Məhkəmə qərarları › İş №2-1(1-8)-1282/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-1282/2026

21.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-1282/2026 21.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin * saylı Abşeron Ərazi Idarəsinə (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmədən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Abşeron Ərazi Idarəsinə qarşı “Abşeron rayonu Masazır bələdiyyəsinin ##.##.2008-ci il tarixli, ** nömrəli qərarı ilə fərdi ev tikmək üçün iddiaçıya ayrılmış 500 kv.metr torpaq sahəsinin 196.6 metr hissəsi çıxmaq ilə, 303.4 kv.metr torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydiyyatda alınması, bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(*-*)-***/**** nömrəli ## #### 2026-cı il tarixli qərardadından ərizəçi Abşeron Rayon Masazır Bələdiyyəsi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI 1.Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Abşeron rayonu Masazır bələdiyyəsinin ##.##.2008-ci il tarixli, ** nömrəli qərarı ilə fərdi ev tikmək üçün ona ayrılmış 500 kv.metr torpaq sahəsinin 196.6 metr hissəsi çıxmaq ilə, 303.4 kv.metr torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydiyyatda alınması, bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-**/**** saylı, ## ###### 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərar icraya yönəldilmişdir. 3.Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Abşeron Ərazi Idarəsinin ## ### 2024-cü il tarixli, ******/*- ****/** nömrəli məktubundan görünür ki, Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-**/**** saylı, ## ###### 2023-cü il tarixli qərarının icrası təmin olunmuşdur.

4. Bundan sonra maraqlı şəxs2 hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilmə barədə ərizə ünvanlayaraq Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-**/**** nömrəli, ## ###### 2023-cü il tarixli qərarının ləğv edilməsini və işə onun iştirakı ilə baxılmasını xahiş etmişdir.

5. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-**/**** nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

7. Daha sonra Abşeron rayonu Masazır bələdiyyəsi ## ####### 2025-ci il tarixli vəsatət ünvanlayaraq üçüncü şəxs qismində işə cəlb edilməsini məhkəmədən xahiş etmişdir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a) birinci instansiya məhkəməsində icraat

8. Vəsatət onunla əsaslandırılmışdır ki, Sumqayıt Inzibati Məhkəməsinin 2-1(118)- **/**** saylı ## ###### 2023-cü il tarixli qərarı Masazır bələdiyyəsinin iştirakı olmadan qəbul edilmişdir. Belə ki, Masazır bələdiyyəsinin ## #### 2008-ci il tarixli, ** saylı qərarı əsasında qəbul edilmiş ## ###### 2023-cü il tarixli məhkəmə qərarı qüvvədə olan qanunvericiliyə zidd olaraq qəbul edilmiş və bu səbəbdən bələdiyyənin mülkiyyət hüququ pozulmuşdur. Göstərilənlərdən və qüvvədə olan qanunvericilikdən çıxış edərək, Abşeron rayon Masazır bələdiyyəsinin 3-cü şəxs qismində işə cəlb edilməsi xahiş edilmişdir. 9.Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərardadı ilə (hakim L.Mirzəyeva) ərizə təmin edilməmişdir. 10.Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, Abşeron rayon Masazır bələdiyyəsi tərəfindən iddiaçıya torpaq sahəsinin ayrılmasına dair ##.##.2008-ci il tarixli, ** saylı bələdiyyə qərarının ləğv edilməsi barədə ##.##.2024-cü il tarixli, **/** saylı qərar qəbul edilmişdir. Daha sonra isə ##.##.2025-ci il tarixli, ** saylı qərara əsasən bələdiyyənin ##.##.2024-cü il tarixli, **/** saylı qərarı ləğv edilmişdir. Nəticədə isə Abşeron rayon Masazır bələdiyyəsinin iddiaçıya torpaq sahəsinin ayrılmasına dair ##.##.2008-ci il tarixli, ** saylı qərarı qüvvədə qalmışdır. Beləliklə, ərizəçi Abşeron rayon Masazır bələdiyyəsi ərizəsində qəbul edilmiş məhkəmə qərarının onun hüquqlarını pozduğunu bildirsə də, məhkəməyə qeyd edilən halı təsdiq edən hər hansı sənəd təqdim etməmişdir. Beləliklə, əsas olmadan, hüquqi maraq müəyyən edilmədən, məhkəmə qərarının əsassız olması və cəlb ediləcəyi təqdirdə nəticənin dəyişə bilməsi ilə bağlı sübut təqdim etmədən vəsatətin verilməsi zəruri cəlbetmə üçün əsas ola bilməz. 11.Ərizəçi Abşeron rayonu Masazır bələdiyyəsi həmin qərardaddan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat 12.Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(*-*)-***/**** nömrəli ## #### 2026-cı il tarixli qərardadı ilə (hakimlər: İ.Quliyev /sədrlik edən və məruzəçi/, V.Əzizova və G.Cabbarova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. 13.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. 14.Ərizəçi Abşeron rayonu Masazır bələdiyyəsi həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və üçüncü şəxs qismində cəlb edilmə barədə vəsatətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a) kassasiya şikayətinin dəlilləri:

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Masazır kənd ərazisində 500 kv.metr torpaq sahəsinin mülkiyyətinə verilməsi ilə bağlı bələdiyyənin ## #### 2008-ci il tarixli, ** saylı qərarın mövcudluğu ilə bağlı Masazır bələdiyyəsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə Iş Baş idarəsinə müraciət etmiş, Idarənin ## ######## 2024-cü il tarixli, *-**/*/*-M*****/**/****-C-**** saylı cavab məktubunda Masazır bələdiyyəsinin ## #### 2008-ci il tarixli, ** saylı qərarının Bələdiyyələrlə iş baş idarəsində qeydiyyata alınmadığı göstərilmişdir. Bu qərarın tərtib edilməsinə əsas olmuş sənədlərin müəyyən edilməsi məqsədilə Abşeron Rayon Dövlət Arxivinə müraciət olunmuşdur. Idarənin ## ####### 2024-cü il tarixli cavab məktubunda bu torpaq sahəsinə dair ## #### 2008-ci il tarixli qərar və digər torpaq ayırma sənədlərinin təsdiqlənmiş surətləri bələdiyyəyə təqdim edilmişdir. Sənədlərə baxış keçirərkən məlum olmuşdur ki, vətəndaşın ərizəsinin # ###### 2007-ci il tarixdə yazılması qeyd olunsa da, ərizə daxilolma kitabına salınmamış (daxilolma ştampı mövcud deyil) və bələdiyyənin ümumi iclasında müzakirə olunmamış, tərtib edilmiş bütün torpaqayırma sənədləri Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə ## ####### 2008-ci il tarixli ***-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanununa ziddir. Buna görə də, Masazır bələdiyyəsinin həmin qərarı ## ###### 2024-cü il tarixli, **/** saylı qərarı ilə etibarsız hesab edilərək ləğv edilmişdir. Masazır bələdiyyəsi Sumqayıt Inzibati məhkəməsinin 2-1(118)- **/**** saylı inzibati iş üzrə ## ###### 2023-cü il tarixli Qərarından Sumqayıt Inzibati Məhkəməsinə *-*(***)-****/**** saylı iş üzrə iddiaçı Masazır bələdiyyəsinin “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Abşeron Ərazi Idarəsi tərəfindən Abşeron rayon, Masazır kəndində yerləşən 0,05 ha torpaq sahəsinə dair vətəndaş İddiaçı adına verilmiş dövlət reyestrində olan ## ### 2024-cü tarixli (reyestr nömrəli 308013147516; qeydiyyat nömrəli 1624014557) qeydiyyatın ləğv edilməsi və qeydiyyat əsasında verilmiş Çıxarışın etibarsız hesab edilməsi” ilə bağlı baxılan inzibati işdə məlumatlı olmuş və bu məhkəmə Qərarını keçirilən məhkəmədə əldə etmişdir. Mübahisəli torpaq sahəsi üzrə ilkin ayrılma və hüquqi əsaslar Masazır bələdiyyəsinin qərar və sənədlərinə söykəndiyindən, bələdiyyənin üçüncü şəxs qismində işə cəlb edilməsi barədə vəsatət verilmişdir. Lakin birinci instansiya məhkəməsi bu vəsatəti təmin etməmiş, apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsinin səhvini təkrarlayaraq qanunsuz və əsassız qərardad qəbul etmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

16.Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 28. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması 28.1. Iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. 28.4. Inzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

17.Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” ## ###### 2022-ci il tarixli, **/**** saylı qərardadı.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

18.Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 19.Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

20.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 21.Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. 22.Bununla belə kollegiya əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 23.Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 28.1 və 28.2-ci maddələrinə əsasən, üçüncü şəxs yalnız o halda icraata cəlb edilir ki, qəbul ediləcək məhkəmə qərarı onun qanunla qorunan hüquq və maraqlarına birbaşa təsir göstərsin və ya onun barəsində də hüquqi nəticələr yaratsın (zəruri cəlbetmə). 24.Iş materiallarından müəyyən edilmişdir ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə Masazır bələdiyyəsinin ## #### 2008-ci il tarixli ** nömrəli qərarı qüvvədə olmuş, həmin qərarın və ona aid arxiv sənədlərinin təsdiq edilmiş surətləri Abşeron Rayon Dövlət Arxivi tərəfindən məhkəməyə təqdim edilmişdir. Deməli, mübahisənin predmeti bələdiyyənin həmin qərarının qanuniliyi deyil, həmin qərarın icrasından irəli gələn inzibati münasibətlər olmuşdur. 25.Nəzərə alınmalıdır ki, Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2023-cü il tarixli qərarı qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş və ## ### 2024-cü il tarixli məktubla onun tam icra olunduğu təsdiq edilmişdir. 26.Bununla yanaşı, ərizəçinin ərizəsində qeyd etdiyi dəlillər sonradan təqdim olunan sənədlərlə təkzib olunmuş, belə ki, onun işə cəlb olunması üçün əsas kimi istinad olunan ##.##.2024-cü il tarixli qərar sonradan digər- ##.##.2025-ci il tarixli qərarla ləğv edilmişdir. 27.Bundan əlavə Konstitusiya Məhkəməsinin Plenumunun ## ##### 2017-ci il tarixli qərarında izah edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğvi yalnız zəruri cəlbetmə həyata keçirilmədiyi hallarda mümkündür. Zəruri cəlbetmə isə yalnız o zaman mövcud olur ki, qəbul edilən qərar üçüncü şəxsin hüquq və vəzifələrini yaratsın, dəyişdirsin və ya ləğv etsin. Hazırkı işdə isə belə halın mövcudluğu müəyyən edilməmişdir. 28.Ali Məhkəmənin Inzibati Kollegiyasının ## ###### 2022-ci il tarixli **/**** saylı qərardadında göstərilən meyarlar da pozulmamışdır. Həmin qərardada əsasən məhkəmə hər bir halda qəbul ediləcək qərarın üçüncü şəxsin qanunla qorunan maraqlarına toxunubtoxunmadığını qiymətləndirməlidir. Hazırkı işdə apellyasiya məhkəməsi bu qiymətləndirməni aparmış və Masazır bələdiyyəsinin hüquqlarına birbaşa təsir göstərən vəziyyətin olmadığını əsaslandırmışdır. 29.Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. 30.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Ərizəçinin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(*-*)-***/**** nömrəli # #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar