil edir.

10. Bakı Inzibati Məhkəməsinin (hakim: A.A.Abdullayeva) 2024-cü il ## ####### tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, torpaq sahəsinin ayrılması barədə müvafiq icra hakimiyyəti orqanının sərəncamı, hətta qanunla ayrılması məhdudlaşdırılan torpaq sahəsinə münasibətdə qəbul olunduğu təqdirdə belə, nəzərə almaq lazımdır ki, sərəncamında olan torpaq sahəsinin ayrılması ilə bağlı həmin orqanın səlahiyyəti ümumi xarakterli səlahiyyətdir və hətta qanunla ayrılması məhdudlaşdırılan torpaq sahələrinə belə şamil olunur. Belə ki, həmin torpaq sahələrinin ayrılması da icra hakimiyyəti orqanının torpaqayırma səlahiyyəti ilə ehtiva olunur və burada söhbət həmin orqanın səlahiyyətsizliyindən deyil, müvafiq səlahiyyətin həyata keçirilməsi zamanı qanunvericiliyin tələblərinə riayət olunubolunmamasından gedir. Qanunsuz inzibati aktlar isə yalnız qanunla müəyyən olunmuş qaydada və şərtlər daxilində buna subyektiv hüququ olan şəxslər tərəfindən mübahisələndirilə bilər və ya buna səlahiyyəti olan orqan tərəfindən “Inzibati icraat haqqında” Qanunun müvafiq prinsipləri və normaları nəzərə alınmaqla ləğv edilə bilər. Məhkəmə həmçinin ona diqqət çəkir ki, səlahiyyətli inzibati orqanın apardığı inzibati icraat mahiyyət etibarilə hakimiyyət iradəsinin formalaşması və həmin iradənin ifadə olunduğu inzibati aktın qəbulu məqsədlərinə xidmət edir. Inzibati icraatın gedişində yol verilmiş pozuntular icraatı aparan inzibati orqanın məsuliyyət sferasına aiddir və buna səlahiyyəti olmayan digər orqanlar, o cümlədən cavabdeh tərəfindən təftiş edilə və mübahisələndirilə bilməz. Digər tərəfdən, torpaq sahəsinin icarəyə verilməsi barədə iddiaçının təqdim etdiyi müqavilədə nəzərdə tutulmuş torpaq sahəsi ilə bağlı cavabdehin gətirdiyi digər dəlillər həmin müqavilənin mötəbər olmadığı anlamına gəlmir. Bu zaman həm də cavabdeh tərəfindən həmin müqavilənin mötəbərliyini şübhə altına alan hər hansı sübutun məhkəməyə təqdim olunmadığı, cavabdehin sadəcə olaraq həmin halların olmasını iddia etməklə kifayətləndiyi də nəzərə alınmalıdır. Həmçinin iş üzrə materiallardan da həmin torpaq sahəsinin iddiaçıya ayrılmasının təkzib edilmədiyi, başqasına ayrılmadığı və dövlət reyestrində başqasının adına qeydiyyata alınmadığı, eləcə də həmin torpaq sahəsinin ayrıldığı vaxtdan iddiaçının faktiki istifadəsində olduğu və təyinatı üzrə istifadə edildiyi görünür. Məhkəmə tərəfindən bu xüsusatlar mübahisənin həlli baxımından nəzərə alınmaya bilməz. Hazırkı mübahisəyə münasibətdə mübahisəli torpaq sahəsinin icarəyə verilməsi haqqında sözügedən müqavilənin qüvvədə olduğu nəzərə alınmalı, həmin müqavilə iddiaçının torpaq sahəsinə icarə hüququnun dövlət qeydiyyatı üçün əsas qismində qiymətləndirilməli və yetərli sayılmalıdır.

12. Cavabdeh apellyasiya şikayəti verərək Bakı Inzibati Məhkəməsinin 2024-cü il ## ####### tarixli, e-*-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat:

13. Bakı Apellyasiya Məhkəməsi Inzibati kollegiyasının (hakimlər E.Ə.Əliyev /sədrlik edən və məruzəçi/, F.İ.Mədətli və A.P.Oruczadə) 2025-ci il ## ###### tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməyərək, qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin **/**** nömrəli, ##.##.2025-ci il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, ünvan 1 ünvanında icarəyə verilmiş 1500 kv.m torpaq sahəsinin ***** saylı ##.##.2015-ci il tarixli inşaat pasportu və 167 Nq-II Ayrıc Aktı ilə İddiaçı IKF-yə yaşayış binalarının layihələndirilməsi üçün ünvan 2 saylı ünvanda ayrılmış 0,73 hektar torpaq sahəsi ilə üst-üstə düşdüyü, yəni icarəyə verilmiş 1500 kv.m torpaq sahəsinin ##.##.2015-ci il tarixli inşaat pasportu və *** nömrəli Ayrıc Aktı ilə İddiaçı IKF-yə yaşayış binalarının layihələndirilməsi üçün ayrılmış 0,73 hektar torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən olunmuşdur. Cavabdehin imtinasında qeyd edilən torpaq sahəsi yolkənarı yaşıllıq cərgəsində, yaşayış kompleksinin önü abadlıq, avtodayanacaq sahəsi olmaqla dövlət mülkiyyətində olan torpaqlara aid olması dəlilindən irəli gələrək Kollegiya qeyd edir ki, torpağın ayrılmasını və hüququn qeydə alınmasını müəyyən edən (Sərəncam və “Dövlət Aktı”) hüquq müəyyənedici sənədlər hazırda qüvvədə olduğundan, yəni ləğv və ya etibarsız hesab edilmədiyindən, həmçinin topraq sahəsi bələdiyyə və ya digər şəxslər üçün ayrılmış torpaq sahələri ilə üst-üstə düşmədiyindən, həmçinin həmin vaxtdan iddiaçının istifadəsində olduğundan iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququna dair gözləntisi olmuş və həmin gözləntiyə dair etimad hüququnun qanunla qorunmasını istisna edən hallar müəyyən olunmamışdır.

15. Həmçinin, torpaq sahəsinin yolkənarı yaşıllıq cərgəsində, yaşayış kompleksinin önü abadlıq, avtodayanacaq sahəsi olması dəlili ilə bağlı Kollegiya qeyd etmişdir ki, qanunvericilikdə torpaq sahəsinin yaşıllıq (yerində müayinə zamanı bir neçə ədəd kişik ölçülü dekorativ ağac və kol-kos) iddiaçının özü tərəfindən əkildiyi müəyyən edilmişdir) cərgəsində olması, abadlıq və ya avtodayanacaq kimi istifadə edilməsi hüququn daşınmaz əmlakın reyestrində qeydə alınmasından imtina əsası olaraq müəyyən olunmamışdır. Belə ki, “Inzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Inzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Hazırkı işdə “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6- cı maddəsində təsbit edilmiş hallar müəyyən edilməmişdir. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.

16. Kollegiya həmçinin qeyd etmişdir ki, iddiaçıya 2015-ci ildə torpaq sahəsinin ayrılmasına dair qəbul edilmiş inzibati akt, iddiaçıya müvafiq hüquq verdiyindən, əlverişli inzibati akt hesab olunur. “Inzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində qeyd edildiyi kimi iddiaçının rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olması barədə işdə hər hansı sübut yoxdur və bu halla bağlı cavabdeh mübahisə açmamışdır. Həmçinin, məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı torpaq sahəsinin ayrılması barədə inzibati akt qanunsuz olsa belə əlverişli inzibati akt hesab olunur və həmin aktın mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüşdür. Belə ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə inzibati aktın qəbulundan 10 ildən çox müddət ötmüşdur, hansı ki, 1 il ərzində həmin inzibati akt ləğv edilə bilərdi. Lakin həmin müddətdə bu səlahiyyətdən istifadə edilməmişdir. Iddiaçı göstərilən müddət ərzində torpaq sahəsindən istifadə etmiş və ona fasiləsiz sahibliyi həyata keçirmişdir. Bu müddət ərzində isə ona qarşı hər hansı dövlət orqanı və ya hüquqi şəxs tərəfindən etiraz və ya torpağın geri alınması ilə bağlı tələb irəli sürülməmişdir. 56. Iddia olunan topraq sahəsinə dair Sərəncam hazırda qüvvədə olduğundan və ləğv edilmədiyindən, iddiaçının onun barəsində qəbul edilmiş əlverişli inzibati aktın məzmununa etimadını istisna edən hallar müəyyən edilmədiyindən yuxarıda istinad edilən normalara əsasən onun torpaq sahəsi üzərində daimi istifadə hüququna dair gözləntisi olmuşdur.

17. Apellyasiya şikayətinin torpaq sahəsinə dair cizgidəki mövqe ilə faktiki sahənin yerləşməsində ciddi uyğunsuzluq olması və torpaq sahəsinin faktiki olaraq 1458 kv.m təşkil etməsi dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsirinə aid edilə bilməz və aid edilsə belə cavabdeh tərəfindən göstərilən halları təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Hətta hər hansı uyğunsuzluq olsa da belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Bununla bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin # #### 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin.

18. Digər tərəfdən, Azərbaycan Respublikası Iqtisadiyyat nazirinin ## ####### 2021-ci il tarixli F-*** nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1.22-ci bəndinə əsasən daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək DƏDKR-in vəzifələrinə aiddir.

19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a) kassasiya şikayətinin dəlilləri

20. Kassasiya şikayəti iddia tələbinə qarşı etirazın və apellyasiya şikayətinin məzmununa uyğun şəkildə əsaslandırılmışdır.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Iddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, kassasiya şikayətinin təmin edilməməsi, qərarın dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Etirazın dəlilləri apellyasiya instansiya məhkəməsinin qərarın əsaslandırma hissəsində qeyd etdikləri ilə eynilik təşkil edir.

TƏTBIQ EDILƏN HÜQUQ

22. Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2021-ci il tarixli Qərar: “... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.”

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Maddə 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: 15.1.1. Dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. Hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. Hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. Daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. Daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. Bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

24. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

27. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsindən ibarətdir.

31. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının həmin məzmunda tələbinin təmin olunması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

32. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

33. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır.

34. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Inzibati kollegiyasının 2025-ci il ## ###### tarixli, *- *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar