Məhkəmə qərarları › İş №2-1(1-8)-127/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-127/2026

18.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-127/2026 18.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlillik dərəcəsinin dəyişdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin dəyişdirilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə təqdim edilmiş Əlillik Altsistemindən çıxarışlardan görünür ki: - İddiaçı (təvəllüd ##.##.2003-cü il) ##.##.2007-ci il tarixdən (ilkin) iki il müddətinə sağlamlıq imkanları məhdud uşaq hesab edilmişdir. Əlilliyin səbəbi: sağlamlıq imkanları məhdud uşaqlar. - İddiaçı ##.##.2013-cü il tarixdən (təkrar) iki il müddətinə sağlamlıq imkanları məhdud uşaq hesab edilmişdir. Əlilliyin səbəbi: sağlamlıq imkanları məhdud uşaqlar. - İddiaçı ##.##.2015-ci il tarixdən (təkrar) üç il müddətinə sağlamlıq imkanları məhdud uşaq hesab edilmişdir. Əlilliyin səbəbi: sağlamlıq imkanları məhdud uşaqlar. - İddiaçı ##.##.2019-cu il tarixdən (təkrar) üç il müddətinə sağlamlıq imkanları məhdud uşaq hesab edilmişdir. Əlilliyin səbəbi: sağlamlıq imkanları məhdud uşaqlar. - İddiaçı ##.##.2021-ci il tarixdən (təkrar) müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Əlilliyin səbəbi: ümumi xəstəlik. - İddiaçı ##.##.2024-cü il tarixdən (təkrar) müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Əlilliyin səbəbi: ümumi xəstəlik. - İddiaçı ##.##.2024-cü il tarixdən (təkrar) müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Əlilliyin səbəbi: ümumi xəstəlik - Gözdən əlilliyi olan şəxs (təkrar qiymətləndirmə).

2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin ##.##.2025-ci il tarixli T***/**** saylı ekspert rəyində qeyd edilir: 2003-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən, əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına “Bakı * nömrəli X1” tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli, Z********FXC nömrəli Forma 088 göndərişində qeyd edilmiş “Əsas diaqnoz: F71.1 - qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, orta kəmağıllıq kobud davranış pozuntuları nitq qüsuru ilə, İQ=45, ikitərəfli koxlear nevrit, III-IV dərəcəli neyrosensor ağıreşitmə. Yanaşı xəstəliklər: G93-baş beyinin digər zədələnmələri, H93.3-eşitmə sinirinin xəstəlikləri, ikitərəfli koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə, H90.3-eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi, III-IV dərəcəli neyrosensor ağıreşitmə, H33.5-tor qişanın qopmasının digər formaları, H52.2-astiqmatizm” diaqnozu ona anamnestik, klinik, laborator instrumental müayinələri əsasında qoyulmuşdur və hazırda da rast gəlinir.

3. Sonuncu dəfə iddiaçıya dair əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi məqsədilə * nömrəli X1 tərəfindən ##.##.2024-cü il tarixli, Z********FXC nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndərişdə iddiaçının xəstəlikləri aşağıdakı kimi olmuşdur: - Əsas diaqnoz – XBT kodu - F71.1 Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Orta Kəmağıllılıq. Kobud davranış pozuntuları. Nitq qüsuru ilə. İQ=45. Yanaşı xəstəlik – XBT kodu – H93.3 Eşitmə sinirinin xəstəlikləri, İki tərəfli koxlear nevrit; Yanaşı xəstəlik – XBT kodu – H90.3 Eşitmənin neyrosensor tip iki tərəfli itirilməsi, III-IV dərəcəli; Yanaşı xəstəlik – XBT kodu - G93. Baş beynin zədələnməsi; Yanaşı xəstəlik – XBT kodu - H33.5 Tor qişanın qopmasının digər formaları; Yanaşı xəstəlik – XBT kodu – H43.1 Şüşəyə bənzər qişaya qansızma; Yanaşı xəstəlik – XBT kodu – H35.3 arxa qütbün və ləkənin degenerasiyası.

4. Məhkəməyə təqdim edilmiş ##.##.2025-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, 2003-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş ##.##.2025-ci il tarixli, T ***/**** saylı rəy. İddiaçı, sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına “Bakı * nömrəli X1” tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli, Z********FXC nömrəli Forma 088 göndərişində qeyd edilmiş “Əsas diaqnoz: F71.1 - qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, orta kəmağıllıq kobud davranış pozuntuları nitq qüsuru ilə, İQ=45, ikitərəfli koxlear nevrit, III-IV dərəcəli neyrosensor ağıreşitmə. Yanaşı xəstəliklər: G93-baş beynin digər zədələnmələri, H93.3-eşitmə sinirinin xəstəlikləri, ikitərəfli koxlear nevrit, iki tərəfli neyrosensor ağıreşitmə, H90.3-eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi, III-IV dərəcəli neyrosensor ağıreşitmə, H33.5-tor qişanın qopmasının digər formaları, H52.2 astiqmatizm” diaqnozu ona anamnestik, klinik, laborator instrumental müayinələri əsasında qoyulmuşdur və hazırda da rast gəlinir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin ##.##.2023-cü il tarixli, *-**-*/*-*-****/**** saylı qərarının ləğv edilməsi və 2-ci dərəcə “Ümumi xəstəlik” ilə əlaqədar müddətsiz əlilliyin elektron altsistemdə bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əlilliyinin gücləndirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin onun övladının orta əqli geriliyi olduğu halda yüngül əqli gerilik ilə 60% qiyməti ilə qiymətləndirilib, üzərinə əlavə 10% qiymətləndirmə ilə hər iki qulağı IV dərəcə ağır eşitməsi ilə əlavə olunaraq ümumi 70% olaraq qiymətləndirmə aparıb II dərəcə əlillik verilib. Övladının bir gözünün tamamilə görməsinə də əlavə əlillik düşdüyü halda, onu qeyd etməyib və qiymətləndirilməyiblər. Övladının bir gözünün tamamilə görməməsi haqda Zərifə Əliyeva adına Göz İnstitutu rəy vermişdir. Lakin cavabdeh bu diaqnozunu təsdiqləməmişdir. Övladı Tibbi Ekspertiza və Reabilitasiya Agentliyində canlı komissiyada da olmuşdur və göz həkimləri rəyin qanuni olduğunu təsdiqləmiş, lakin yenə də qiymətləndirilməni dəyişdirilməmişlər.

7. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının sağlamlıq vəziyyətində hazırda qüvvədə olan əlillik təyinatına yenidən baxılması üçün vətəndaş qəbulunda iştirak etmiş və onun əyani müayinəsi həyata keçirilmişdir. Əyani müayinə nəticəsində aşağıdakı qeydlər aparılmışdır: sağlamlıq vəziyyətində hazırda qüvvədə olan əlillik təyinatına yenidən baxılmasına (gücləndirmə) əsas verə biləcək ağırlaşmaların olmadığı görüldü. (psixiatrik müayinəsinin nəticələrinə görə OFP 60%, eşitmə qüsuruna görə OFP 40% təyinatı əsaslıdır. Hazırkı müayinəsi nəticəsində görmə qüsuru olduğu və OFP 50% ilə təyinata əsas verdiyi görüldü. Belə olan halda da ən yüksək təyinat faizinə 60%+10% əlavə edilməklə yekun təyinatın OFP 70% ilə olacaqdır. Bu səbəblə TSEK qərarı OFP faiz nisbəti eyni qalmaqla dəyişdirsin və görmə məhdudiyyətli olması qeydinin aparılması üçün, həmçinin əmək zəmanəti məsələsinə yenidən baxaraq yeni qərar qəbul etsin) və şəxsə müvafiq izahat verildi. Nəticədə iddiaçının əlilliyinin səbəbi Əlillik alt sistemində ##.##.2024-cü il tarixindən dəyişdirilərək, Ümumi xəstəlik => Gözdən əlilliyi olan şəxs olaraq müəyyən edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim – B.Cəlalov).

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, diaqnozların iddiaçıda olması cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda da etiraf edilmişdir və mübahisələndirilmir. Belə ki, psixiatrik müayinəsinin nəticələrinə görə OFP 60%, eşitmə qüsuruna görə OFP 40% təyinatı əsaslıdır. Hazırkı müayinəsi nəticəsində görmə qüsuru olduğu və OFP 50% ilə təyinata əsas verdiyi görüldü. Belə olan halda da ən yüksək təyinat faizinə 60%+10% əlavə edilməklə yekun təyinatın OFP 70% ilə olacaqdır. Bu səbəblə TSEK qərarı OFP faiz nisbəti eyni qalmaqla dəyişdirsin və görmə məhdudiyyətli olması qeydinin aparılması üçün, həmçinin əmək zəmanətin məsələsinə yenidən baxaraq yeni qərar qəbul etsin) və şəxsə müvafiq izahat verildi. Nəticədə iddiaçının əlilliyinin səbəbi Əlillik alt sistemində ##.##.2024-cü il tarixindən dəyişdirilərək, Ümumi xəstəlik => Gözdən əlilliyi olan şəxs olaraq müəyyən edilmişdir. Lakin cavabdeh iddiaçının orqanizmin funksiyalarının pozulma faizini düzgün müəyyən etməmişdir.

10. İddiaçıda olan əsas diaqnoz və yanaşı xəstəliklərin hazırda da iddiaçıda müşahidə edilməsi ekspert rəyi ilə öz təsdiqini tapmış, həmçinin cavabdeh də bu diaqnozların iddiaçıda olması və əlillik təyinatına əsas verməsini mübahisələndirməmişdir.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilərək Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarı dəyişdirilmişdir. İddia təmin edilərək iddiaçıya ##.##.2024-cü il tarixdən orqanizmin funksiyalarının 81-100% pozulmasına uyğun olaraq müddətsiz əlilliyin müəyyən edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (sədrlik edən – P.Hüseynov, hakimlər – G.Sevdimalıyeva, O.İsmayılov).

13. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, iddiaçıya orqanizmin funksiyalarının 81-100% pozulmasına uyğun olaraq müddətsiz əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə əlaqədar birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Lakin məhkəmə əlilliyin təyini tarixinə münasibət bildirməmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinin imperativ göstərişinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İş üzrə materiallardan görünür ki, iddiaçı barəsində ##.##.2024-cü il tarixli müayinə nəticəsində orqanizmin funksiyalarının 70% pozulmasına uyğun olaraq əlillik təyinatı aparılmışdır. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə uyğun olaraq iddiaçıya müvafiq əlillik dərəcəsi (orqanizmin funksiyalarının 81-100% pozulmasına uyğun olaraq) sonuncu imtina tarixindən, yəni ##.##.2024-cü il tarixdən təyin edilməlidir.

14. Göründüyü kimi, şəxsdə əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal olduqda hər bir hal ayrılıqda qiymətləndirilir. Beləliklə, iddiaçıda olan əsas diqanoz 65% (Meyara əsasən 65-80%-dir. Ən aşağı faiz götürüldükdə belə) + 10% eşitmə qüsuruna görə + 10% görmə qusuruna görə = OFP 85%.

15. Eyni zamanda, məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehin ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsini qərara almışdır. Lakin iş materialları və cavabdehə ünvanlanmış sorğulara cavabda belə bir qərarın mövcud olduğu müəyyən edilmir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçı ##.##.2025-ci il tarixində Agentlikdə rəhbər şəxsin qəbulunda olmuş və həkim-ekspertlər tərəfindən müayinə edilmiş, qəbul nəticəsində əlillik vəziyyətinin qiymətləndirilməsi barədə verilmiş ##.##.2024-cü il tarixli qərar qüvvədə saxlanılmış və bu barədə iddiaçıya müvafiq qaydada izahat verilmişdir. Ümumiyyətlə, qeyd edilməlidir ki, hazırkı iddia məcburetmə haqqında iddiadır və iddiaçının hüquqi marağı ona sonuncu müayinə tarixindən - ##.##.2024-cü ildən orqanizmin funksiyalarının 81-100% pozulmasına uyğun olaraq müddətsiz əlilliyin müəyyən edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

16. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilərək qərara aldı hissədə «Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin #.##.2025-ci il tarixli qərarı ləğv edilsin.» sözləri çıxarılmalı və iddiaçı İddiaçı orqanizmin funksiyalarının 81-100% pozulmasına uyğun olaraq müddətsiz əlilliyin müəyyən edilməsi tarixi ##.##.2024-cü ildən hesablanmalıdır.

17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini barədə qərar çıxarılmasını xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a. Kassasiya şikayətinin dəlilləri

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının sağlamlıq vəziyyəti ##.##.2024-cü il tarixli Bakı * nömrəli X1nın göndərişi əsasında yenidən qiymətləndirilmiş, ##.##.2024-cü il tarixindən ümumi xəstəlik səbəbi ilə müddətsiz orqanizm funksiyalarının 70% pozulduğu müəyyən edilmişdir. İddiaçı sağlamlıq vəziyyətində hazırda qüvvədə olan əlillik təyinatına yenidən baxılması üçün vətəndaş qəbulunda iştirak etmiş və onun əyani müayinəsi həyata keçirilmişdir. Əyani müayinə nəticəsində aşağıdakı qeydlər aparılmışdır: sağlamlıq vəziyyətində hazırda qüvvədə olan əlillik təyinatına yenidən baxılmasına (gücləndirmə) əsas verə biləcək ağırlaşmaların olmadığı görüldü. (Psixiatrik müayinəsinin nəticələrinə görə OFP 60%, eşitmə qüsuruna görə OFP 40% təyinatı əsaslıdır. Müayinə nəticəsində görmə qüsuru olduğu və OFP 50% ilə təyinata əsas verdiyi görüldü. Belə olan halda da ən yüksək təyinat faizinə 60%+10% əlavə edilməklə yekun təyinatın OFP 70% ilə olacaqdır. Bu səbəblə TSEK qərarı OFP faiz nisbəti eyni qalmaqla dəyişdirsin və görmə məhdudiyyətli olması qeydinin aparılması üçün, həmçinin əmək zəmanətin məsələsinə yenidən baxaraq yeni qərar qəbul etsin) və şəxsə müvafiq izahat verildi. Nəticədə əlilliyin səbəbi Əlillik alt sistemində ##.##.2024-cü il tarixindən dəyişdirilərək, Ümumi xəstəlik => Gözdən əlilliyi olan şəxs olaraq müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi, eləcə də apellyasiya məhkəməsi işi yetərincə araşdırmayaraq, zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Məhkəmə işə baxarkən faktiki olaraq yalnız ekspert rəyinə əsaslanaraq öz mülahizəsinə uyğun şəkildə və işi lazımi qaydada araşdırmayaraq vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Halbuki iddiaçıda sözügedən diaqnoz aşkar edilməmişdir. Eləcə də məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Agentlik əlilliyin qiymətləndirilməsi və təyini barədə tam səlahiyyətli qurumdur. Birinci instansiya məhkəməsi heç bir qanuni əsas olmadan Agentliyin bu səlahiyyəti ilə bağlı əsassız qərar etmiş, apellyasiya məhkəməsi isə həmin qərarı dəyişdirmədən qüvvədə saxlamışdır. Əlilliyin təyini və bərpası Agentliyin müstəsna səlahiyyəti olmaqla yalnız təqdim edilmiş müvafiq tibbi sənədlər əsasında və onların mötəbərliyinə şübhələr olmadıqda həyata keçirilə bilər. Məhkəmə faktiki olaraq dövlət orqanın əvəzinə və hər hansı hüquqi və tibbi əsaslandırma olmadan şəxsin əlilliyini təyin etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” : 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir.

21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia tələbi qismən təmin edilməlidir.

25. İddiaçının hüquqi marağı 2-ci dərəcə “Ümumi xəstəlik” ilə əlaqədar müddətsiz əlilliyin elektron altsistemdə bərpa edilməsinə yönəlmişdir.

26. İş materiallarından göründüyü kimi, cavabdeh əsas diaqnoz üzrə iddiaçının əlilliyini Meyarların 7.2.1-ci bəndinə uyğun olaraq OFP 60% müəyyən etmiş, həmin faizin üzərinə iddiaçıda olan yanaşı xəstəliklərlə bağlı diaqnozu, yəni eşitmə qüsuruna görə 10% əlavə edilməklə yekun təyinatın OFP 70% olmasını qeyd etmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi isə əsas diaqnoz üzrə iddiaçının əlilliyini OFP 65%, əlilliyin müəyyən edilməsinə əsas verən yanaşı xəstəliklərin (eşitmə və görmə qüsurları) hər birini ayrılıqda OFP 10%-lə qiymətləndirərək yekun olaraq OFP 85% (65% + 10% + 10%) olduğu qənaətinə gəlmişdir.

28. Məhkəmə kollegiyası ilk öncə cavabdehin imtinasının əsaslarından biri olan əsas diaqnoz üzrə iddiaçının əlilliyinin Meyarların 7.2.1-ci bəndinə uyğun gəlməsi mövqeyini razılaşmayaraq bildirir ki, iddiaçının əlilliyinin Meyarların 7.2.2-ci bəndinə (OFP 65%) uyğun olmuş, bununla bağlı apellyasiya instansiyası məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir.

29. Belə ki, iddiaçı barəsində rəsmiləşdirilmiş göndərişdə iddiaçının əsas diaqnozu kimi “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Orta Kəmağıllılıq. Kobud davranış pozuntuları. Nitq qusuru ilə. İQ=45.” göstərilmişdir. Meyarların 7.2.1-ci bəndinə nəzər yetirildikdə əqli gerilik orta deyil, yüngül əqli gerilik, həmçinin İQ qiymətləndirməsi 50- 69 göstərilmişdir. İddiaçıda isə əqli gerilik orta, İQ qiymətləndirmə isə 45 kimi qeyd edilmişdir. Qeyd olunan qiymətləndirmələr isə Meyarların 7.2.1-ci bəndinə deyil, 7.2.2-ci bəndinə uyğun gəlir. Belə olan halda, cavabdeh iddiaçının əsas diaqnozunun OFP faizini 60% deyil, 65-80% arası müəyyən etməli idi.

30. Bundan başqa, məhkəmə kollegiyası cavabdehin diskresion səlahiyyət ilə bağlı dəlillərini də əsassız hesab edərək bildirir ki, Ali Məhkəmənin bir çox qərarlarında “diskresion səlahiyyət” ilə bağlı qeyd edilmişdir ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın, yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olubolmadığını yoxlayır. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Hazırkı halda həmin normaların tələblərinin cavabdeh tərəfindən təmin olunmadığı işin yuxarıda qeyd olunan və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halları ilə təsdiq olunmuşdur.

31. Bununla belə, kollegiya apellyasiya instansiyası məhkəməsinin şəxsdə əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal olduqda, hər bir halın ayrılıqda qiymətləndirilərək toplanılması barədə (hazırkı halda 65% + 10% + 10%) barədə mövqeyini qəbul etməyərək buna dair kassasiya şikayətinin dəlillərini əsaslı hesab edir.

32. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.11-ci bəndinə əsasən, anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir.

33. Həmin qaydaların 1.14-cü bəndinə əsasən, peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir.

34. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıda əlilliyin təyininə əsas verən yanaşı xəstəliklər, yəni eşitmə qüsuru (40%) və görmə qüsuru (50%) mövcuddur. Belə olan halda məhkəmə kollegiyası əsas diaqnozun üzərinə ayrı-ayrılıqda həm görməyə görə 10%, həm də eşitməyə görə 10% toplanmasını qanunvericiliyin tələbinə zidd hesab edir.

35. Beləliklə, iddiaçıda olan əsas diaqnoz 65% + yanaşı xəstəliklər 10% (eşitmə və ya görmə qüsuruna görə ən yüksək olan göstərici 10 faiz artırılmaqla) = OFP 75% müəyyən edilməlidir.

36. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia qismən təmin edilərək iddiaçıya ##.##.2024-cü il tarixdən “Əlilliyin qiymətləndirilməsi Qayda”sının 1.11 və 1.14-cü bəndlərinə uyğun olaraq müddətsiz əlilliyin müəyyən olunması öhdəliyinin cavabdeh Agentliyinin üzərinə qoyulmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ləğv edilsin. İddia qismən təmin edilsin. İddiaçı İddiaçı ##.##.2024-cü il tarixdən “Əlilliyin qiymətləndirilməsi Qayda”sının 1.11 və 1.14-cü bəndlərinə uyğun olaraq müddətsiz əlilliyin müəyyən olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar