Məhkəmə qərarları › İş №2-1(1-8)-1320/2026

Ali Məhkəmə Qərar — İş №2-1(1-8)-1320/2026

11.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(1-8)-1320/2026 11.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq dövlət reyestrindən çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Cavabdeh qarşı “çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin *-*(*-*)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Cavabdeh və üçüncü şəxs üçüncü şəxs3 tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. Iddiaçı ərizə ilə cavabdehə müraciət edərək, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ## ###### 2006-cı il tarixli, **** saylı qərarı əsasında 5000 kv. metr torpaq sahəsinə dair onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planölçü sənədinin verilməsini xahiş etmişdir.

2. Cavabdeh inzibati orqan ##.##.2025-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Imtinanın əsası kimi qeyd olunmuşdur ki, X2 X1 Bakı şəhərində yerləşən torpaq sahələrinə münasibətdə bələdiyyə mülkiyyətində olan torpaq sahələri barədə məlumat mövcud olmadığından ərizənizin icrası mümkün olmamışdır. Bundan əlavə, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamış və cizgi səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında" Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinə əsasən, dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.2-ci maddəsinə əsasən, (hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olmaması) hüquqların dövlət qeydiyyatından imtina edilmişdir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a. birinci instansiya məhkəməsindəki icraat

3. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Bakı Ərazi Idarəsinin imtinasının qanunsuz hesab edilməsi, eləcə də cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Bakı Ərazi Idarəsinin üzərinə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ## ###### 2006-cı il tarixli, **** saylı qərarı əsasında 5000 kv. metr torpaq sahəsinə dair iddiaçı İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi vəzifəsinin qoyulmasını xahiş etmişdir.

4. Iddiaçının nümayəndəsi (vəkili) daha sonra məhkəməyə ərizə təqdim edərək, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ## ###### 2006-cı il tarixli, **** saylı qərarı əsasında iddiaçıya satılmış 5000 kv. metr torpaq sahəsinin 4600 kv.m (0,46 ha) hissəsin dair iddiaçı İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Bakı Ərazi Idarəsinə həvalə olunmasını xahiş etmişdir.

5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi qəsəbə Bələdiyyəsinin ## ###### 2006-cı il tarixli, **** saylı qərarı ilə Binəqədi rayonu, Binəqədi qəsəbəsinin hüdudları daxilində, istifadəsində olan 5000 kv. metr torpaq sahəsi sahibkarlıq fəaliyyəti tikintisi üçün alqı-satqı yolu ilə iddiaçı İddiaçı mülkiyyətinə ayrılmış və tərəflər arasında buna dair alqısatqı aktı bağlanılmışdır. Torpaq sahəsinin 4000 (dörd min) manatdan ibarət olan dəyəri ****** nömrəli qəbzlə tam şəkildə ödənilmişdir. Həmin torpaq sahəsinin planı hazırlanmış və təsdiq olunaraq iddiaçıya təqdim olunmuşdur. Iddiaçı İddiaçı Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdehn * saylı Bakı Ərazi Idarəsinə müraciət edərək, həmin torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və bu barədə müvafiq çıxarışın və plan-ölçü sənədlərinin verilməsini xahiş etmişdir. Cavabdeh * saylı Bakı Ərazi Idarəsi tərəfindən verilən ## ###### 2025-ci il tarixli, *-**-*-**/*-*-****-*/**** saylı cavab məktubu ilə iddiaçının müraciətinin icrasından imtina edilmişdir. Həmin cavab məktubu iddiaçıya ## #### 2025-ci il tarixdə, * saylı “ASAN xidmət” mərkəzində təqdim olunmuşdur. Cavabdeh təşkilat müraciətin icrasından imtinanı onunla əsaslandırmışdır ki, X2 X1 Bakı şəhərində yerləşən torpaq sahələrinə münasibətdə bələdiyyə mülkiyyətində olan torpaq sahələri barədə məlumat mövcud olmadığından ərizənin icrası mümkün olmamışdır. Həmin cavab məktubunda həmçinin qeyd olunmuşdur ki, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamış və cizgi səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. Iddiaçı bildirir ki, hüquqların dövlət qeydiyyatından imtina olunmasının əsaslarını müəyyən edən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində X2 X1 Bakı şəhərində yerləşən torpaq sahələrinə münasibətdə bələdiyyə mülkiyyətində olan torpaq sahələri barədə məlumatın mövcud olmaması, həmçinin, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmaması və cizginin səlahiyyətli şəxs tərəfindən imzalanmaması ilə bağlı hallar, hüquqların dövlət qeydiyyatından imtina olunmasına əsas verən hal kimi nəzərdə tutulmamışdır. Bundan başqa, cavabdeh təşkilatın cizginin səlahiyyətli şəxs tərəfindən imzalanmadığı barədə mövqeyi də aydın deyildir. Burada həmçinin nəzərə alınmalıdır ki, alıcı olan vətəndaş aldığı torpaq sahəsinə dair cizginin kim tərəfindən imzalanmalı olduğunu bilməyə də borclu deyildir. Buna görə də iddiaçı hesab edir ki, cavabdehin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.2-ci maddəsinə istinad edərək, qeyd olunan torpaq sahəsi üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtinası qanuni və əsaslı sayıla bilməz.

6. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Etirazda qeyd edilir ki, iddiaçının müraciəti ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim edilmiş yerləşmə cizgisində bələdiyyənin qərarına istinad edilməmişdir. Eləcə də, cizgidə istinadlar və məsafələr qeyd edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən, iddiaçı tərəfindən göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş dövlət mülkiyyəti torpağıdır. Eləcə də, faktiki sahənin 1471 kv.m hissəsi icarə hüququ ilə üçüncü şəxs1 və üçüncü şəxs4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə, 540 kv.m hissəsi isə “xxxx” ASC-nin adına verilmiş kadastr planının baza məlumatı ilə üst-üstə düşür. Idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı torpaq sahəsinin bir hissəsinin tam hasarlanmadığı müəyyən edilmişdir, həmçinin sahənin yaxınlığından 35 klV-luq elektrik xətti, daxilindən isə yerüstü, orta təzyiqli qaz xətti keçir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən, dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Azərbaycan Respublikası Qanununun 4.0.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il ## ### tarixli *** nömrəli Qərarı ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1999-cu il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri” qaydalarının 2.7-ci bəndinin tələblərinə əsasən, boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir və boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.

7. Bakı Inzibati Məhkəməsinin hazırkı iş üzrə ##.##.2025-ci il tarixli qərardadı ilə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

8. Bakı Inzibati Məhkəməsinin hazırkı iş üzrə ##.##.2025-ci il tarixli qərardadı ilə üçüncü şəxs3, üçüncü şəxs4, üçüncü şəxs1, üçüncü şəxs2, “xxxx” ASC inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.

9. Bakı Inzibati Məhkəməsinin hazırkı iş üzrə ##.##.2025-ci il tarixli qərardadı ilə torpaq sahəsinin ölçüsünə münasibətdə iddia tələbi digər şəxslərə məxsus sahələrlə üstüstə düşən hissədə azaldığından, eləcə də qonşuluqda olan torpaq sahələrinə dair mülkiyyət hüququ qeydə alındığından üçüncü şəxs3, üçüncü şəxs4, üçüncü şəxs1, üçüncü şəxs2, “xxxx” ASC-nin inzibati məhkəmə icraatı üzrə üçüncü şəxs qismində iştirakına xitam verilmişdir.

10. üçüncü şəxs3 tərəfindən Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadından apellyasiya şikayəti verilmişdir.

11. Bakı Inzibati Məhkəməsinin (hakim: G.A.Sevdimalıyeva) ## ####### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ##.##.2006-cı il tarixli, **** nömrəli qərarı əsasında ayrılmış 4600 kv.m. torpaq sahəsi üzərində iddiaçı İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, buna dair çıxarışın və plan ölçü sənədinin verilməsi vəzifəsinin cavabdeh Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə həvalə edilməsi qərara alınmışdır.

12. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

13. Üçüncü şəxs üçüncü şəxs3 birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

b. apellyasiya instansiyası məhkəməsindəki icraat 14.

15. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər: O.N.Ismayılov (sədrlik edən və məruzəçi), P.A.Hüseynov və R.Ə.Səmədov) *-*(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli e-*-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən torpaq sahəsi yaşayış məntəqələri kateqoriyasına aiddir. Belə ki, bunun əksi cavabdeh tərəfindən sübut edilməmişdir. Xüsusilə qeyd edilməlidir ki, cavabdeh qeyd edilən torpaq sahəsinin dövlət mülkiyyətinə aid olduğunu qeyd etsə də, Binəqədi rayon Binəqədi qəsəbə Bələdiyyəsinə aid torpaq sahəsinin hüdudlarını məhkəməyə təqdim etməmişdir. Belə olan təqdirdə, cavabdeh IPM-in 14-cü maddəsinə əsasən sübutetmə vəzifəsini yerinə yetirməmişdir. Nəzərə almaq lazımdır ki, iddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsi ilə qonşuluqda yerləşən və digər fiziki şəxslərin (üçüncü şəxs4 və üçüncü şəxs1) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş torpaq sahələrinin kateqoriyası “yaşayış məntəqələrinin torpaqları” kimi müəyyən edilmişdir. Qeyd edilən torpaq sahəsi kateqoriyasına görə yaşayış məntəqələri torpaqlarında yerləşməklə, dövlətin müstəsna mülkiyyətində saxlanılan torpaqlara aid deyil. Odur ki, həmin torpaq sahəsi “Torpaq islahatı haqqında” Qanunun tələbinə uyğun olaraq bələdiyyə mülkiyyətinə verilmişdir. Hətta şərti olaraq qəbul edilsə ki, iddiaçının iddia etdiyi torpaq sahəsi mühafizə zonasında yerləşir, bu hal (iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etdiyi daşınmaz əmlakın kontrakt sahəsinin hüdudları daxilində yerləşməsi) belə, hazırkı halda vətəndaşın konstitusion səviyyədə təsbit edilmiş mülkiyyət hüququnun realizə edilməsinə maneə yarada bilməz. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda qeyd edir ki, üçüncü şəxs və cavabdeh tərəfindən mübahisələndirilən torpaq sahəsinin tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması barədə hər hansı sübut təqdim edilməmişdir. Həmçinin, cavabdeh apellyasiya şikayətində iddiaçının iddia etdiyi mübahisəli torpaq sahəsinin 122 və 139 metr məsafəsində işlək neft quyusunun olması barədə bazada məlumat mövcud olduğunu qeyd etsə də, bununla bağlı, yəni torpaq sahəsi ilə qeyd olunan obyektlər arasında dəqiq nə qədər məsafə olması barədə hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda, daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən ##.##.2025-ci il tarixli müayinə (baxış) aktında qeyd olunan torpaq sahəsinin 122 və 139 metr məsafəsində işlək neft quyusunun olması barədə hər hansı qeyd aparılmamışdır. Məhkəmə tərəfindən ##.##.2026-cı il tarixdə cavabdehə sorğu göndərilərək 5 gün müddətində iddiaçının iddia etdiyi torpaq sahəsinin 122 və 139 metr məsafəsində işlək neft quyusunun olmasını təsdiq edən zəruri sənədlərin (sübutların) məhkəməyə təqdim olunması xahiş edilsə də, cavabdeh tərəfindən həmin sorğuya cavab verilməmişdir.

17. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Cavabdeh və üçüncü şəxs üçüncü şəxs3 ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişlər.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a) kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Cavabdeh və üçüncü şəxs üçüncü şəxs3 kassasiya şikayətinin dəlillərinin əsasını mahiyyətcə onların iddia ərizəsinə qarşı etirazlarında və apellyasiya şikayətlərində irəli sürdüyü dəlillər təşkil edir.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etmişdir və hesab edir ki, hazırkı iş üzrə verilmiş hər iki kassasiya şikayəti (SOCAR və Reyestr Xidməti tərəfindən), ümumiyyətlə, mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə oxşar mübahisələr üzrə vahid məhkəmə təcrübəsi formalaşdırılmış və yeni hüquqi arqumentlər təqdim edilmədikdə kassasiya şikayətlərinin mümkün sayılmaması hüquqi mövqe kimi müəyyən edilmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hüquqmüəyyənedici sənəd hesab edilir. Maddə 10.2. Qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

22. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il ## ### tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

23. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi

1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.

2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları.

3. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq həyata keçirilir. Akvakultura təsərrüfatlarının istifadəsində olan torpaqların kateqoriyasının dəyişdirilməsi tələb olunmur. Maddə 46. Dövlətin torpaq üzərində mülkiyyət hüququ

1. Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yaradılan süni torpaq sahələri; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarixmədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşınsınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları.

24. “Torpaq islahatı haqqında” Qanun: 6-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət mülkiyyətində saxlanılan torpaqların siyahısı müəyyən edilir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir: ümumi istifadədə olan torpaqlar; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları... ... Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları.

25. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. Inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. Inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. Inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. Inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 64. Inzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.2. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

26. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

27. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər üzrə kassasiya mümkün hesab edilmişdir.

28. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

32. Hazırkı işdə iddiaçının hüquqi marağı İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ## ###### 2006-cı il tarixli, **** saylı qərarı əsasında ona satılmış 5000 kv. metr torpaq sahəsinin 4600 kv.m (0,46 ha) hissəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan-ölçü sənədinin verilməsinə nail olmaqdan ibarətdir.

33. Məhkəmə kollegiyası cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin və üçüncü şəxs üçüncü şəxs3 kassasiya şikayətlərinin dəlillərini əsassız sayaraq apellyasiya instansiyasının mövqeyi ilə razılaşır və qeyd edir ki, mübahisələndirilən torpaq sahəsi “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir. Bu hal iddiaçı ilə qonşuluqda yerləşən digər fiziki şəxslərin (üçüncü şəxs4 və üçüncü şəxs1) adına verilmiş daşınmaz əmlakın dövlət reyestri məlumatları ilə də təsdiqini tapır. Qeyd edilən torpaq sahəsi dövlətin müstəsna mülkiyyətində saxlanılan torpaqlara aid edilmədiyindən, “Torpaq islahatı haqqında” Qanunun tələbinə uyğun olaraq bələdiyyə mülkiyyətindədir. Cavabdeh tərəf torpağın dövlət mülkiyyətinə aid olduğunu bildirsə də, Binəqədi qəsəbə Bələdiyyəsinə aid torpaqların hüdudlarını məhkəməyə təqdim etməmişdir. Bununla da, cavabdeh Inzibati Prosessual Məcəllənin 14-cü maddəsində təsbit olunmuş sübutetmə vəzifəsini yerinə yetirməmişdir. Cavabdeh və üçüncü şəxsin ərazinin mühafizə zonasında yerləşməsi ilə bağlı dəlili vətəndaşın konstitusion mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə ola bilməz. Bu dəlilin hazırkı iş çərçivəsində araşdırılması zəruri deyil. Belə ki, Torpaq Məcəlləsinin 22ci maddəsinə

34. əsasən, torpaq sahəsi tamamilə təsərrüfat dövriyyəsindən çıxarılmayıbsa, onun mühafizə zonasında yerləşməsi mülkiyyət hüququndan məhrumetmə üçün əsas yaratmır. Cavabdeh və üçüncü şəxs torpağın təsərrüfat dövriyyəsindən tamamilə çıxarılmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir.

35. Cavabdehin və üçüncü şəxsin torpaq sahəsinin 122 və 139 metrliyində işlək neft quyusunun olması barədə dəlili mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. ##.##.2025-ci il tarixli müayinə (baxış) aktında belə bir fakt qeydə alınmamışdır. Bundan əlavə, məhkəmənin ##.##.2026-cı il tarixli sorğusuna baxmayaraq, cavabdeh tərəfindən həmin quyuların mövcudluğunu və məsafəsini təsdiq edən zəruri sənədlər məhkəməyə təqdim edilməmişdir.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh və üçüncü şəxsin kassasiya dəlilləri əsassızdır. Həmçinin, iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilməsi üçün hər hansı qanuni maneə (torpağın dövlət mülkiyyətində olması və ya təsərrüfat dövriyyəsindən çıxarılması) mövcud deyil.

37. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar müəyyən edilmədiyindən, təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələblərinə əsasən daşınmaz əmlak üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır.

38. Belə olan halda məhkəmə kollegiyası bu qənaətə gəlir ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin və üçüncü şəxs üçüncü şəxs3 tərəfindən verilmiş kassasiya şikayətləri əsassız olduğundan və qanunun müddəalarına uyğun olmadığından təmin edilə, apellyasiya instansiya məhkəməsinin qərarı isə ləğv edilə bilməz.

39. Odur ki, kassasiya şikayətləri təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin *-*(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar